Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-565/2021 03.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətimdə olan ünvan 1 saylı (həyət evi) yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanına dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi **********61-10301 saylı reyestr nömrəli çıxarışa əsasən ünvan 3 (həyət evi) İddiaçı mülkiyyətindədir. Yuxarıda göstərilən 3 otaqlı, ümumi yaşayış sahəsi 61 kv/m olan həyət evini İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh1 34000 (otuz dörd min) manata satın almışdır. Sonradan, yəni xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 saylı reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdehlər alqı-satqı zamanı qeydiyyatdan çıxacaqlarına söz versələr də, müəyyən bəhanələr gətirərək qeydiyyatdan çıxmaq fikrində olmamışlar. Cavabdehlərin qeydiyyatdan çıxmaması nəticəsində ailələrində müəyyən narahatçılıqlar yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 (həyət evi) ünvanında qeydiyyatda qalmalarının heç bir hüquqi əsası yoxdur. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunması xahiş olunur. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirdi. Qeyd etdi ki, Cavabdeh2 onun həyat yoldaşı, Cavabdeh3 isə onun oğludur. O və ailə üzvləri mənzildən qeydiyyatdan çıxmağa razıdır. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, eləcə də, Cavabdeh1 iddianı etirafı barədə məhkəməyə təqdim etdiyi yazılı ərizəsini və işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İslamov X7 rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, ev 61 ünvanında yerləşən, ümumi sahəsi 61.8 kv/m olan fərdi yaşayış evini 340000 (otuz dörd min) manata X1. --Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 215 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. -Məhkəmənin sorğusuna əsasən ünvan 2 üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 144 nömrəli məktubundan görünür ki, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsində tikilmiş 61 nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. xx.xx.2020-ci il tarixində Məmmədli kəndi Alı Mustafayev küçəsində yaşayan qonşularla bağlanmış akta və xx.xx.2020-ci il tarixində Məmmədli kənd X11 üzrə Nümayəndənin müavini X3 iştirakı ilə bağlanmış qonşuluq aktına əsasən İddiaçı yuxarıda göstərilən evində hal-hazırda tək yaşayır. Həmin fərdi yaşayış evində X5, X4 və X6 yaşamırlar. Qonşuların bildirdiyinə görə İddiaçı həmin evi aldıqdan bu günədək X5, X4 və X2 rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi ev 61 ünvanında yaşamırlar -Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı (qeydiyyatdadır xx.xx.2020-ci il) ilə yanaşı, Cavabdeh1 (xx.xx.1967), Cavabdeh2 (xx.xx.1966), Cavabdeh3 (xx.xx.1992) qeydiyyatdadır. Beləliklə işin araşdırılan hallarından müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ev iddiaçının tam mülkiyyətindədir. Onun mülkiyyətində olan evdə ondan başqa cavabdehlər də qeydiyyatdadır. Cavabdehin sözügedən fərdi yaşayış evində istifadə hüququnun qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdutlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda Cavabdeh1 tərəfindən iddia tələbi tam etiraf olunaraq, onun və digər cavabdehlər olan ailə üzvlərinin ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil alqı-satqı edildikdən sonra Cavabdeh1 ailə üzvləridir ki, həmin ev satıldıqdan sonra evdən birdəfəlik olaraq köçüb getmişlər. Cavabdehlərin iddiaçıya məxsus evdən köçüb getmələri və bir daha orada yaşamamaları qonşuların tərtib etdiyi akta əsasında ünvan 2 üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 144 nömrəli məktubda göstərilənlər təsdiq edir. Hazırda isə ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir və cavabdehlərin həmin evdə istifadə hüquqlarının qalması onun bir mülkiyyətçi kimi həmin evdən istifadə, sahiblik və sərəncam vermək hüquqlarını məhdutlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçının evində istifadə hüquqlarının qalması iddiaçının mülkiyyət hüquqlarını pozduğundan, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməli, eyni zamanda cavabdehlərin iddiaçıya məxsus mənzilə istifadə hüququ itirildiyindən qətnamənin nəticə hissəsində, hazırkı qətnamənin cavabdehin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-565/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-565/2021
03.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver