Məhkəmə qərarları › İş №2(012)-5403/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5403/2025

18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5403/2025 18.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) doğum akt qeydinin bərpası barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum akt qeydinin bərpası barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi doğum aktı qeydinin təmin edilməsi, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1979-ci il, doğulduğu yer Ermənistan Respublikası, Sisyan rayonu, Qızılşəfəq kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında “X6” , ana adı qrafasında “ X9”, milliyyəti "Azərbaycanlı" kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi, yeni doğum qeydi aktında Ərizəçi doğum tarixinin xx.xx.1979-ci il, doğulduğu yer Ermənistan Respublikası, Sisyan rayonu, Qızılşəfəq kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında “X6” , ana adı qrafasında “ X9”, milliyyəti "Azərbaycanlı" kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1979-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Qızılşəfəq kəndində anadan olmuşdur. X1, anası isə X4r. xx.xx.1950-ci il təvəllüdlü X1 xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində, xx.xx.1950-ci il təvəllüdlü anası X9 isə xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişlər. Ermənistan Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il tarixindən valideynlərinin birlikdə Azərbaycana gəlmişdir və hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Qeyd edir ki, ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bəzi sənədləşmə işlərinin görülməsi zamanı doğum haqqında şəhadətnamə vacib lazım olmuşdur. O, bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmişdir. Lakin müsbət cavab ala bilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsin xx.xx.2025-ci il tarixli məktubu ilə imtina cavabı verilmiş, doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Bundan başqa o, iddia ərizəmə əlavə etmək üçün X1 və anası X3 ölüm haqqında şəhadətnamələrinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən doğum haqqında şəhadətnamənin olmadığı üçün ona valideyinlərinə aid ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda xx.xx.1979-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Qızılşəfəq kəndində doğulmağı fakının müəyyən edilməsi zərurəti vardır. Bu səbəbdən də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin əmisinin həyat yoldaşıdır. Belə ki, ərizəçi ilə münasibətləri çox yaxşıdır. Ərizəçi Ermənistan Respublikası, Sisyan rayonu, Qızılşəfəq kəndində anadan olmuşdur. Ərizəçinin X1, anası isə X4r. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşının qızıdır. Belə ki, Ərizəçi xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Sisyan rayonu, Qızılşəfəq kəndində dünyaya gəlmişdir. Ərizəçinin atası, yəni onun qardaşı X6, anası isə X9, ərizəçinin anası isə X4r. Ərizəçi doğum haqqında şəhadətnaməsi olmuş, lakin Ermənistandan gələrkən itirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X10 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə həm qonşu olmuş, həm də ərizəçinin qardaşı ilə ailəvi dost olmuşlar. Ərizəçinin anası X6, anası isə X4r. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AA******* nömrəli Ərizəçi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə anadan olmuşdur. -1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X11 tərəfindən verilmiş AZ-İİ 317390 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə vəfat etmişdir. -Maraqlı şəxs Ərizəçi ünvanlandığı xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-152/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Siz doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz. -Maraqlı şəxs Ərizəçi ünvanlandığı xx.xx.2025-ci il tarixli 3-16-5/8-965/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir. Qohumluq faktını təsdiq edən sənədlər təqdim edilmədiyi, həmçinin məlumatlar “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış informasiya sistemində” aşkar olunmadığı üçün müraciətin təmin edilməsi imkanımız xaricindədir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri və eləcə də, mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Sisyan rayonu, Qızılşəfəq kəndində anadan olmuşdur.İş materiallarında olan ölüm şəhadətnaməsindən də görünür ki, ərizəçinin qardaşının soyadı Zeynalov, həmçinin ata adı (Zeynalov İlqar) ərizəçinin soyadı və ata adı ilə eyni olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adı digər sənədlərlə və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də, məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu sübutlar əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Sisyan rayonu, Qızılşəfəq kəndində anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi xx.xx.1979-cu il, doğulduğu, yer Ermənistan Respublikası, Sisyan rayonu, Qızılşəfəq kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X6”, ana adı qrafasında “X9” milliyyəti «Azərbaycanlı» kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Sisyan rayonu, Qızılşəfəq kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum qeydi aktında Ərizəçi doğum tarixi xx.xx.1979-cu il, doğulduğu yer Ermənistan Respublikası, Sisyan rayonu, Qızılşəfəq kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X6”, ana adı qrafasında “X9”, milliyyəti “Azərbaycanlı” kimi qeyd olunsun. Qətnamə şəxsə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar