Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-551/2022 04.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiаçı İddiaçı cavabdeh Fuad-LTD MMC-yə qarşı mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Fuad-LTD MMC-yə qarşı mənzillərin təhvil verilməsi tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan hündür mərtəbəli yaşayış binasının 3-cü blok 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 82 kv.m olan iki otaqlı 207 saylı və həmin binanın 4-cü blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.m olan üç otaqlı 231 saylı mənzillərin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 16.12.2021-ci il tarixinə saat 10:30-a, 13.01.2022-ci il tarixinə saat 10:50-yə, 15.03.2022-ci il tarixinə saat 10:50-yə təyin olunmuş məhkəmə iclaslarında iddiaçı iştirak etmiş, 19.11.2021-ci il tarixinə saat 15:00-a, 02.02.2022-ci il tarixinə saat 11:30-a, 22.02.2022-ci il tarixinə saat 11:20-yə, 07.04.2022-ci il tarixinə saat 15:30-a, 04.05.2022-ci il tarixinə saat 11:20-yə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdeh Fuad-LTD MMC-yə qarşı mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-551/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-551/2022
04.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver