Məhkəmə qərarları › İş №2(012)-5413/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5413/2021

17.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5413/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 0N.03.N007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 08.10.N005-ci il təvəllüdlü X6, 15.11.N008-ci il təvəllüdlü X7 anadan olmuşdur. Birgə nikah dövründə 18.0N.N019-cu il tarixdə satıcı X4 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzilini onlar 351İpo/19 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında əldə etmişlər. O, həmin müqavilə üzrə alıcı (ipoteka qoyan), Cavabdeh isə birgə borcalan qismində iştirak etmişdir. 1N.03.N019-cu il tarixdə isə onun həmin mənzilə mülkiyyət hüququ tam pay olaraq daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra ailəvi həmin mənzilə köçüb birgə yaşamış, onun əmək haqqından aylıq kredit ödənişləri edilmiş və hazırda da ödənilir. Lakin Cavabdeh ilə onun münasibətləri pisləşdiyi üçün onun iddia tələbi əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin N5.10.N0N1-ci il tarixli N(009)- N041/N0N1 saylı qətnaməsi ilə nikahı pozulmuşdur. Cavabdeh onun bu ilin iyun ayında cərrahi əməliyyatda olmağı və əməliyyatdan sonra bacısının evində qalmağından istifadə edib mənzilin açarlarını dəyişmiş, faktiki olaraq mülkiyyət hüququ tanınmış mənzildən və orada olan şəxsi əşyalarından istifadə etməyinə maneə yaratmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ona qarşı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzilinə köçürülmə tələbi ilə Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı ona qarşı mənzilə köçürülmə tələbi barədə iddiasını qəbul etmir. Belə ki, iddiaçı ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin N5.10.N0N1-ci il tarixli N(009)-N041/N0N1 saylı qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı qızları onun yanında saxlanılmışdır. İddiaçı artıq 4 aydan artıqdır ki, özü öz təşəbbüsü ilə kimsəni, o cümlədən həyat yoldaşı kimi onu xəbərdar etmədən öz əşyalarını götürməklə yaşadığı evdən çıxıb getmişdir. Onun harada yaşaması ona və uşaqlara məlum deyildir. Birgə yaşadıqları son aylarda ona məlum olmuşdur ki, iddiaçı ailəyə tanış olmayan şəxslərlə telefon vasitəsilə yazışır və danışır. İddiaçının bu hərəkətləri qızlarına da məlum olmuşdur. Bununla da, iddiaçının yaraşmayan hərəkətlərinə görə qızları da ondan imtina etmiş, onunla görüşmək və birlikdə yaşamaq istəməmişlər. Belə ki, İddiaçı doğma qızlarını da atıb getmişdir. İddiaçının evə köçürülmə tələbi barədə iddiasına qarşı bildirir ki, İddiaçı həmin mənzilin alınmasında heç bir vəsait xərcləməmişdir. Sadəcə olaraq, alınan mənzil iddiaçının adına sənədləşdirilmişdir. Belə ki, mənzil almaq üçün o, İddiaçı hərbi hissəyə işə düzəltmişdir. Səbəbi odur ki, hərbiçilərə mənzil almaq üçün ipoteka 4% olmuşdur. İddiaçı hərbiçi işləyirdi, onlara güzəştli şərtlərlə mənzil almaq fürsəti düşmüş, onlar da bu fürsəti dəyərləndirərək mənzil almışlar. Mənzilin ilkin ödənişini də onun anası vermiş və o, iddiaçı ilə birlikdə həmin məbləğdə pulu iddiaçının adından banka ödəmişdir. Mənzilin aylıq ödənişlərini də o ödəmişdir. İpotekada olan mənzil formal olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçının mənzil almaq üçün heç bir pul vəsaiti belə olmamışdır. Həmin mənzilə köçdükdən sonra o, iddiaçıya işləməsinə narazı olduğu bildirmişdir. Belə ki, iddiaçının iş yoldaşları onlara görə uyğun deyildi. Hərbiçilər günü o, ailəsini İsmayıllıya aparmaq niyyətində idi. Lakin iddiaçı onları tərk etdikdən sonra o, azyaşlı qızlarını da götürüb İsmayıllıya getmişdir. İddiaçı mənzili tərk etdiyi gündən geri qayıtmamış və o, iddiaçıya zəng edərək evə qayıtmasını xahiş etmişdir. N9.07.N0N1-ci il tarixdə qapı döyülmüş və o, qapını açanda iddiaçı bacısı ilə birlikdə gələrək əşyalarını götürüb mənzili tərk etmişdir. Beləliklə də, o, iddiaçını qovmamış, iddiaçı özü könüllü olaraq mənzili tərk etmişdir. İddiaçı köçürülməsini iddia etdiyi mənzil hazırda mübahisəli olduğuna və aralarında olan nikahın pozulması, uşaqların saxlanması üçün aliment tutulması, uşaqların kimin himayəsində qalması və əmlak tələbi ilə əlaqədar mülki mübahisələrin həll edilməməsini əsas tutaraq iddiaçının ona qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsinin təmin edilməyərək rədd edilməsi və ya işin icraatının dayandırılması barədə müvafiq məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X10 iddia ərizəsini qəbul etməyərək Cavabdeh izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kredit verən GünayBank ASC ilə borcalanlar İddiaçı, Cavabdeh arasında bağlanmış 14.0N.N019-cu il tarixli 351İpo/19 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalanlara N88 ay müddətinə illik 4 faiz dərəcəsi ilə 4N000 manat ipoteka krediti verilmişdir. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borcalanlar İddiaçı, Cavabdeh onlara verilmiş kredit üzrə əsas və faiz borclarını 01.03.N019-cu il tarixdən başlayaraq, 01.0N.N043-cü il tarixinə kimi hər ay banka NN7.09 manat, (sonuncu ay isə NN7.N0 manat) ödəməklə qaytarmalıdır. -İpoteka saxlayan Günaybank ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı X8 arasında bağlanmış 18.0N.N019-cu il 351İpo/19 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzilini alıcı-ipoteka qoyana 49450 manata satmışdır. -Müqavilənin 1.4-cü bəndinə əsasən, daşınmaz əmlakın satış qiyməti 49450 manatdır, daşınmaz əmlakın dəyərinin 7450 manat hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 4N000 manat hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən 14.0N.N019-cu il tarixli 351İpo/19 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməlidir. -Müqavilənin 1.5-ci bəndinə əsasən, alıcı-ipoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə kreditor-ipoteka saxlayana ipotekaya verir. -Müqavilənin 1.6-cı bəndinə əsasən, kreditin məbləği 4N000 manat, kreditin qaytarılma tarixi N88 ay müddətinə 14.0N.N043-cü il tarixədək, kredit üzrə illik 4% faiz dərəcəsi müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 11.03.N019-cu il tarixli **********41-05301-093059 saylı texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzili İddiaçı mülkiyyətindədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1N.03.N019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 158 saylı reyestr kitabının 43 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********41-05301-093059 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin N5.10.N0N1-ci il tarixli N(009)-N041/N0N1 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 0N mart N007-ci il tarixdə bağlanmış və 1N6 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 08.10.N005-ci il təvəllüdlü XN və 15.11.N008-ci il təvəllüdlü X3 Cavabdeh yanında saxlanılması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.07.N0N1-ci il tarixdən başlayaraq İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində alimentin tutulub Cavabdeh ödənilməsi, qətnamənin alimentin hissəsində dərhal icra edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 09.07.N0N1-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi N nömrəli hərbi hissədə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 0N.03.N007-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 08.10.N005-ci il təvəllüdlü X6 və 15.11.N008-ci il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflər nikaha daxil olandan sonra birgə vəsaitləri hesabına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzilini 18.0N.N019-cu il 351İpo/19 saylı alqısatqı və ipoteka müqaviləsinə əsasən almışlar. Belə ki, həmin müqaviləyə əsasən ilkin ödəniş 7450 manat olmaqla, kreditin məbləği 4N000 manat, kreditin qaytarılma tarixi N88 ay müddətinə 14.0N.N043-cü il tarixədək, kredit üzrə illik 4% faiz dərəcəsi müəyyən edilməklə alınmış mənzil İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1N.03.N019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 158 saylı reyestr kitabının 43 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********41-05301-093059 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, alınmış mənzil ipoteka ilə yüklü edilməsinə baxmayaraq iddiaçının mülkiyyətindədir. Lakin tərəflər arasında ailə nikah münasibətləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin N5.10.N0N1-ci il tarixli N(009)-N041/N0N1 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda, iddiaçının mülkiyyətində olan mənzildən və həmin mənzildə yerləşdirilmiş ona məxsus əşyalardan istifadə hüququna maneə yaradıldığından, mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq); 3N-ci maddəsinə əsasən, 3N.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 3N.N. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 3N.N.N. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 15N. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 15N.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.N. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə həmçinin qeyd edir ki, mənzilə köçürmə barədə qətnamə mahiyyətinə görə mənzildən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzili tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alındığından, mülkiyyət hüququnun müdafiəsini tələb etmək hüququna malik olan iddiaçıya mülkiyyətində olan daşınmaz əmlakdan istifadə etməyə maneələr yaradıldığından və bu hal iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, heç kimin yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilməsinə yol verilmədiyindən iddia ərizəsi təmin edilməli, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzilinə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” N6 iyul N007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart N008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart N006-cı il tarixli 5№li qərarının N-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu N00N-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin: 14.N-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. N17.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. N18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və N16-N36-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 saylı evin 151 saylı mənzilinə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar