Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-546/2022 30.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ya qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40000 manat pul ödəyərək aldığı ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilin Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onunla Cavabdeh arasında 06.12.2018-ci il tarixli, 074 nömrəli mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin birinci bəndinə əsasən cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 329 nömrəli mənzil izolə olunmuş, 3 otaqlı ibarət pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 120,69 kv.m, ümumi dəyəri isə 40000 manat təşkil edir. O, müqavilə üzrə ilkin olaraq 27000 manat pulu cavabdeh "xxxx" MMC-yə ödəmişdir. Qalan məbləğ isə 6 ay müddətinə hər ay 2167 manat olmaqla onun tərəfindən cavabdehə ödənilmişdir. Buna dair cavabdeh tərəfindən ona 12.01.2021-ci il tarixli maliyyə arayışı da verilmişdir. Müqavilə üzrə mənzilin dəyərin tam şəkildə ödədikdən sonra mənzil təhvil verilməli olmasına baxmayaraq, cavabdeh öhdəliyinə əməl etməmiş və bu günə kimi müxtəlif bəhanələrə mənzili təhvil verməkdən yayınmışdır. Bütün bunlarla bağlı 13.09.2021-ci il tarixdə cavabdehə yazılı formada pretenziya məktubu ünvanlasa da bir nəticəsi olmamış, bu günədək məktubuna hər hansı cavab verilməmiş, öhdəliyin icrası istiqamətində hər hansı addım atılmamışdır. Qeyd etdiklərindən göründüyü kimi o, müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etmişdir. Cavabdeh isə götürdüyü öhdəliyə riayət etməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. AR Mülki Məcəlləsinin 135.1-ci maddəsinə görə pullar və qiymətli kağızlar da əşya hesab edilirlər və mülkiyyət hüququnun obyektidirlər. İddiaçının hüquqları mülkiyyətçinin hüquqlarının qorunması həddində müdafiə olunmalıdır. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgənin qanunsuz sahibliyindən tələb edə bilər. Həmin məcəllənin 431.1ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarım və azadlıqlarım müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin 1 hissələri). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər Cavabdeh MMC-nın nümayəndəsi X1 10 01.2021-ci iş tarixdə məhkəmə hazırlıq iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini bildirmiş,növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq,səbəbini bldirmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 06 dekabr 2018-ci il tarixli, 0711 saylı mənzil tikintisi haqqında müqavilədən görünür ki, icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilə görə 40000 manat məbləğində pul ödənilmişdir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli, 0711 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmişdir. Həmçinin iş materialları, iddiaçının izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə 06 dekabr 2018-ci il tarixli, 0711 saylı mənzil tikintisi haqqında müqavilə mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, Cavabdeh MMC 06 dekabr 2018-ci il tarixli, 0711 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, cavabdeh təşkilat olaraqCavabdeh MMC podratçı kimi ünvan 1 ünvanında yerləşən 5ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı halda bunu etmədiyi üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-546/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-546/2022
30.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver