Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5420/2021 23.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi, cavabdehin və ailə üzvlərinin,əmlaklarının, cavabdeh tərəfindən evə köçürülmüş digər şəxslərin evdən çıxarılması, evin boşaldılaraq təhvil verilməsi və pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 2-də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarının itirilməsi, cavabdehlərin ailə üzvlərinin, əmlaklarının, eləcə də cavabdehlər tərəfindən mülkiyyətində olan evə köçürülmüş digər şəxslərin evdən çıxarılması, evin boşaldılaraq ona qaytarılması, mülkiyyətində olan ünvan 2-də evin boşaldılması üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq evi boşaldacaqları günədək hər ay məhrum olduğu 350 manat məbləğində pulun, vəkilin xidməti üçün ödədiyi 190 manat pulun və dövlət rüsumu kimi ödədiyi 10 manat pulun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, mülkiyyətçisi olduğu ünvan 1 cavabdeh X1 istifadə hüquqlarının itirilməsi, cavabdehin və cavabdehin ailə üzvlərinin əmlaklarının, eləcə də cavabdeh tərəfindən mülkiyyətində olan evə köçürülmüş digər şəxslərin evdən çıxarılması, evin boşaldılaraq ona qaytarılması, mülkiyyətində olan ünvan 1 evin boşaldılması üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq evi boşaldacaqları günədək hər ay məhrum olduğu 350 manat məbləğində pulun, vəkilin xidməti üçün ödədiyi 190 manat pulun və dövlət rüsumu kimi ödədiyi 10 manat pulun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, Cavabdeh2 mülkiyyətində olan faktiki olaraq 0.02737 ha torpaq sahəsində yerləşən Abşeron rayonu, Xırdalan şəhəri, M. Əsədov küçəsi, ev 24-ün 70000 manata İddiaçı satılması barədə razılığa gəlmiş, 10.09.2016-cı ildə Abşeron daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə görə satıcılar 09.10.2016-cı il tarixədək evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Alqı-satqı müqaviləsi bağlanarkən cavabdehin təkidli xahişi ilə alqı-satqı müqaviləsində məbləğ 70000 manat deyil, 18000 manat göstərilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, M. Əsədov küçəsi, ev 24-ün cavabdeh tərəfindən iddiaçıya 7000 manata satılması və iddiaçı tərəfindən Cavabdeh2 70000 manat pulun ödənilməsi, pulun alınması barədə akt tərtib edilmişdir. Həmin akt Cavabdeh2 və şahidlər tərəfindən imzalanmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, M. Əsədov küçəsi, ev 24barəsində iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1209.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçının niyyəti həmin evi sökərək evin texniki pasportunda göstərilən 0.02737 ha torpaq sahəsində müasir tipli ev tikmək olduğundan, iddiaçı cavabdehə müəyyən müddətdə (həmin həyətdə tikinti işlərinə başlayana qədər) həmin evdə qalaraq yaşamalarına icazə vernişdir. İddiaçı müəyyən maliyyə çətinlikləriylə bağlı bir müddət mülkiyyətində olan ünvan 2 ünvanında hər hansı iş görə bilməmişdir. İddiaçı sonuncu dəfə evinə gedərkən görmüşdür ki, Cavabdeh2 mülkiyyətində olan texniki pasportunda göstərilən 0.02737 ha torpaq sahəsinin bir hissəsini başqa şəxslərə satmış və həmin şəxslərdə aldıqları torpaq sahəsində ev tikdirmişlər. Həmin torpaq sahəsindəki tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması barədə iddiaçı məhkəmədə iddia qaldırmışdır. Hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 cavabdeh tərəfindən verilmiş digər şəxslər yaşayır və cavabdehin özü də hərdən bir gəlib gedir. İddiaçı dəfələrlə cavabdehdən mülkiyyətində olan evin boşaldılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək evi boşaltmamışdır. Cavabdeh torpaq sahəsində 2 ev tikmiş və orada ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Cavabdeh evin alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etsə də, iddiası rədd edilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ümumi sahəsi 63.1 kvadratmetr olan Abşeron rayonu, Xırdalan şəhəri, M. Əsədov küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, 17.09.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmış,0,00756 ha torpaq sahəsi isə Bələdiyyə mülkiyyətində olmaqla, İddiaçı isə həmin torpaq sahəsi üzərində istifadə hüququ vardır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Ömərov X4 rayonu, Xırdalan şəhəri, M. Əsədov küçəsi, ev 24 ünvanında yerləşən 63.1 kvadratmetr olan fərdi yaşayış evini Cavabdeh2 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin fərdi yaşayış evinə dair hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.09.2016-cı il qeydiyyat tarixli, RX Seriyalı, ******* №-li çıxarış almışdır.Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən dilmişdir ki, 17.09.2016-cı il qeydiyyat tarixli, RX Seriyalı, ******* №-li çıxarışda göstərilən 0,00756 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir və İddiaçı isə həmin torpaq sahəsi üzərində istifadə hüququ vardır.İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkməyə müraciət edən zaman cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarının itirilməsi, cavabdehlərin ailə üzvlərinin, əmlaklarının, eləcə də cavabdehlər tərəfindən mülkiyyətində olan evə köçürülmüş digər şəxslərin evdən çıxarılması, evin boşaldılaraq ona qaytarılması barədə iddia qaldırmış,lakin mülki işin məhkəmə gedişatında sübutların tədqiqatı zamanı məhkəməyə verilən iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh1 da Abşeron rayonu, Xırdalan şəhəri, M. Əsədov küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun olduğu müəyyən edildiyindən iddiaçı tərəf iddia tələbinin həcmini azaldaraq,iddianın yalnız Cavabdeh2 aid hissədə təmin olunmasını xahiş etmişdir.Həmçinin iddiaçı tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman Cavabdeh2, onun ailə üzvlərinin və digər şəxslərin mübahisəli fərdi yaşayış evində yaşamalarını göstərmiş, mülki işin məhkəmə gedişatı zamanı iddiaçının nümayəndəsi Cavabdeh2 mübahisəli fərdi yaşayış evində yaşamamasını, Cavabdeh2 tərəfindən verilmiş digər şəxslərin yaşadığını göstərmiş,lakin sübutetmə yükü üzərinə düşdüyü halda iddiaçının nümayəndəsi tərəfindən cavabdehlərin dairəsinin kimlərdən ibarət olması göstərilməmiş,dolayısı ilə ehtimallara istinad etmişdir ki,bu da təqdim olunmuş formada gələcəkdə qətnmənin icrasını mümkünsüz edir.Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı iddiaçı tərəfin iddia etdiyi kimi,mübahisəli fərdi yaşayış evində Baftanın yox,digər şəxslərin yaşaması və Baftanın həmin evə pasport qeydiyyatının olmaması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M. Əsədov küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ itirildiyindən olmayan hüquqa xitam verilməsi də işin faktiki hlları ilə uyğunluq təşkil etmədiyindən tələb həmin hissədə də rədd dilməlidir. Bundan əlavə iddia tələbinin ünvan 1 evin boşaldılması üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq evi boşaldacaqları günədək hər ay 350 manat məbləğində puldan məhrum olmasına, 190 manat vəkilin xidməti və dövlət rüsumu üçün 10 manat ödəməsinə dair hissəsi iddia tələbinin yuxarıda qeyd olunmuş hissələri ilə birbaşa əlaqəli olduğundan və həmin hissələrdə iddianın rədd edilməsi nəticəsinə gəlindiyi üçün,məhkəmə hesab edir ki,iddia tələbi bu hissələrdə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi İddiaçı Cavabdeh2 qarşı mülkiyyətçisi olduğu ünvan 1 cavabdeh X1 istifadə hüquqlarının itirilməsi, cavabdehin və cavabdehin ailə üzvlərinin əmlaklarının, eləcə də cavabdeh tərəfindən mülkiyyətində olan evə köçürülmüş digər şəxslərin evdən çıxarılması, evin boşaldılaraq ona qaytarılması, mülkiyyətində olan ünvan 1 evin boşaldılması üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq evi boşaldacaqları günədə- hər ay məhrum olduğu 350 manat məbləğində pulun, vəkilin xidməti üçün ödədiyi 190 manat pulun və dövlət rüsumu kimi ödədiyi 10 manat pulun Cavabdeh2 onun xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-5420/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5420/2021
23.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver