Məhkəmə qərarları › İş №2(012)-555/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-555/2024

23.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-555/2024 23.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaları və qızıl tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyaları və qızıl tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9800 manat cehiz əmlakının, qızıl-zinyət əşyalarının və ya dəyərinin, 118 manat dövlət rüsumunun və 55 manat mediatorun hesabına ödənilmiş pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin mart ayında mən Cavabdeh el adəti qaydasında toy edib ərə getmişəm, nikahımız olmuşdur. Birgə yaşadığımız dövrdə yəni xx.xx.2022-ci ildə Uğur adlı oğlumuz olmuşdur. Lakin aramızda olan ailə münasibətləri kəskin dərəcədə ziddiyətli hala çevrildiyindən nikahımız Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi pozulmuş, oğlu Uğurun onun yanında saxlanılması və cavabdehdən hər ay 150 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Məhkəmədə cehiz əmlakı və qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona verilməsi məsələsinə baxılmasa da hakim cehiz əmlakının könüllü qaydada da verilməsinin mümkünlüyünü tərəflərə izah etmiş lakin qarşı tərəf birmənalı olaraq cehizləri verməyəcəyini bildirmişdir. Ona görə o, məcbur olub iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. O, gəlin köçərkən aşağıdakı cehiz əmlakı və qızıl-zinət əşyalarını aparmışdır: 1.Mebel dəsti (taxt, şkaf kupe, komod, 2 balaca şkaf) 1 dəst 3000 manat 2.Divan 1 ədəd 500 manat

3. Stol 1 ədəd 400 manat

4. Stul 6 ədəd 400 manat

5. Mikrodalğa 1 ədəd 300 manat

6. Qranit qab naboru 1 dəst 400 manat

7. Taxt örtüyü 1 dəst 300 manat

8. Böyük skater 1 ədəd 65 manat

9. Balaca skater 1 ədəd 15 manat

10. Yorğan 1 ədəd; 2 böyük və 2 balaca yastıqlar 5 ədəd 320 manat

11. Pastel dəsti 1 dəst 80 manat

12. Balaca xalça 1 ədəd 80 manat

13. Lüstür 1 ədəd 50 manat

14. Çərəz qabı 2 ədəd 40 manat

15. Ütü 1 ədəd 45 manat

16. Xrustal meyvə qabı 1 ədəd 50 manat

17. Xrustal güldan 1 ədəd 50 manat

18. Termos-çaynik 1 ədəd 70 manat

19. Tefal çaynik 1 ədəd 35 manat

20. Göy rəngli qalın adyal 1 ədəd 30 manat

21. Ağ rəngli adyal 1 ədəd 30 manat

22. Əl-üz dəsmalı dəsti 1 ədəd 30 manat

23. Çuqun kastrulka naboru 4 dəst 50 manat 24 Çayni serviz 1 dəst 40 manat 25 Mətbəx dəsmalları 1 dəst 35 manat 26 1 ədəd ət və 2 ədəd çörək taxtası 3 ədəd 10 manat 27 Podnos 1 ədəd 10 manat 28 Kofe naboru 1 dəst 10 manat 29 Şamlı qab 1 ədəd 35 manat 30 Paltar asılqanı 3 ədəd 50 manat 31 Divan üstü-yumşaq oyuncaqlar 2 ədəd 20 manat 32 Ağ rəngli nişan üzüyü, Türkiyə istehsalı, 9 qram 1 ədəd 750 manat 33 Qızıl sep Türkiyə istehsalı, 2,5 qram 1 ədəd 200 manat 34 Klon Türkiyə istehsalı, 6 qram 1 ədəd 500 manat 35 Qızıl broslet Türkiyə istehsalı, 5 qram 1 ədəd 400 manat 36 Qızıl üzük və qızıl sırğa dəsti Türkiyə istehsalı 1 dəst 1400 manat Hər şeydən əvvəl qeyd etmək istəyir ki, iddia ərizəsində (32-36 sıralarda) göstərilən qızıl zinət əşyaları Türkiyə istehsalı olmaqla 2022-ci il üzrə qızılın 1 qramının qiyməti 73-85 manat dəyərində olduğundan iddiada qeyd edilən qiymətlərlə düz mütənasiblik təşkil edir. Digər əmlakların dəyərləri isə ümumiyyətlə normal olaraq göstərilmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 tərəfindən məhkəməyə ünvanlanmış etirazdan görünür ki, İddiaçı iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ondan ümumi dəyəri 9800 manat olan cehiz əmlakının, qızıl- zinət əşyalarının, olmadıqda isə onların dəyərinin, 118 manat dövlət rüsumunun və mediatorun hesabına ödədiyi 55 manat pulun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qanunsuz və əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia tələbində ondan tələb edilən əmlaklar içərisində qızıl-zinət əşyaları iddiaçının özü tərəfindən götürülüb aparılmışdır. İddia tələbini həmin hissədə qəbul etmir. İddiaçı gedərkən qızıl-zinyət əşyalarını özü ilə aparmışdır. Həmin qızıl-zinət əşyalarının onlarda olmasına dair heç bir dəlil mövcud deyildir və hesab edir ki, bu məsələ sübutetmə predmetinin əsasını təşkil edə bilməz. İddia tələbində sadalanmış aşağıdakı əmlakların onlarda olmasını qəbul etmir və bildirir ki, həmin əmlaklar iddiaçının özü tərəfindən aparılmışdır:1Türkiyə istehsalı qızıl üzük və qızıl sırğa dəsti, 1 dəst, dəyəri 1400 manat;2Türkiyə istehsalı qızıl broslet, 5 qram, 1 ədəd, dəyəri 400 manat;3.Türkiyə istehsalı klon. 6 qram. 1 ədəd, dəyəri 500 manat;4.Türkiyə istehsalı qızıl sep. 2.5 qram. 1 ədəd, dəyəri 200 manat;5.Türkiyə istehsalı ağ rəngli nişan üzüyü, 9 qram, 1 ədəd, dəyəri 750 manat; 6.Paltar asılqanı, 3 ədəd, dəyəri 50 manat - 50 manatlıq həmin asılqanlar bizdə mövcud olmayıb, dəyəri iddia tələbində şişirdilmişdir; 7. Kofe naboru, 1 dəst, dəyəri 10 manat - iddiaçının özü tərəfindən sındırılmışdır;8. 1 ədəd ət və 2 ədəd çörək taxtası. 3 ədəd, dəyəri 10 manat - həmin əşyaların sayı iddia tələbində şişirdilmişdir. Hesab edir ki, iddia tələbi bu sadaladıqları hissədə təmin edilməməli, etirazı məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçı ona qarşı iddia tələbinin Türkiyə istehsalı qızıl üzük və qızıl sırğa dəsti (1 dəst, dəyəri 1400 manat). Türkiyə istehsalı qızıl broslet (5 qram, 1 ədəd, dəyəri 400 manat), Türkiyə istehsalı klon (6 qram, 1 ədəd, dəyəri 500 manat), Türkiyə istehsalı qızıl sep (2.5 qram. 1 ədəd, dəyəri 200 manat), Türkiyə istehsalı ağ rəngli nişan üzüyü (9 qram. 1 ədəd, dəyəri 750 manat), paltar asılqanı (3 ədəd, dəyəri 50 manat - 50 manatlıq həmin asılqanlar onlarda mövcud olmayıb, dəyəri iddia tələbində şişirdilmişdir), Kofe naboru (1 dəst, dəyəri 10 manat iddiaçının özü tərəfindən sındırılmışdır), 1 ədəd ət və 2 ədəd çörək taxtası (3 ədəd, dəyəri 10 manat - həmin əşyaların sayı iddia tələbində şişirdilmişdir) hissəsində rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qismən qəbul etdi və bildirdi ki, cehiz əşyalarının çox hissəsi evdədir, belə ki, cehiz əşyalarından paltar asılqanı- 3 ədəd mövcud olmamış və dəyəri şişirdilmişdir, kofe naboru iddiaçının özü tərəfindən sındırılmış, 1 ədəd ət və 2 ədəd çörək taxtası iddia ərizəsində dəyəri şişirdilmişdir və mövcud deyil, qalan cehiz əşyalarını gəlib götürə bilər, qızıl -zinyət əşyalarını gedəndə özüylə aparıb. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi pozulmuş, oğlu Uğurun onun yanında saxlanılması və cavabdehdən hər ay 150 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Kooperativ Cəmiyyətinin rəyindən görünür ki, iddia ərizəsində olan 36 adda cehiz və qızıl-zintyət əşyaları 9800 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddia ərizəsində qeyd olunan qızılzinyət əşyaları toyda İddiaçı hədiyyə verilmişdir. Məhkəmədə işin obyektiv araşdırılması məqsədilə tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, iddia ərizəsində qeyd olunan cehiz əşyalardan 1.Mebel dəsti (taxt, şkaf kupe, komod, 2 balaca şkaf) 1 dəst 3000 manat, divan 1 ədəd 500 manat, Stol 1 ədəd-400 manat, stul 6 ədəd, 400 manat, Mikrodalğa 1 ədəd 300 manat, 6. Qranit qab naboru-1 dəst 400 manat, 7. Taxt örtüyü 1 dəst 300 manat, 8. Böyük skater-1 ədəd-65 manat, 9. Balaca skater, 1 ədəd-15 manat, 10. Yorğan 1 ədəd; 2 böyük və 2 balaca yastıqlar,5 ədəd- 320 manat, 11. Pastel dəsti-1 dəst-80 manat, 12. Balaca xalça-1 ədəd, 80 manat, 13. Lüstür 1 ədəd 50 manat, 14. Çərəz qabı-2 ədəd ,40 manat, 15. Ütü-1 ədəd 45 manat, 16. Xrustal meyvə qabı-1 ədəd, 50 manat, 17. Xrustal güldan-1 ədəd 50 manat, 18. Termos-çaynik-1 ədəd, 70 manat, 19 Tefal çaynik-1 ədəd-35 manat, 20. Göy rəngli qalın adyal- 1 ədəd-30 manat,

21. Ağ rəngli adyal 1 ədəd 30 manat, 22. Əl-üz dəsmalı dəsti-1 ədəd,30 manat, 23. Çuqun qazan naboru, 4 dəst-50 manat, 24.Çayni serviz- 1 dəst40 manat, 25 Mətbəx dəsmalları- 1 dəst 35 manat, 26 podnos-1 ədəd- 10 manat, 29.Şamlı qab-1 ədəd-35 manat dəyərində əşyalar cavabdehə məxsus ünvanda aşkar edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafı barədə ərizəni və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən olmaqla cavabdehin ünvanında aşkar edilən cehiz əşyaları hissəsində təmin edilməli, qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh mebel dəsti (taxt, şkaf kupe, komod, 2 balaca şkaf)-1 dəst 3000 manat, divan 1 ədəd-500 manat, stol-1 ədəd-400 manat, stul-6 ədəd- 400 manat, Mikrodalğa 1 ədəd-300 manat, qranit qab naboru1 dəst -400 manat, taxt örtüyü-1 dəst 300 manat, böyük skater-1 ədəd 65 manat, balaca skater-1 ədəd-15 manat, yorğan 1 ədəd; 2 böyük və 2 balaca yastıqlar 5 ədəd-320 manat, pastel dəsti-1 dəst-80 manat, balaca xalça-1 ədəd-80 manat, lüstür-1 ədəd-50 manat, Çərəz qabı-2 ədəd-40 manat, ütü- 1 ədəd-45 manat, xrustal meyvə qabı- 1 ədəd-50 manat, Xrustal güldan-1 ədəd-50 manat,termos-çaynik-1 ədəd-70 manat, tefal çaynik-1 ədəd- 35 manat, göy rəngli qalın adyal-1 ədəd- 30 manat, ağ rəngli adyal -1 ədəd 30 manat, Əl-üz dəsmalı dəsti- 1 ədəd-30 manat, çuqun kastrulka naboru-4 dəst 50 manat, çay dəst-1 dəst-40 manat, mətbəx dəsmalları1 dəst-35 manat, podnos-1 ədəd-10 manat, Şamlı qab- 1 ədəd- 35 manat dəyərində əşyalar və ya dəyəri İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar