Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5457/2021 25.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsinə istifadə hüququna xitam verilməsi və həmin torpaqdan məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsinə istifadə hüququna xitam verilməsi və həmin torpaqdan məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı məxsus Abşeron rayonu X7 ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi və həmin torpaqdan məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı övladı X6 Cavabdeh ilə evli olmuş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(010)-2010/2021 saylı qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 20.07.2020-ci il tarixli ********** saylı çıxarışı ilə İddiaçı Abşeron rayonu X7 ərazisində 0.02 ha torpaq sahəsi verilmişdir. Nikah pozulduqdan sonra cavabdeh həmin torpaqdan çıxmamış, oradan istifadə etməyə davam etmiş, iddiaçını oradan qovmuş və mülkiyyətçinin tələbinə baxmayaraq torpağı boşaltmamışdır. Halbuki, İddiaçı mülkiyyət hüquqları mövcuddur və bu hüquqlar qanunla qorunur, iddiaçı bu hüquqlarından öz mülahizəsinə uyğun istifadə edə bilər, lakin cavabdeh onun bu hüquqlarını pozur. Həmçinin, iddiaçıya məxsus torpaq sahəsində qanunsuz inşa edilmiş tikili vardır ki, cavabdeh də iddiaçının ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Eyni zamanda, həmin evə dair kommunal xərclərin ödənilməsinə dair qəbzlər iddiaçının adınadır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı tələbin əsası kimi iddiaçının oğlu X6 ilə cavabdehlə aralarındakı nikaha xitam verilməsi olsa da, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməyə davam etməsini, bununla da, iddiaçının mülkiyyət hüququnun pozulmasını göstərmişdir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan aydın olur ki, sözügedən torpaq sahəsi üzərindəki iddiaçının hüququ 20.07.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış və həmin hüquq mülkiyyət hüququ yox, icarə hüququdur. Eyni zamanda, o da aydın olur ki, torpaq sahəsinə dair iddiaçı ilə onun əvvəlki sahibi arasındakı müqavilə 02.07.2020-ci il tarixdə bağlanmış və torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Halbuki, həmin torpaq sahəsi 2007-ci ildən iddiaçının oğlu X4 və onun həyat yoldaşı, iş üzrə Cavabdeh istifadəsində olmuşdur. Onlar 2005-ci ildə ailə həyatı qurduqdan sonra Bakı şəhəri Hövsan qəsəbəsində cavabdehin ailəsinin yardımı ilə mənzil almışlar. Bir müddət həmin mənzildə yaşadıqdan sonra 2007-ci ildə mənzili satmış və onun pulu ilə özlərinə X7 ərazisindən 0.02 ha torpaq sahəsi almışlar. Torpaq sahəsi üzərində də birgə vəsait hesabına özlərinə ev tikmiş və 2007-ci ildən 2021-ci ilin iyul ayınadək həmin evdə birlikdə yaşamışlar. Evə dair bütün kommunal xətlər də Rahib Dövlətovun adına olmuşdur. Beləliklə, cavabdehin çıxarılması tələb olunan torpaq sahəsi cavabdehin və onun həyat yoldaşı Rahib Dövlətovun birgə təsərrüfatı zamanı onların özü tərəfindən alınmış və həmin tarixdən də istifadələrində olmuşdur. Lakin görünən odur ki, iddiaçının oğlu Rahib Dövlətov cavabdehlə boşanma ərəfəsində yəni, 2020-ci ildə həmin torpaq sahəsini anasının adına rəsmiləşdirməklə birgə nikah dövründə əldə olunmuş əmlak üzərindəki cavabdehin payını mənimsəmək niyyətində olmuşdur. Burada qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçı ilə torpaq sahəsinin əvvəlki sahibi arasında bağlanmış 02.07.2020-ci il tarixli 3M-330 nömrəli müqavilə, əslində torpaq sahəsinin əvvəlki sahibi ilə iddiaçının oğlu Rahib Dövlətov arasında bağlanmış real müqaviləni pərdələmək məqsədi ilə bağlanmışdır. Bu isə yalan əqddir və etibarsızdır. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Digər tərəfdən, yuxarıda da qeyd olunduğu kimi, cavabdehin çıxarılması tələb olunan torpaq sahəsi üzərində cavabdeh və onun əvvəlki həyat yoldaşı tərəfindən birgə təsərrüfat dövründə, birgə vəsait hesabına yaşayış evi inşa edilmişdir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan üzərində tikilmiş ev qanunsuz tikili hesab edilir. Sözügedən ev qanunsuz tikili olduğundan iddiaçının onun üzərində heç bir hüququ yoxdur. Cavabdeh isə 2007-ci ildən hazırki vaxtadək (qanunsuz tikili olsa da) həmin evdə yaşayır, oradan istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edib bilməz. Qeyd edir ki, cavabdehin həmin evdən başqa yaşayış yeri yoxdur və başqa yerdə yaşamaq imkanı da yoxdur. Onun iddiaçının oğlu ilə birgə nikah dövründə dünyaya gəlmiş övladları da hazırda cavabdehlə birlikdə həmin evdə yaşayır və həmin ərazidə məktəbə gedir. Eyni zamanda, o da nəzərə alınmalıdır ki. əgər iddia tələbi məhkəmə tərəfindən təmin edilərsə cavabdeh torpaq sahəsi ilə yanaşı 15 ildir ki, yaşadığı evdən də çıxarılmış olacaqdır. Bundan sonra iddiaçı qanunsuz tikili olduğu üçün üzərində heç bir hüquq əldə edə bilməyəcəyi həmin evdən istifadə etməyə başlayacaqdır. Bu isə Konstitusiyanın 25-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Belə ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir və hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət tərəfindən təminat verilir. Bütün yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh hazırda yaşadığı fərdi yaşayış evindən, beləliklə də, həmin evin yerləşdiyi torpaq sahəsindən çıxarıla bilməz. Həmçinin qeyd edir ki, iddiaçının oğlu ilə cavabdeh nikah münasibətlərini rəsmiləşdirənə qədər qeyri-rəsmi nikah münasibətlərində olmuşlar. Belə ki, onlar 2007-ci ildə Hövsanda ev almış, sonradan həmin evi sataraq Südçülük Sovxozunda torpaq sahəsi almışlar. 2007-ci ildə iddiaçının oğlu torpaq sahəsini alsa da onu rəsmiləşdirməmiş, boşanma ərəfəsində isə həmin torpaq sahəsini anasının adına rəsmiləşdirmişdir. Bununla da, torpaq sahəsi üzərində inşa edilmiş evə dair iddiaçının heç bir hüququ yoxdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17.07.2020-ci il tarixli AA512841 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Abşeron rayonu, X7 ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində olan kənd təsərrüfat təyinatlı 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Bakı şəhəri 187 saylı Notariat Kontorunda torpaq sahəsinin istifadə (və ya icarə) hüququnun satılmasına dair 3M-330 reyestr nömrəli 02.07.2020-ci il tarixli müqavilə olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.07.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Abşeron rayonu, X7 ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində olan kənd təsərrüfat təyinatlı 0.02 ha torpaq sahəsi İddiaçı adına 07.02.2007-ci il tarixli 041 saylı icarə müqaviləsi və 02.07.2020-ci il tarixli 3M-330 saylı alqı-satqı müqaviləsinə əsasən icra hüququnun alqı-satqısı əsasında yüklü edilmiş və yüklülüyün müddəti 02.07.2007-ci il tarixdən başlayaraq 99 il müəyyən edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********342 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(010)-2010/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, cavabdeh X3 19.01.2007-ci il təvəllüdlü X1 və 26.03.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, alimentin tutulması müddətinin 05 mart 2021-ci il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(010)- 2010/2021 qərardadı ilə müvəqqəti alimentin tutulmasının nəzərə alınması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında Suraxanı rayon Qeydiyyat Şöbəsində 07 iyul 2012-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 863 №-si ilə qeyd edilmiş nikahın pozulması, 19.01.2007-ci il təvəllüdlü X1 və 26.03.2014-cü il təvəllüdlü X2 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalmaları qət edilmişdir. -Qaz paylayıcısı Azəriqaz İB ilə istehlakçı İddiaçı arasında bağlanmış 16.11.2020-ci il tarixli AKX-0256516/11-2020 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, qaz paylayıcısı nümayəndələri tərəfindən istehlakçının yaşadığı Bakı şəhəri Xəzər rayonu X10 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. -Azərişıq ASC ilə istehlakçı İddiaçı arasında bağlanmış 16.11.2020-ci il tarixli 246377 saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz sahəsində yerləşən fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılmışdır. -Azərişıq ASC-nin bildirişindən görünür ki, X5 qazdan istifadəyə görə 67.05 manat borcun yaranması bildirilmişdir. -Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMCnin 05.11.2021-ci il tarixli 105-1-11/4207-21 saylı məktubundan görünür ki, X7 ünvanında yerləşən evə yeni nəsil simsiz LTE (X12) 04.11.2018-ci il tarixdə ******* saylı nömrə verilməklə X4 adına rəsmiləşdirilmiş və əlavə olaraq ******* saylı nömrə hazırda həmin ünvanda istifadə edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı oğlu X6 ilə Cavabdeh 07.07.2012-ci il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra cavabdeh İddiaçı icarə hüquqları əsasında sahiblik və istifadəsinə verilmiş Abşeron rayonu X7 ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(010)-2010/2021 saylı qətnaməsinə əsasən iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan azyaşlı uşaqlar cavabdehin yanında saxlanılmışdır. Nikahın pozulmasına baxmayaraq cavabdeh azyaşlı uşaqları ilə birlikdə iddiaçının icarə hüquqları əsasında sahiblik və istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş evdə yaşamağa davam etmiş və bu hal, iddiaçının sahiblik və istifadə kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmış, bu səbəbdən də iddiaçı cavabdehin həmin torpaq sahəsinə istifadə hüququna xitam verilməsi və torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunun mətnindən məlum olduğu kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi şəxslərin uçota alınması onların dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məqsədi daşıyır. Şəxs istifadə hüququ əsasında qaldığı yer və adətən yaşadığı yer üzrə qeydiyyata alınır. Şəxsin istifadə etmədiyi və yaşamadığı yerdə qeydiyyatda qalması onun uçot xarakterli qeydiyyatını formal edir. Məhkəmə, cavabdehin çıxarılması tələb olunan torpaq sahəsinin hüquqi təyinatına qiymət verib qeyd edir ki, sözügedən torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin mülkiyyətində olmaqla iddiaçıya 02.0.2007-ci il tarixdən başlayaraq 99 il müddətinə icarəyə verilmiş və tərəflər arasında buna dair 07.02.2007-ci il tarixli i041 saylı icarə müqaviləsi və həmin tarixli 3M-330 saylı alqı-satqı müqaviləsi bağlanmışdır Göründüyü kimi, torpaq sahəsi iddiaçının icarə, sahiblik və istifadəsinə verilməklə bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.07.2020-ci il tarixli çıxarış verilmiş və daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********342 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun: 8.0. maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 19.1. maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. maddəsinə əsasən, torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. İcarə haqqında Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 15-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin:
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi, icarəçinin icarəyə verilmiş əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir, belə ki, onun da mülkiyyətçinin hüquqları kimi özgəsinin qanunsuz sahibliyindən əmlakını tələb etmək hüququ vardır. Həmçinin, iddiaçının icarəsinə, sahiblik, istifadəsinə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş icarə müqaviləsi dövlət qeydiyyatına alındığından və buna dair iddiaçıya çıxarış verildiyindən iddiaçının torpaq sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutub hеsаb еdir ki, iddiа ərizəsi əsаslı оlduğundаn qismən təmin edilməli, Cavabdeh Abşeron rayonu X7 ərazisində olan 0.02 ha torpaq sahəsinə istifаdə hüququna xitam verilməlidir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Abşeron rayonu X7 ərazisində olan 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş tikilinin (tikililərin) özbaşına tikili olması, hər hansı hüquqmüəyyənedici sənədinin olmaması tərəflərin həmin evə bərabər statusunun yaranmasını ehtiva edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının icarə hüquqları əsasında sahiblik və istifadəsinə verilmiş torpaq sahəsi üzərində yerləşən tikiliyə münasibətdə cavabdeh ilə birlikdə bərabər statusa malik olduğundan, onun cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ istisna edilir. Bu səbəbdən də məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu X7 ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov