Məhkəmə qərarları › İş №2(012)-545/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-545/2024

19.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-545/2024 19.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Akim Abbasov küçəsində yerləşən 26 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair iddia tələbini dəqiqləşdirməklə Abşeron rayonu, ünvan 2 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında xx.xx.1996-cı il tarixdə 17 nömrəli akt ilə Cəlilabad rayon Əliqasımlı kənd icra nümayəndəliyi tərəfindən rəsmi nikah qeydə alınmışdır. Onların birgə nikahdan iki övladı - xx.xx.1998-ci il təvəllüdlü X3 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 dünyaya gəlmişdir. Övladları artıq yetkinlik yaşına çatmış və sərbəst şəkildə öz həyatlarını yaşayır. Onlar birgə nikah dövründə Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evini əldə etmişlər. Həmin ev oğlu Cavabdeh2 adına sənədləşdirilmişdir. Həmin evdə hal-hazırda cavabdehlər və qızı Gültəkin yaşayır Cavabdeh1 nikahın pozulması tələbi ilə bağlı qeydiyyat ünvanı üzrə Cəlilabad rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş hazırda məhkəmənin icraatındadır. Cavabdehlər onu öz evindən qovmuşlar və hazırda həmin evdə özləri tək yaşayır. Onların həmin evdən başqa yaşayacaq yeri yoxdur. Ona görə də cavabdehlər ilə aralarında sülh yolu ilə problemləri həll edə bilmədiyi üçün o, evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Neçə aydır ki, sözün əsli mənasında küçələrdə qalmışdır. O, evə gedən zaman Cavabdeh1 səs-küy salaraq, qonşuları ətrafına toplayır və polisə zəng edir. Abşeron rayonu, Masazır qəsəbəsindəki, 210 kv.metrlik torpaq sahəsinin 13 il bundan öncə X1 alıb özü üçün fərdi yaşayış evi tikmişdir. Yaşadığı dövrdən, yəni 13 ildir ki, evin bütün kommunal xərcləri onun adına olduğu üçün bütün xərcləri də o, ödəyir. Həyat yoldaşı Cavabdeh1 ona məlum olmayan səbəblərdən onu aldadaraq sənədləri imza etdirib bacısı Niftəliyeva (Məlikova) Fatimə Məlikməmməd qızının, sonradan isə, yəni xx.xx.2022ci il tarixdə oğlu Cavabdeh2 adına çıxarış və s. sənədləri almışlar. Bildirir ki, o, artıq neçə aydır ki, ailə üzvləri qanunsuz və nankorluq ucbatından zəhmət çəkib inşa etdiyi evinə buraxmırlar. O, hər hansı bir xoşagəlməz hadisələrin baş verməməsindən ötrü bütün aidiyyəti hüquq-mühafizə orqanlarına ona köməklik məqsədilə evə buraxılmağı barədə rəsmi müraciət etsə də, ona bildiriblər ki, adı keçən fərdi yaşayış evi Abşeron rayon ərazisində olduğu üçün o, yalnız Abşeron Rayon Məhkəməsinə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi, əlavə olaraq bildirdi ki, mübahisəli ev hazırda satışa çıxarılmışdır, bunu təsdiq edən disk də mövcuddur, ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. İlkin məhkəmə prosesində iştirak edən Cavabdeh1 bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Son vaxtlar münasibətləri dözülməz vəziyyətdədir. Həm də ev onun oğluna məxsusdur. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlkin məhkəmə prosesində iştirak edən Cavabdeh2 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh1 vəkili Vəkil iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 avqust 2023-cü il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 08 avqust 1996-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Mülki iş materiallarında olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 267451 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx xxxxxxxx 2002-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, atası İddiaçı, anası Cavabdeh1dır. İş materiallarında xx.xx.2023-cü tarixli, ********** saylı və xx.xx.2022-ci il tarxli ********** saylı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın dövlək kadastrı və reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış və torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Abşeron rayonu, Masazır kəndində yerləşən mübahisəli ev Cavabdeh2 xüsusi mülkiyyətindədir, İddiaçı onun valideynidir və mübahisə yaranana kimi həmin mənzildə ailə üzvləri ilə birgə yaşamışdır. Bu, işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 2011-ci il tarixli Azərişıq və Azərsu MMC-yə aid abonentin saldosundan görünür ki, həmin mənzildəki kommunal xidmətlərin abunəçisi İddiaçı olmuşdur. Məhkəmə mülki işin baxılması ilə bağlı mübahisəli mənzilə baxış keçirmiş, lakin cavabdehlər qapını açmadığından baxış keçirilməsi mümkün olmamışdır. Lakin həmin fərdi yaşayış evinə çöl tərəfdən baxış keçirərkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonent kodlarının eyni olmasını müəyyən edilmiş və evin kənardan fotoşəkilləri çəkilmişdir. Bununla belə, məhkəmə iclasında ifadə vermiş İddiaçı mübahisəli evin inşa edilməsində də vəsaitin məhz onun tərəfindən xərcləndiyini, lakin torpaq sahəsinin əvvəllər formal olaraq baldızının adına alınmasını bildirmişlər. Məhkəmədə müəyyən olunmuşdur ki, tərəflər bu evdə əvvəllər də birgə yaşamış, sonradan onlar arasında ailə münaqişələri yaranmışdır. Hazırda İddiaçı başqa yaşayış yerinin olmadığını, mübahisəli evin onun vəsaiti ilə tikildiyini iddia edib, oraya köçürülməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iddianın rədd olunmasını tələb edir və bildirilər ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. İddiaçı evdə mütəmadi olaraq onlarla münaqişə yaradır, həm də mübahisəli ev Cavabdeh2 mülkiyyətindədir. Təsvir olunanlara və hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə mübahisə ilə əlaqədar, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Bunlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən mübahisəli evə köçürülməsi barədə iddiası əsaslı hesab edilməlidir. Belə ki, mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud olsa da, həmin evin mülkiyyətçisi Cavabdeh2 İddiaçı ailə üzvüdür, onun başqa yaşayış yeri yoxdur, ailə üzvü kimi onun həmin mənzildən istifadə etmək hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, nə qədər ki iddiaçı və cavabdehlər bir neçə ildən artıqdır ki, mübahisəli torpaq sahəsi və evdən ailə üzvü kimi istifadə edərək yararlanıblar, onların həmin tikiliyə münasibətdə iqtisadi maraqları formalaşmışdır. Məhkəmə hesab edir ki, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış həmin tikilinin mülkiyyətçisi olsa da, iddiaçı da ailə üzvü kimi yəni valideyn kimi oradan istifadə edə bilər, çünki qüvvədə olan Mənzil Məcəlləsinin (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları da buna imkan verir. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2. 30.3 və 30.4-cü maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi cavabdehin adına qeydə alınsa da, iddiaçı əvvəllər də həmin evdə ailə üzvü kimi yaşamış və istifadə etmişdir. Onun başqa yaşayış yeri yoxdur. İddiaçı cavabdeh İddiaçı atasıdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evə köçürülməsi barədə İddiaçı iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və iddiaçı Quliyev X2 rayonu, Masazır kəndi Cövdət Hacıyev küçəsi, ev 41 saylı fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh2 məxsus olan ünvan 2 saylı fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar