Məhkəmə qərarları › İş №2(012)-5567/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5567/2021

20.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5567/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh Əliyoldaş oğluna qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Əliyoldaş oğluna qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsində qeyd edilmişdir ki, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə hesab edir ki, maddədə qeyd olunan post ünvanının göstərilməsi, sadəcə olaraq formal sadalanmamalı, həmin ünvanı təstiq edən sənədlərə istinad olunmalıdır. İddiaçı iddia ərizəsində cavabdehin ünvanını ünvan 1llarına həmin ünvanı təstiq edən hər hansı bir rəsmi sənəd əlavə edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.Lakin iddiaçı tərəfindən iddia tələbinin əsaslarına dair hər hansı sübutu iş materiallarına əlavə etməmiş, tələbini konkret şəkildə ifadə etməmiş, tələbini konkret ifadə edilmədiyi üçün işin faktiki hallarının da müəyyən edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə iddia ərizəsində tələb konkret ifadə olunmalı, tələb olunan əmlakın fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməlidir. Əgər iddia ərizəsinin məzmunununda qeyd olunan xüsusiyyətlər göstərilməzsə, əks təqdirdə gələcəkdə çıxarılacaq qətnamənin icrasının qeyrimümkün olmasına kifayət qədər əsaslar verir. Bundan başqa Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Lakin iddiaçı tərəfindən qanunun bu tələbinə də əməl edlməmiş,iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etməmişdir. Yuxarıda qeyd olunanları məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə və iddia ərizəsinə əlavə edilən sənədləri tənzimləyən Azərbaycan Respublikası MPM-nin 150-ci, həmçinin AR MPM-in 150.0.2-ci maddələrinin tələblərinə əməl etməməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Əliyoldaş oğluna qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar