Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-56/2022 02.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı1 məxsus 0.0398 ha torpaq sahəsinin, 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı2 məxsus 0.0403 ha torpaq sahəsi və 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı3 məxsus 0.0407 ha torpaq sahələrini qanunsuz olaraq zəbt etmiş Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, onlar tərəfindən inşa edilmiş daş hasarların cavabdeh hesabına inşa edilməsi və zəbt edilmiş torpaq sahələrinin boşaldılması və onlara dəymiş maddi və mənəvi ziyana görə 1000 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 məhkəmə iclsında izahatında bildirdi ki, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda qeydiyyat nömrəsi ********** olan, 0.0398 ha torpaq sahəsi icarə hüququ əsasında ona məxsusdur, bundan əlavə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyeştri Xidməti tərəfindən verilmiş çıxarışda qeydiyyat nömrəsi ********** olan, 0.0403 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı2 məxsusdur və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda qeydiyyat nömrəsi ********** olan, 0.0407 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı3 məxsusdur. Daşınmaz əmlak üzərində onların icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 30.01.2015-ci il tarixli, 0582495, ******* və ******* №-li çıxarışlar ilə öz əksini tapmışdır. Həmin çıxarış Daşınmaz əmlakın dövlət reyestrində 739 nömrəli reyestr kitabının 63 nömrəli vərəqi ilə onun, 739 nömrəli reyestr kitabının 64 nömrəli vərəqi ilə İddiaçı2 və 739 nömrəli reyestr kitabının 67 nömrəli vərəqi ilə İddiaçı3 adlarına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın Dövlət Reyester Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəslərinin planları və ölçülərdə həmin torpağın kordinatlarını özündə dəqiq əks etdirir. Onlara məxsus torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etmişlər. Təxminən bir neçə müddət bundan qabaq onlara məlum olmuşdur ki, onlara məxsus torpaq sahəsini Cavabdeh adlı şəxs qanunsuz zəbt edərək, torpaq sahəsində olan daş hasarlarını sökərək tikinti işləri aparmışdır. Cavabdehə tərəflərindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bütün bunlara baxmayaraq cavabdeh öz qanunsuz hərəkətlərinə son qoymamış nəticədə onların torpaq sahələrini özbaşına olaraq zəbt etmişdir. Cavabdehin qanunsuz olaraq torpaq sahələrini zəbt etməsi barədə istər Xəzər rayon Prokurorluğuna istərsə də Xəzər rayon Poks İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyyət orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, həmkarlar ittifaqları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət etməli və onların müdafiəsinə köməklik göstərməyə borcludurlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103cü maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın Protokolunun 1-ci maddəsinin 1-ci bəndinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh ona və digər iddiaçılara məxsus torpaq sahələrini zəbt edib hasara almışdır. Cavabdeh ona demişdir ki, torpaq sahəsini ölçsünlər, əgər ona məxsus torpaq sahəsinə daxil olmuşdursa həmin torpaq sahəsindən çıxacaqdır. Lakin buna baxmayaraq cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxmır. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı3 məhkəmə iclasında iddianı müdafiə edərək, digər iddiaçıların izahatına uyğun izahat verdi. Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və 1000 manat maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmışlar. Hesab edir ki, iddia ərizəsində qeyd olunanlar əsası olmayan, uydurulmuş, iddiaçıların formal mülahizələridir. Belə ki, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyrimaddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsi İnsan Hüquqları və X5 X2 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının pozulması ilə bağlı işlərə baxan zaman aşağıda göstərilənləri bəyan etmiş və ardıcıl olaraq müdafiə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə, “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıbəsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda dəqiq izah etmiş və hesab etmişdir ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqauyğun gözlənməsi arasında fərq vardır”. Məhkəmənin xatırlamasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir” (Burdov Rusiya Federasiyasına qarşı və “ Yunanstan neftayırma zavodu” Strən və X3rşı işlər). Avropa İnsan Hüquqları Məhkəməsinin “Önər Yıldız (Oner Yıldız) Türkiyəyə qarşı” 18 iyun 2002-ci il tarixli qərarında hazırkı mübahisə üçün hüquqi əhəmiyyəti olan məqamlar vardır. Qərarın 139-cu bəndində məhkəmə müəyyən etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarın 142-ci bəndində isə qeyd olunur ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Həmçinin həmin qərarda qeyd olunur ki, «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmçinin, Azərbayacan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş materiallarından göründüyü kimi hazırda 800 kv.m hissəsi cavabdehin istifadəsində olan Abşeron rayonuna təhkim edilmiş, Hövsan-Südçülük sovxozu ərazsindən yerləşən torpaq sahəsi Abşeron rayon İcra hakimiyyəti Başçısının 29 may 2007-ci il tarixli sərəncamı ilə dövlət ehtiyat torpaq fondundan X1 istifadəsinə verilmişdir. Həmin sərəncama əsasən 20 hektar torpaq sahəsi 99 il müddətinə icarə müqaviləsi ilə Gülağa Mehdiyevin sahibliyinə verilmişdir. Bundan sonra Gülağa Mehdiyevin 08 yanvar 2013-cü il tarixdə notarial qaydada verdiyi etibarnamə ilə həmin torpaq sahəsinin 800 kv.m hissəsinə dair cavabdehə, 400 kv.m hissəsinə dair isə cavabdehin qardaşı X9 torpaq sahəsini bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi etibar etmişdir. Göstərilənlərdən sonra torpaq sahəsinin naturada yeri cavabdehə göstərilmiş və cavabdeh də qanuni mülkiyyətimə alaraq ondan istifadə etməyə başlamışdır. Hazırda iddiaçıların mübahisə predmeti kimi təqdim edib guya cavabdeh tərəfindən zəbt olunduğunu göstərdikləri torpaq sahəsi uzun müddət və iddiaçılardan qabaq, yəni 2013-cü ildən cavabdehin sahibliyində və istifadəsində olmuş, cavabdeh həmin əmlakdan maneəsiz istifadə etmiş və bu da sözügedən əmlakın cavabbdeh üçün mühüm iqtisadi maraq kəsb edən əmlaka çevrilməsinə səbəb olmuşdur. Bu baxımdan hesab edir ki, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, mübahisəli torpaq sahəsi üzərindəki mülkiyyət hüququ ilə bağlı gözləntilər qanuna və uzun müddət davam edən real vəziyyətə əsaslandığından, həmin əmlak cavabdehin mülkiyyəti kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. İddia ərizəsində qeyd olunanlara gəldikdə isə ümumi sözlərlə yazılan iddia ərizəsində konkret işin hallarını müəyyən edə biləcək heç bir hala istinad edilməmişdir. Bu da təbiidir ki, istinad oluna biləcək hər hansı bir sübut mövcüd deyildir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, sözügedən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması konkret sənədlərlə müyyən olunur və həmin sənədlər məhkəməyə təqdim olunmuşdur. İddiaçılar ərizələrində qeyd edirlər ki, guya cavabdeh iddiaçıların hər üçünə məxsus torpaq sahələrini zəbt etmiş və hasarlarını sökmüşdür. Cavabdeh hazırda qanuni istifadəsində olan torpaq sahəsini 2013-cü ildə, iddiaçılar isə 2015-ci ildə əldə etmişlər. Açıq-aydın görünür ki, iddiaçıların formal olaraq sadaladıqları və ərizələrində qeyd etdikləri hallar hər hansı qanuni və məntiqi əsasa deyil, subyektiv və uydurma mülahizələrinə əsaslanır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən 0.0398 ha torpaq sahəsi icarə hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, 30.01.2015-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən 0.0403 ha torpaq sahəsi icarə hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, 30.01.2015-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən 0.0407 ha torpaq sahəsi icarə hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, 30.01.2015-ci il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən 0.0398 ha torpaq sahəsi icarə hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, 30.01.2015-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən 0.0403 ha torpaq sahəsi icarə hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, 30.01.2015-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən 0.0407 ha torpaq sahəsi icarə hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, 30.01.2015-ci il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5701 saylı, 29 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən İddiaçı1 məxsus **********90 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatlarla uyğun gəldiyi göstərilmişdir. Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən İddiaçı2 məxsus **********81 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatlarla uyğun gəldiyi göstərilmişdir. Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən İddiaçı3 məxsus **********87 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatlarla uyğun gəldiyi göstərilmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Abşeron rayonu, Hövsan südçülük savxozu ərazisində yerləşən torpaq sahələri Cavabdeh tərəfindən zəbt olunmuşdur, tikilinin mövcud olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5701 saylı, 29 noyabr 2021-ci il tarixli ekspert rəyini təkzib edəcək hallar müəyyən edilmədiyindən məhkəmə ekspert ilə razılaşaraq hesab edir ki, hal-hazırda Cavabdeh özbaşına zəbt edilmiş iddiaçılara məxsus torpaq sahəsindən könüllü çıxmaması iddiaçıların daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur.Məhkəmə yuxarıda qeyd olunanları, həmçinin cavabdehin istifadəsində olduğunu qeyd etdiyi torpaq sahəsinə dair hər hansı bir rəsmi sənədin olmamasını,o cümlədən cavabdehin nümayəndəsinin etirazının heç bir sübuta əsaslanmadan formal mülahizələrdən ibarət olduğu nəzərə alaraq və aşağıda qeyd olunacaq qanunvericilik normlarını əsas götürərək hesab edir ki, cavabdeh Əmirov X10 rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı1 məxsus 0.0398 ha torpaq sahəsindən, 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı2 məxsus 0.0403 ha torpaq sahəsindən və 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı3 məxsus 0.0407 ha torpaq sahəsindən çıxarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5701 saylı, 29 noyabr 2021-ci il tarixli ekspert rəyindən göründüyü kimi iddiaçılara məxsus torpaq sahələrində cavabdeh tərəfindən tikili inşa edilmədiyindən və iddiaçılara 1000 məbləğində maddi və mənəvi zərər dəymiş olması ilə bağlı iddiaçılar tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı1 məxsus 0.0398 ha torpaq sahəsinin, 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı2 məxsus 0.0403 ha torpaq sahəsi və 30.01.2015-ci il tarixli, ******* №li çıxarışa əsasən İddiaçı3 məxsus 0.0407 ha torpaq sahələrini qanunsuz olaraq zəbt etmiş Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, onlar tərəfindən inşa edilmiş daş hasarların cavabdeh hesabına inşa edilməsi və onlara dəymiş maddi və mənəvi ziyana görə 1000 manat pulun alınması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və X5 haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/5701 saylı, 29 noyabr 2021-ci il tarixli tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən zəbt edilmiş Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı1 məxsus 0.0398 ha torpaq sahəsindən, 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı2 məxsus 0.0403 ha torpaq sahəsindən və 30.01.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı3 məxsus 0.0407 ha torpaq torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissələrdə rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/5701 saylı, 29 noyabr 2021-ci il tarixli tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 50 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, 50 manat isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-56/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-56/2022
02.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver