Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-56/2024 05.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı vəkili-nümayndəsi Nümayəndə1, Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili-nümayəndəsi Vəkil və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müstəqil tələb irəli sürməyən 3cü şəxs Abşeron rayonu Masazır Bələdiyyəsi, Abşeron rayon İH və "xxxx" ASC mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi kimi pozulmuş hüquqları bərpa edilərək cavabdehin ona məxsus olan ünvan 4ində 0,0521 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində apardığı bütün tikinti işləri onun hesabına sökülərək torpaq sahəsinin tam boşaldılaraq onun istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması, cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktı ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, 1 saylı Notariat Kontorunun xüsusi notariusu X6 tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmalakın alqı-satqı müqaviləsinə əsasən ünvan 4ində 0,0521 ha torpaq sahəsini X4 almışdır. xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən adına «torpaq sahəsinin planı və ödçüsü» adlanan A№ 164281 saylı sənəd verilmiş, qeyd edilən torpaq üzərinə mülkiyyət hüquqları isə xx.xx.2017-ci il tarixdə qeydə alınaraq ona seriya RX №1085182 saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» verilmişdir. Torpaq sahəsini satın aldıqdan sonra bir müddət orada hər hansı işlər görməmiş, lakin buna baxmayaraq ara-sıra həmin sahəyə gedib gəlmişdir. Yaxınlıqda cavabdeh tərəfindən ev tikintisi işləri aparılmışdır. Lakin bu yaxınlarda torpaq sahəsinə gedərkən cavabdeh tərəfindən mülkiyyətinin zəbt edilərək ora asfalt çəkməsini və avtodayanacaq kimi istifadə edilməsinin şahidi olmuşdur. Cavabdehin işçiləri onu sahəsinə buraxmamış, hətta tikinti işləri aparmaq üçün aldığı bir maşın mişar daşının sahəsinə tökdürülməsi ilə bağlı polisə müraciət etmişlər. Sahə rəisi gələrək mişar daşının tökdürülməsinin qarşısını almış və bildirmişdir ki, bu məsələ məhkəməlikdir. Cavabdehə mülkiyyətində olan torpaq sahəsinin sənədlərini təqdim edərək onların hərəkətlərinin qanunsuz olmasını bildirsə də, bu sənədlərə əhəmiyyət verilməmiş, əksinə cavabdehin sədri Mustafayev Əbduləzim tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 05 iyul 2022-ci il tarixdə ərizə ilə müraciət edilərək həmin torpaq sahəsi ilə bağlı ona verilmiş sənədlərinin qanuniliyini şübhə altına alaraq guya oradan mərkəzi kanalizasiya kollektoru və beynəlxalq kabel xəttinin keçməsini, həmin torpaq sahəsinin hasara alınmasının inşa etdikləri binanın yanğın mühafizə zolağının zəbt olunacağını, binanın İ mərtəbəsi olan qeyri-yaşayış sahəsinin istismarının isə qeyri-mümkünsüz olmasını göstərmişlər. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və onun torpaq sahəsi ilə bağlı sənədlərin qanuniliyini göstərilən əsaslarla şübhə altına alması tam əsassızdır. Belə ki, qeyd edilən torpaq sahəsi ilə bağlı müvafiq hüquqverici sənədləri ona səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş və bu sənədlər hazırki vaxta kimi qüvvədədir. Məlumat üçün bildirir ki, cavabdehin sədri Mustafayev Əbduləzim tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 05 iyul 2022-ci il tarixdə ərizə ilə əlaqədar aidiyyatı qurum tərəfindən yerində araşdırma aparılaraq müvafq akt və sxem tərtib edilmişdir. Bu sxem və aktla müəyyən edilmişdir ki, KTMX-ya aid F06 optik kabel xətti onun torpaq sahəsindən 2- 2,5 metr aralı keçir. Cavabdeh isə heç bir əsas olmadan onun mülkiyyətini zəbt edərək oradan istifadə edərək faydalanır və bununla da onun mülkiyyət hüquqlarını pozmuş və pozmaqdadır. Onun bu zəbt etmək faktına görə o, öz mülkiyyətindən mülahizəsinə görə sərbəst istifadə etmək, faydalanmaq və gəlir götürmək hüquqlarından məhrum olunmuşdu. Cavabdehlə aralarında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsinə cəhd edilmiş, lakin cavabdehin sədri telefonla onun sənədlərinin qanunsuz olmasını bildirərək mübahisənin sülh yolu ilə həll edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində apardığı tikililərin (asfalt örtüyünün) eləcə də kanalizasiya xəttlərinin (boruların) onun hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması, torpağın tam boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması, cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktı ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, mübahisəli sahə Cavabdeh Mənzil Tikinti Kooperativinin tikdiyi hündürmərtəbəli binanın qarşısıdır. Həm MTK, həm də sakinlər oradan yol kimi, avtomobillər isə dayanacaq kimi istifadə edirlər, orada asfalt çəkilib abadlaşdırılıb, orada tikinti aparılmayıb. Kanalizasiyanın qoşulması "xxxx" ASC-nin icazəsi ilə hələ bina tikilməzdən əvvəl həyata keçirilmişdir.Ümumiyyətli mübahisəli torpaq sahəsinin yerləşmə yeri barədə Abşeron rayon İH tərəfindən ilkin torpaq ayırma plansxemi olmamışdır. İddiaçı ilə bərabər digər şəxslərə də Abşeron rayon İH tərəfindən ayrılmış torpaq sahəsi tam başqa bir yerdə olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayonu Masazır Bələdiyyəsi, Abşeron Rayon İcra Hakimiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndələri məhkəmənin sonuncu iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,0521 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 915 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. -X3 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0521 ha torpaq sahəsini tam mülkiyyət hüququ ilə alıcıya 5000 manata satılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-cı il tarixli, A № 164281 saylı plan və ölçünün surətindən görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 0.0521 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayonu notariusu B.S.İslamovun № 132. xx.xx.2017-ci il tarixli 4ə-1106 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/39 nömrəli ekspert rəyinin surətindən görünür ki, məhkəmənin 2(012)-239/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Sərxan Əhmədovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-14749/2023 saylı mütəxəssis rəyinə əsasən, **********09 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçı tərəfin sorğusu əsasında verilmiş - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X8 Xidməti PHŞ X9 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 325 saylı məktubdan görünür ki, Masazır qəsəbəsi Ə.Vahid ünvanında yerləşən vətəndaşa məxsus torpaq sahəsinə əməkdaşlar tərəfindən baxış keçirilmiş, baxış zamanı sözegedən torpaq sahəsində keçən kanalizasiya xəttinin X9 Sistemlərinin İstismarı İdarəsinin balansında olmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC “Abşeron Sukanal” İdarəsi tərəfindən cavabdehə ünvanlanan verilmiş 11.08. 2022-ci il tarixli 06/1-957 saylı məktubdan görünür ki, Masazır kəndi. Ə.Vahid küçəsi 180-də inşa olunmuş çoxmərtəbəli yaşayış binasının qarşısından keçən “kanalizasiya xətti üzərində çıxarış alınmış torpaq sahəsində tikintinin aparılmasının qarşısının alınması” haqqında müraciətinizə baxılmışdır. Məlumat üçün bildirilir ki, sözügedən əraziyə birgə baxış keçirilmişdir və müəyyən olunmuşdur ki, tikinti aparılacaq torpaq sahəsindən "xxxx" ASC tərəfindən hazırda istismar olunan d300mm-lik kanalizasiya xətti keçir. Tikinti norma qaydalarına müvafiq olaraq kanalizasiya xətti və iki ədəd baxış quyusunun yerləşdiyi həmin torpaq sahəsində tikinti inşaat işlərinin aparılması yolverilməzdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1ində yerləşən 0,0521 ha olan torpaq sahəsi almışdır. xx.xx.2017-ci ildə həmin torpaq sahəsi onun adına rəsmləşdirilərək ******* saylı çıxarış və xx.xx.2017-cı il tarixli, seriya nömrəsi 164281 olan torpaq sahəsinin plan ölçüsünə dair 4 saylı ərazi idarəsindən sənəd təqdim edilmişdir. Bir müddətdən sonra torpaq sahəsinə gələn iddiaçı mülkiyyət hüququ ilə ona məxsus torpağından Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən istifadə olunduğu, asfalt örtük çəkildiyi, avtomaşın dayanacağı kimi istifadə olunduğunu müəyyən etmişdir. İddiaçı cavabdehdən ona məxsus torpağın boşatmasını və orda olan qanunsuz tikililərin öz hesabına sökülərək çıxarılmasını tələb etsə də, lakin cavabdeh buna məhəl qoymamış, onun tələbini yerinə yetirməmişdir. Hazırda iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin predmetini təşkil edən İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0521 torpaq sahəsindən Cavabdeh Mənzil Tikinti Kooperativinin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində apardığı tikililərin (asfalt örtüyünün), eləcə də kanalizasiya xəttlərinin (boruların) onun hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması, torpağın tam boşaldılması barədə qətnamə, habelə cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktı ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflərin izahatlarından və işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1ində yerləşən 0,0521 ha olan torpaq sahəsinə bitişik torpaq sahəsində cavabdeh tərəfindən hündür mərtəbəli yaşayış binası tikilmişdir. Mübahisəli torpaq sahəsi həmin hündürmərtəbəli binanın qarşı tərəfində bina ilə baş yol arasında yerləşən torpaq sahəsidir. Cavabdeh iddiaçının mülkiyyəti olan həmin torpaq sahəsində asfalt örtük çəkmiş, oradan avtomaşın dayanacağı və binaya giriş-çıxış kimi istifadə olunur. İddiaçı tərəf ona məxsus həmin torpaq sahəsinin altında cavabdeh tərəfindən kanalizasiya xətlərinin (boruların) çəkildiyini bildirsə də, işdə olan "xxxx"ASC-nin “Abşeron Sukanal” İdarəsi tərəfindən verilmiş cavabdehə ünvanlanan 11.08. 2022-ci il tarixli 06/1- 957 saylı məktubdan görünür ki, Masazır kəndi. Ə.Vahid küçəsi 180-də inşa olunmuş çoxmərtəbəli yaşayış binasının qarşısından keçən “kanalizasiya xətti üzərində çıxarış alınmış torpaq sahəsində tikintinin aparılmasının qarşısının alınması” haqqında müraciətinizə baxılmışdır. Məlumat üçün bildirilir ki, sözügedən əraziyə birgə baxış keçirilmişdir və müəyyən olunmuşdur ki, tikinti aparılacaq torpaq sahəsindən "xxxx" ASC tərəfindən hazırda istismar olunan d300mm-lik kanalizasiya xətti keçir. Tikinti norma qaydalarına müvafiq olaraq kanalizasiya xətti və iki ədəd baxış quyusunun yerləşdiyi həmin torpaq sahəsində tikinti inşaat işlərinin aparılması yolverilməzdir. Göründüyü kimi kanalizasiya xətti daha əvvəldən olmuş və bu cavabdeh tərəfindən deyil, "xxxx" ASC-nin “Abşeron Sukanal” İdarəsi tərəfindən çəkilmişdir. "xxxx"ASC isə iş üzrə cavabdeh tərəf deyildir. Bu hissədə iddia əsil olmayan tərəfə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdeh "xxxx" MTK tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab edir ki, rəydə göstərilən nəticədə tam sübuta yetirilir ki, İddiaçı adına mülkiyyət hüququ ilə məxsus olan ünvan 1ində yerləşən 0,0521 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları düzgün qeyd edilmişdir. Ekspertizanın rəyi ilə tam təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində hazırda cavabdeh tərəfindən istifadə olunması iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmuş və onun hüquqlarını məhdudlaşdırmışdır. Beləliklə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan, ünvan 4i ünvanında yerləşən 0.0521 ha torpaq sahəsindən cavabdeh "xxxx" MTK çıxarılmalı, orada cavabdeh tərəfindən çəkilmiş asfalt örtüyü cavabdehin öz vəsaiti hesabına sökülməli,cavabdehin hesabına torpaq sahəsi boşaldılmalı, digər hissədə isə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 80manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməli, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan, ünvan 4i ünvanında yerləşən 0.0521 ha torpaq sahəsindən cavabdeh "xxxx" MTK çıxarılsın, həmin torpaq sahəsində cavabdeh "xxxx" MTK tərəfindən çəkilmiş asfalt örtüyü cavabdehin öz vəsaiti hesabına sökülsün, torpaq sahəsi boşaldılsın. Digər hissədə isə iddia əsassız olduğundan təmin edilməsin. Cavabdeh "xxxx" MTK-dan ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaitinin 80 manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh "xxxx" MTK-dan 50 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-56/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-56/2024
05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver