Məhkəmə qərarları › İş №2(012)-5633/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5633/2023

25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5633/2023 25.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Ərizəçi mirasın qəbul edilmə müddətinin uzadılması və mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : Ərizəçi mirasın qəbul edilmə müddətinin uzadılması və mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü ildə vəfat etmiş atası X1 miras qalmış Daşınmz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı dövlət reyestrindən çıxarışlı fərdi yaşayış evinin miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılma səbəbləri iizürlü hesab edilməklə, həmin müddətin uzadılması və onun tərəfindən həmin miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9. maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi ərizəsində həm fərdi yaşayış evinin miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılma səbəblərini iizürlü hesab edilməklə, həmin müddətin uzadılması, həm də onun tərəfindən həmin miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə vermişdir ki, bununla da bir biri ilə əlaqəli olmayan işləri bir ərizədə birləşdirirərək yazmış və bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki ərizəsində qeyd olunan mirasın qəbul edilmə müddətinin uzadılmasına iddia icraatı qaydasında baxıldığı halda, mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair ərizəyə xüsusi icraat qaydasında baxılır. Mülki Prosessual Məcəllənin: 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizədə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİM : Ərizəçi mirasın qəbul edilmə müddətinin uzadılması və mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar