Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5708/2021 26.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon X2rşı mülkiyyət hüquqlarının tanınması, sənədlərin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, sənədlərin bağlanmış hesab edilməsi, çıxarışın verilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı mülkiyyət hüquqlarının tanınması, sənədlərin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, sənədlərin bağlanmış hesab edilməsi, çıxarışın verilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının tanınması, həmin torpaq sahəsinə dair Cavabdeh1 adına olan sənədlərin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş 12.02.2014-cü il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi barəsində sənədlərin İddiaçı adına sənədləşmiş hesab edilməsi, bu barədə çıxarışın verilməsi, dəymiş maddi zərərə görə 50000 manat və mənəvi zərərə görə 30000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə və cavabdehin əməllərində cinayət tərkibi olduğu üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən X14 cavabdeh qismində cəlb edərək, Abşeron rayonu Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının tanınması, həmin torpaq sahəsinə dair Cavabdeh1 adına olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyata alınmış 20 fevral 2014-cü il tarixdə keçirilmiş Hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamənin və Cavabdeh1 ilə cavabdeh Abşeron rayonu X23 arasında bağlanmış 20 fevral 2014-cü il tarixli torpaqların alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş 12.04.2014-cü il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi barəsində 20 fevral 2014-cü il tarixdə keçirilmiş hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamənin və 20 fevral 2014-cü il tarixli torpaqların alqı-satqısına dair müqavilənin İddiaçı adına sənədləşmiş hesab edilməsi, bu barədə yeni çıxarışın verilməsi, dəymiş maddi zərərə görə 50000 manat və mənəvi zərərə görə 30000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə və cavabdehin əməllərində cinayət tərkibi olduğu üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh Əzizov X17 Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən keçirilən 20 fevral 2014-cü il tarixli hərracda formal olaraq, yəni İddiaçı adından və onun maliyyə vəsaiti ilə iştirak edərək qalib olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyat alınmış 20 fevral 2014-cü il tarixdə keçirilmiş hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamə və torpaqların alqı-satqısına dair müqavilə ilə Cavabdeh1 öz adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş 12.02.2014-cü il tarixli dövlət reyestrindən çıxarış əldə etmişdir. Bununla da cavabdeh Abşeron rayon Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə formal olaraq mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh həmin çıxarışı iddiaçıya təhvil vermişdir. Bu, iddia ərizəsinə əlavə olunan notarial təsdiqli çıxarışın surəti ilə sübut olunur. Belə ki, yalnız sənədin əsli olduqda sənəd notarial qaydada təsdiq olunur. Cavabdeh1 tərəfindən İddiaçı 19.03.2014-cü il tarixdə səlahiyyətləri başqa şəxsə verilə bilən, 20 illik baş etibarnamə verilmişdir. Hansı ki, həmin etibarnamə əsasında əmlaka dair bütün sərəncamlar həyata keçirilə bilərdi. Bundan sonra, yəni 20.03.2014-cü il tarixdə cavabdehin razılıq ərizəsi ilə özü bu faktı etiraf edərək hərrac və alqı-satqı zamanı bütün maliyyə xərclərinin iddiaçının çəkdiyini, onun razılığı ilə adına rəsmiləşdirildiyini, bu səbəbdən iddiaçıya etibarnamə verdiyini, həmin etibarnaməni mübahisəli torpaq sahəsinin satılması və ya digər şəxslərin adına keçirilməsi üçün verdiyini bildirmişdir. Eyni zamanda, cavabdehin həyat yoldaşı 19.03.2014-cü il tarixdə notarial qaydada razılıq ərizəsi verərək həmin torpaq sahəsinin satılmasına, bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh yoldaşının adından həmin tarixdə etibarnamə almışdır. Tərəflər arasında münasibətlər yaxşı olsa da son zamanlar pozulmuşdur. Cavabdeh iddiaçının onun öz adına verdiyi etibarnaməni və yoldaşının adından verdiyi razılıq ərizəsini ləğv etdirmişdir. Daha sonra polis orqanlarına yalan məlumat verərək guya ki, çıxarışın itməsini bildirmiş, bu barədə müvafiq arayış əldə etmiş və öz adına yeni çıxarış almışdır. Halbuki, çıxarışın əsli iddiaçıda olmuş və bunu cavabdeh bilmişdir. İddiaçı 13.09.2021-ci il tarixdə onun adına verilən etibarnamə ilə torpağı digər şəxsin adına keçirmək istəyərkən, etibarnamənin ləğv olunduğu barədə məlumat əldə etmişdir. Bu vaxtdan iddiaçı aldadıldığını və hüquqlarının pozulduğunu bilmişdir. Göründüyü kimi, Abşeron rayonu Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsi faktiki olaraq iddiaçıya məxsusdur. Cavabdeh1 adına olan bütün sənədləşmələr formal xarakter daşıyır. Hərrac keçirilərkən daha sonra bütün maliyyə dəstəyi iddiaçı tərəfindən ödənilmişdir. Hərracın dəyərinin ödənilməsi belə həmin vaxt bələdiyyə əməkdaşı olmuş şəxs tərəfindən iddiaçıdan alınaraq ödənilmişdir. İddiaçı cavabdehin qeyd edilən hüquqazidd əməllərinə görə dərin mənəvi iztirab keçirmişdir. Eyni zamanda maddi zərərə uğramışdır. Həmçinin, cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsinin əlamətləri mövcuddur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi tamamilə əsassızdır, hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququna müdaxilədir. İddiaçı tərəfin iddia tələbini əsaslandırdığı hallar absurd da olsa aşağıdakılardan ibarətdir. Belə ki, guya ki, sözügedən torpaq sahəsi ilə bağlı çıxarış formal olaraq Cavabdeh1 adına alınmışdır, cavabdeh həmin çıxarışı iddiaçıya təhvil vermişdir. Cavabdeh1 tərəfindən İddiaçı 19.03.2014-cü il tarixdə səlahiyyətləri başqa şəxsə verilə bilən 20 illik baş etibarnamə verilmişdir. Hansı ki, həmin etibarnamə əsasında əmlaka dair bütün sərəncamlar həyata keçirilə bilər. 20.03.2014-cü il tarixdə cavabdehin razılıq ərizəsi ilə özü bu faktı etiraf edərək hərrac və alqı-satqı zamanı bütün maliyyə xərclərinin iddiaçının çəkdiyini, onun razılığı ilə adına rəsmiləşdirdiyini, bu səbəbdən də iddiaçıya etibarnamə verdiyini, həmin etibarnaməni həmin torpaq sahəsinin satılması və ya digər şəxslərin adına keçirilməsi üçün verdiyini bildirmişdir. Cavabdehin həyat yoldaşı 19.03.2014-cü il tarixdə notarial qaydada razılıq ərizəsi verərək həmin torpaq sahəsinin satılmasına, bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Hərrac keçirilərkən və daha sonra bütün maliyyə dəstəyi iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi, iddia tələbinin əsası sadəcə mülahizələrdən ibarətdir, hüquqi əsası yoxdur, formal olaraq qaldırılmış bir iddiadır. “Çıxarışın formaİ olaraq Cavabdeh1 adına alınması və daha sonra onu iddiaçıya təhvil verməsi” iddiası ilə bağlı bildirir ki, təmsil etdiyi şəxs 20 fevral 2014-cü il tarixdə X18 Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən keçirilmiş müsabiqədə iştirak edərək müsabiqənin qalibi olmuş və müsabiqənin nəticəsinə dair 20 fevral 2014-cü il tarixli, 4725 saylı iclas protokolu tərtib edilmişdir ki, bunun da nəticəsində daha sonra Cavabdeh1 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən şəhadətnamə verilmişdir. Bundan sonra X23 ilə torpaqların alqı-satqısına dair müqavilə bağlanmış və nəticədə təmsil etdiyi şəxsin mülkiyyət hüququ 12 aprel 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Çıxarışın iddiaçıya saxlanılması üçün verilməsi hər hansı bir hüquq yaratmır. İstənilən bir səbəbdən çıxarış iddiaçıda ola bilər. “Cavabdeh1 tərəfindən İddiaçı 19.03.2014-cü il tarixdə səlahiyyətləri başqa şəxsə verilə bilən 20 illik baş etibarnamə verilmişdir. Hansı ki, həmin etibarnamə əsasında əmlaka dair bütün sərəncamlar həyata keçirilə bilər” iddiası ilə bağlı bildirir ki, təmsil etdiyi şəxs tərəfindən etibarnamənin verilməsi etibar edilən şəxsə həmin əmlak barəsində öz xeyrinə hər hansı bir hüquq vermir. Etibarnamənin mahiyyəti adından da göründüyü kimi bir şəxsin 3-cü şəxslər qarşısında təmsil edilməsi üçün başqa şəxsə vermiş olduğu vəkalətdir. Qanunvericilikdə də aşkar şəkildə qeyd edilmişdir ki, əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiliyə keçməsinə səbəb olmur. Bununla belə, etibarnamənin verilməsi zamanı həmin torpaq sahəsi heç Cavabdeh1 mülkiyyətində belə olmamışdır ki? Onunla bağlı da sərəncam vermək və sairə hüquqlarını etibar etsin. Etibarnamə 19 mart 2014-cü il tarixdə verilmiş, Cavabdeh1 sözügedən torpaq sahəsinə mülkiyyət hüququnu etibarnamənin verilməsindən təxminən bir ay sonra, yəni 12 aprel 2014-cü il tarixdə əldə etmişdir. Daha sonra iddiaçının qanunsuz davranışlarını görən Cavabdeh1 ona verilmiş etibarnaməni ləğv etdirmişdir. “20.03.2014-cü il tarixdə cavabdehin razılıq ərizəsi ilə özü bu faktı etiraf edərək hərrac və alqı-satqı zamanı bütün maliyyə xərclərinin iddiaçının çəkdiyini, onun razılığı ilə adına rəsmiləşdirdiyini, bu səbəbdən də iddiaçıya etibarnamə verdiyini, həmin etibarnaməni həmin torpaq sahəsinin satılması və ya digər şəxslərin adına keçirilməsi üçün verdiyini bildirmişdir, hərrac keçirilərkən və daha sonra bütün maliyyə dəstəyi iddiaçı tərəfindən ödənilmişdir.” iddiası ilə bağlı bildirir ki, təmsil etdiyi şəxs onun tərəfindən belə bir ərizənin verilmədiyini, belə ərizəni xatırlamadığını, iddiaçı tərəfin saxta sənəd tərtib etdiklərini bildirmişdir. Torpaq sahəsinin alınması zamanı bütün maliyyə vəsaiti Cavabdeh1 tərəfindən ödənilmişdir. Ödənişlər İddiaçı tərəfindən ödənilmiş olsa belə bu, ən yaxşı halda gələcəkdə çəkilmiş xərclərin ödənilməsi ilə bağlı iddia qaldırılması üçün əsas ola bilər, lakin belə bir gülünc iddianın qaldırılması üçün deyil. Borc pulun verilməsi, maliyyə xərclərinin iddiaçı tərəfindən çəkilməsi iddiası, alqı-satqı müqaviləsinin etibarsızlığı, mülkiyyət hüququnun tanınması üçün əsas deyildir. Göründüyü kimi, tələb tamamı ilə əsassızdır və sadəcə mülahizələrə, ehtimallara əsaslanmışdır. Belə bir sual yaranır ki, niyə İddiaçı iddia etdiyi torpaq sahəsini öz adına almırdı? İddiaçı mülkiyyətində kifayət qədər əmlak vardır və əgər o, yeni bir əmlak almaq istəyərdisə bunu da rahatlıqla öz adına ala bilərdi. Bundan əlavə, 7 il müddətində verilmiş etibarnamə əsasında özgəninkiləşdirə bilərdi, lakin həqiqəti İddiaçı özü də çox yaxşı bildiyi üçün, yəni həmin torpaq sahəsinin ona məxsus olmadığını, etibarnamənin hansı məqsədlər üçün verildiyini bildiyi üçün buna zərurət qalmamışdır. Cavabdeh1 İddiaçı tabeliyində işləyirdi və hesabatlarda, yekunda kəsirin olması və. s ehtimallarını əsas götürərək İddiaçı Cavabdeh1 təminat, girov istəmiş və bu səbəblə də yuxarıda qeyd etdiyi etibarnamə, daha sonra çıxarış verilmişdir. İddia tələbinin hüquqi əsasına gəldikdə isə bildirir ki, 20 fevral 2014-cü il tarixdə keçirilmiş hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamənin etibarsızlığı tələbi əsassızdır. Belə ki, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələri və hərracları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanına və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. X23 mülkiyyətindəki torpaq sahəsinin satılması məqsədi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyasına sifariş göndərmiş və bunun nəticəsində 20 fevral 2014-cü il tarixdə müsabiqə keçirilmiş və müsabiqədə Cavabdeh1 və X3 iştirak etmiş, nəticədə müsabiqənin qalibi Cavabdeh1 olmuşdur. Göründüyü kimi, hazırkı iddiaçı heç müsabiqənin iştirakçısı belə olmamışdır. Belə olan halda hansı əsasla müsabiqənin nəticəsini mübahisələndirir, bu, bəlli deyildir. Sifarişçi, digər cavabdeh X23 belə, əvvəlcədən hərracın qalibinin kim olacağını bilə bilmədiyi halda, İddiaçı heç müsabiqə iştirakçısı belə olmadığı halda hansı əsasla hərracın formal olduğunu, əslində torpağın İddiaçı satıldığını iddia edə bilər.? Hansı ki, müsabiqənin qalibi digər iştirakçı X3 və ya digər istənilən bir iştirak etmiş şəxs ola bilərdi və müsabiqənin qalibi olaraq şəhadətnamənin əldə edilməsi qanunvericiliyin tələbinə əsasən bələdiyyənin həmin qalib ilə müqavilə imzalaması üçün əsasdır. Göründüyü kimi, digər cavabdeh X23 yalnız alqısatqı müqaviləsinin tərəfi olmuş, nə o, nə də ki, hazırkı İddiaçı X18 Komitəsi tərəfindən təşkil edilmiş müsabiqədə tərəf olmamış, iştirak belə etməmişdir. Bununla belə fərz edilsə ki, hərracın nəticələri etibarsız hesab edildi, etibarsızlığın nəticələrinin hər kəsə bəlli olduğu, qanunvericilikdə aşkar şəkildə qeyd edildiyi halda, hansı əsasla müqavilə İddiaçıla bağlanmış hesab edilməlidir? Cavabdeh1 ilə Abşeron rayon X23 arasında bağlanmış 20 fevral 2014-cü il tarixli torpaqların alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi ilə bağlı bildirir ki, iddiaçı tərəf müqavilənin tərəfi olmadığı halda müqavilənin əhəmiyyətsizliyini iddia etməsi əsassızdır. Müqavilənin subyektləri müqavilənin bağlanmasında şəxsən iştirak etmiş, hər iki tərəf öz iradələrini sərbəst, müstəqil şəkildə bəyan etmiş, müqavilənin forma və məzmununa riayət olunmaqla, qanunvericiliyin tələblərinə uyğun olaraq bağlamış və icra edilmişdir. Bundan əlavə, digər bir tərəfdən də iddiaçı əqdin etibarsızlığı ilə bağlı mübahisə açmaq hüququnu itirmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmçinin, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “mülkiyyət hüququnun tanınması, sənədlərin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən məhkəməyə guya onun tərəfindən tərtib edilmiş və imzalanmış “razılıq” başlığı altında sənədin surəti təqdim edilmişdir. Sənədin qısa məzmununa əsasən guya təmsil etdiyi şəxs alqı-satqı zamanı bütün maliyyə xərclərinin İddiaçı tərəfindən ödənildiyini, əslində torpaq sahəsinin formal olaraq onun adına rəsmiləşdirildiyini etiraf etmişdir. Bildirir ki, həmin sənəd təmsil etdiyi şəxs Cavabdeh1 tərəfindən tərtib edilməmişdir, sənəd saxta yollarla iddiaçı tərəfindən hazırlanmışdır. Belə ki, sənəddəki imza və ad-soyad Cavabdeh1 başqa bir sənəddəki imzası və ad-soyadından surət götürülməklə sonradan, hazırkı iş üçün hazırlanmışdır. Buna görə də sözügedən sənədin əslini iddiaçı tərəf heç bir halda təqdim edə bilməz. Sənədin məhkəməni aldatmaq üçün, saxta yollarla hazırlandığını təsdiq edən başlıca sübutu ondan ibarətdir ki, “razılıq” başlığı altında tərtib edilmiş sənəd 20 mart 2014-cü il tarixdə tərtib edilsə də sənədin mətnində Cavabdeh1 mülkiyyətində olan 5 ha torpaq sahəsinə məxsus olan reyestr nömrəsi **********63 olan, 12 aprel 2014cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış çıxarışa istinad edilmişdir. Belə bir sual yaranır: 20 mart 2014-cü il tarixdə tərtib edilmiş ərizədə necə ola bilərdi ki, 23 gün sonra (12.04.2014cü il) alınacaq olan çıxarışa istinad edilsin, hətta çıxarışın alınma tarixi və reyestr nömrəsi dəqiq göstərilsin? Göründüyü kimi, iddiaçı tərəf iddiasının tamami ilə əsassız olmasını, heç bir dəlili olmamasını bildiyi üçün başqasının mülkiyyətini ələ keçirmək üçün sonradan cavabdeh baxımından etiraf mahiyyətində saxta sənəd tərtib etməklə, məhkəmə qərarına qanunsuz təsir etmək, məhkəməni aldatmaq niyyətində olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını, qətnamə ilə eyni zamanda müvəqqəti xarakterli təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxarılmasını, o cümlədən də iddiaçı barəsində məhkəməyə saxta sənəd təqdim edildiyi üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. 25.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş cavabdeh Abşeron rayonu X6 nümayəndəsi X9 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 5.00 ha torpaq sahəsinə dair mübahisə ilə bağlı bildirir ki, həmin torpaq sahəsinə dair alqı-satqı və digər hüquqi proseduralar bələdiyyənin əvvəlki rəhbərinin səlahiyyəti dövründə yəni 2014-cü ildə olmuşdur. Sonradan torpağın kimə məxsus olması ilə bağlı maraqlananda X19 torpaq sahəsinin İddiaçı tərəfindən alındığını, lakin sənədləşmənin Cavabdeh1 adına rəsmiləşdirildiyini bildirmişdir. Torpaqlar hərrac yolu ilə satılır. Bütün proseslər İddiaçı iştirakı ilə keçirilmişdir. Belə ki, Cavabdeh1 ilə X6 sədri X19 arasında bağlanmış 31.03.2014-cü il tarixli Torpaqların alqı-satqısına dair müqaviləyə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron açıq torpaq hərracının və ya müsabiqənin qalibinə 5.0 ha torpaq müsabiqəsində Cavabdeh1 73 000 manata mülkiyyətinə verilmişdir. 22.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X20 iddia ərizəsinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir k, o, İddiaçı 5-6 il müddətdir ki, tanıyır. Belə ki, o, İddiaçı yanında işə düzəlmişdir. Cavabdeh1 isə sadəcə olaraq adını eşitmişdir. Ətrafdan eşitdiyinə görə İddiaçı tərəfindən torpaq sahəsi icarəyə verilirdi. O, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı məxsus olan torpaq sahəsindən 5 ha torpaq sahəsini icarəyə götürmüş, həmin sahədə yonca əkməklə əldə edilmiş gəlirdən hər il 1000 manat olmaqla icarə haqqı vermişdir. O, həmin əraziyə Cavabdeh1 gəldiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir k, o, Abşeron rayonu X7 2016-cı ilin yanvar ayına qədər baş mühasib vəzifəsində işləmişdir. İddiaçı tanıyırdı, Cavabdeh1 isə tanımamışdı. Belə ki, İddiaçı sonuncu dəfə təxminən 2015-ci ildə 73000 manat pul köçürmüş, lakin pulun köçürülməsinin dəqiq tarixini xatırlamır. Pul köçürülərkən də kassaya pulu İddiaçı ödəmişdir. Həmin vaxt orada ondan başqa mühasib olmamışdır. Cavabdeh1 isə ümumiyyətlə görməmişdir. Pulun ödənilməsinə dair qəbz təhvil verilərkən həmin qəbzin biri köçürən şəxsdə, digəri isə onlarda qalırdı. Həmin vaxt bələdiyyə sədri Bəyağa Abbasov idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində 38 ildir ki, yaşayır və X7 nəzarətçi vəzifəsində çalışmışdır. Bu səbəbdən də İddiaçı 2006-cı ildən bəri yaxından tanıyır və çox yaxşı bilir ki, onun harada nə qədər hektar ölçüdə torpaq sahələri var. İddiaçı Mozaika sexinin rəisidir. Təxminən bilir ki, İddiaçı 100 hektara yaxın torpaq sahələri var. Cavabdeh1 isə tanımır, sadəcə olaraq adını eşitmişdir. Hazırda, həmin torpaq sahəsi İddiaçıdur və onu bələdiyyədən almışdır. Cavabdeh Abşeron rayonu X13 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon X2rşı Abşeron rayonu Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının tanınması, həmin torpaq sahəsinə dair cavabdehin adına olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyata alınmış 20 fevral 2014-cü il tarixdə keçirilmiş Hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamənin və Cavabdeh1 ilə cavabdeh Abşeron rayonu X23 arasında bağlanmış 20 fevral 2014-cü il tarixli torpaqların alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş 12.04.2014-cü il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi barəsində hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamənin və torpağın alqı-satqısına dair müqavilənin iddiaçının adına sənədləşmiş hesab edilməsi, bu barədə yeni çıxarışın verilməsi, dəymiş maddi və mənəvi zərərə görə pulun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki iş materiallarında olan: -Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.09.2009-cu il tarixli AZ-İ № 535458 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X15 23.09.2009-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1331 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Əzizova soyadı verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.05.2010-cu il tarixli MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 5.0 ha torpaq sahəsi Abşeron rayonu X6 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 132 saylı reyestr kitabının 3 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********99 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 20 fevral 2014-cü il tarixli iclasının 4725 saylı protokolundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) (sonradan “Komissiya” adlandırılacaq) tərəfindən Abşeron rayon ərazisində yerləşən Aşağı-Güzdək bələdiyyə mülkiyyətinə aid 50000,0 kv.metr və ya 5.0 ha kənd təsərrüfatı təyinatlı, yararsız aid, V keyfiyyət qruplu 72500 manat normativ qiymətə malik, 1 hektarın icarə haqqının aşağı həddi - manat olan, üzərində heç bir məhdud istifadə, girov və həbs olmayan torpaq sahəsinin satılması məqsədilə 20 fevral 2014-cü il tarixdə müsabiqənin keçirilməsi və qalibin müəyyən edilərək ona şəhadətnamənin verilməsi haqqında. “Komissiya” çıxış və təklifləri nəzərə alaraq qərara almışdır: 1. “Komissiya” tərəfindən Abşeron rayonu ərazisində yerləşən Aşağı-Güzdək bələdiyyə mülkiyyətinə aid 50000,0 kv.metr və ya 5,0 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə “20” fevral 2014-cü il tarixdə keçirilən müsabiqədə iştirak edən 2 (iki) şəxsin aşağıda göstərilən siyahısı təsdiq edilmişdir. Cavabdeh1. X3. Müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmışdır. Müsabiqədə ən yüksək təklifi vermiş Cavabdeh1 müsabiqənin qalibi olmuşdur. -Bakı şəhər Notariat Kontorunda təsdiq olunmuş 19.03.2014-cü il tarixli ƏN-İ № 414619 saylı etibarnamənin surətindən görünür ki, X16 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh1 19.03.2015-ci il tarixədək etibar etmişdir. -X5 ünvan 1 ünvanlandığı 19.03.2014-cü il tarixli 7E/4077 reyestr nömrəli ərizəsindən görünür ki, o, əri Cavabdeh1 məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 5.0 ha torpaq sahəsinin satılması və bağışlanılmasına etiraz etməmişdir. -Abşeron rayonu 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 19.03.2014-cü il tarixli 7E/4076 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi İddiaçı 19.03.2034-cü il tarixədək etibar etmişdir. -Cavabdeh1 İddiaçı ünvanlandığı 20.03.2014-cü il tarixli razılıq ərizəsindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən, hərrac yolu ilə onun adına alqı-satqı olunan 5,0 ha torpaq sahəsinin hərrac və alqı-satqı zamanı bütün maliyyə xərcləri İddiaçı tərəfindən ödənilmiş, onun razılığı ilə onun adına rəsmiləşdirilmişdir. Qeyd edir ki, hal-hazırda onun mülkiyyətində olan Aşağı Güzdək qəsəbəsinin ərazisində yerləşən 5,0 ha torpaq sahəsinə dair İddiaçı notarial qaydada etibarnamə vermişdir ki, o, bu etibarnamə əsasında gələcəkdə onun adından sözügedən (reyestr nömrəsi: **********63 olan 12.04.2014-cü il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış çıxarış) torpaq sahəsinin onun adına və ya digər şəxslərin adına rəsmiləşdirilməsinə, alqı-satqı olunmasına etirazı olmayacaqdır. -Cavabdeh1 ilə X6 sədri X19 arasında bağlanmış 31.03.2014-cü il tarixli Torpaqların alqı-satqısına dair müqavilənin surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron açıq torpaq hərracının və ya müsabiqənin qalibinə 5.0 ha torpaq müsabiqəsində 73 000 manata mülkiyyətinə verilmişdir. Əsas olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayonu Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyata alınmış 20.02.2014-cü il tarixdə verilmiş Hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamə olmuş, torpaq sahəsinin qiyməti ilə əlaqədar rüsum qalib Cavabdeh1 tərəfindən ödənilmiş, müqavilə qalib şəxs tərəfindən imzalanmamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.04.2014-cü il tarixli RX seriyalı 03474107 saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 5.0 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 132 saylı reyestr kitabının 3 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********63 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Qəbzlərin surətindən görünür ki, Cavabdeh1 tərəfindən X6 hesabına 19.03.2014-cü il tarixdə 73000 manat torpaq rüsumu, 16.03.2015-ci il tarixdə 700 manat, 16.03.2015-ci il tarixdə 300 manat, 22.01.2016-cı il tarixdə 700 manat, 04.04.2016-cı il tarixdə 444 manat, 23.05.2018-ci il tarixdə 28.5 manat, 26.08.2018-ci il tarixdə 600 manat, 03.04.2019-cu il tarixdə 28.5 manat ödənilmişdir. -Qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən X6 hesabına 08.12.2015-ci il tarixdə 180 manat, 05.07.2016-cı il tarixdə 200 manat, 02.12.2016-cı il tarixdə 1 manat, 02.12.2016-cı il tarixdə 456 manat, 23.05.2018-ci il tarixdə 3.07 manat, 23.05.2018-ci il tarixdə 422.87 manat, 03.04.2019-cu il tarixdə 422.87 manat ödənilmişdir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 31.03.2017-ci il tarixli şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 X6 dövlətin mülkiyyətində olan 5.00 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Abşeron rayonu Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 20.02.2014-cü il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqənin qalibidir. Torpaq sahəsi açıq torpaq hərracında müsabiqədə 73000 manata mülkiyyətə verilmişdir. X33 və müsabiqə komissiyasında 31.03.2014-cü il tarixdə 4642 nömrə ilə qeydiyyata alınmaqla müsabiqənin qalibinə verilmişdir. -06.04.2017-ci il tarixli 171520 saylı kassa mədaxil orderinin surətindən görünür ki, Mahir Babayev torpaq vergisinə görə 4456 manat vergi ödəmişdir. -Elektron notariat Avtomatlaşdırılmış Sistemdən çıxarışdan görünür ki, mülkiyyətçi Cavabdeh1 tərəfindən etibar edilən İddiaçı etibarnamə verilmiş, 19.03.2034-cü il tarixədək etibarlılıq müddəti olan 19.03.2014-cü il tarixli 4076 saylı etibarnamə 24.09.2018-ci il tarixdə ləğv edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Babaşov X22 rayonu Digah qəsəbəsi H.Aslanov küçəsi 6 ünvanında qeydiyyatdadır. -Suraxanı RPİ tərəfindən verilmiş 05.04.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V Y/M, 19 saylı evin 21 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 5.00 ha torpaq sahəsi X6 mülkiyyətində olmaqla 31.03.2014-cü il tarixdə bağlanmış Torpaqların alqısatqısına dair müqaviləyə əsasən Cavabdeh1 73000 manata sonuncunun mülkiyyətinə verilmişdir. Belə ki, müqavilənin bağlanması üçün əsas Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayonu Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyata alınmış 20.02.2014-cü il tarixdə verilmiş Hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamə olmuşdur. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 20 fevral 2014-cü il tarixli iclasının 4725 saylı protokoluna əsasən Abşeron rayon ərazisində yerləşən Aşağı-Güzdək bələdiyyə mülkiyyətinə aid 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması məqsədilə 20 fevral 2014-cü il tarixdə müsabiqə keçirilmiş, müsabiqədə ən yüksək təklifi vermiş Cavabdeh1 müsabiqənin qalibi olmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.04.2014-cü il tarixli RX seriyalı 03474107 saylı çıxarışa əsasən isə həmin torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 132 saylı reyestr kitabının 3 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********63 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının tanınması, Hərrac və hərracın yekunlarına dair şəhadətnamənin, alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, hərrac və hərracın yekunlarına dair şəhadətnamənin və torpağın alqı-satqısına dair müqavilənin iddiaçının adına sənədləşmiş hesab edilməsi, bu barədə yeni çıxarışın verilməsi məhkəmədən xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının: 3.1. bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 6.1. bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün qanunvericilik konkret olaraq üç məsələyə, yəni işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin nəzərə alınmasının zəruriliyini qeyd etmişdir. Hazırki iş üzrə mübahisə subyektiv tərkibinə görə tərəflər İddiaçı, cavabdehlər Cavabdeh1, Abşeron rayonu X12maqla, mübahisənin xarakterini isə Abşeron rayonu Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının tanınması, həmin torpaq sahəsinə dair Cavabdeh1 adına olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyata alınmış 20 fevral 2014-cü il tarixdə keçirilmiş Hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamənin və Cavabdeh1 ilə cavabdeh Abşeron rayonu X23 arasında bağlanmış 20 fevral 2014-cü il tarixli torpaqların alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş 12.04.2014-cü il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi barəsində 20 fevral 2014-cü il tarixdə keçirilmiş hərrac və hərracın yekunlarına dair - 000010635 nömrəli şəhadətnamənin və 20 fevral 2014-cü il tarixli torpaqların alqısatqısına dair müqavilənin İddiaçı adına sənədləşmiş hesab edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 5.00 ha torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin, hərracın yekunlarına dair şəhadətnamənin və həmin torpaq sahəsinə dair verilmiş çıxarışların etibarsız hesab edilməsi subyekt olaraq fiziki şəxs və hüquqi şəxs arasında yaranmış olsa da, həmin münasibətlər hüquqi təbiətinə görə sahibkarlıq münasibətləri deyildir. Belə ki, iddia tələblərindən də göründüyü kimi, iddiaçı iddia tələbində torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının tanınması, cavabdehin adına olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyata alınmış 20 fevral 2014-cü il tarixdə keçirilmiş Hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamənin və 20 fevral 2014-cü il tarixli torpaqların alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, 12.04.2014-cü il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi barəsində hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamənin və 20 fevral 2014-cü il tarixli torpaqların alqı-satqısına dair müqavilənin iddiaçının adına sənədləşmiş hesab edilməsi, maddi və mənəvi zərərə görə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsində irəli sürülmüş tələblər arasında bir-biri ilə bağlılıq olduğundan, mübahisələndirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi ilkin olaraq hərracın və hərracın nəticələrinə dair şəhadətnamənin etibarsız hesab edilib-edilməməsinə mahiyyəti üzrə baxılmasını zəruri hesab edir. Belə ki, vətəndaşın adına rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin və çıxarışın verilməsi Cavabdeh1 ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyata alınmış 20 fevral 2014-cü il tarixdə keçirilmiş Hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli şəhadətnamə əsasında verilmişdir. Bu səbəbdən də, ilkin olaraq həmin tələbə baxılmalı olduğundan hərracın və hərracın nəticələrinə dair şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində hazırki işə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının iddiaçı Şəki Regional Ədliyyə İdarəsinin cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinin Auksion Mərkəzinin Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına, Zaqatala rayon 2 saylı Notariat Ofisinə, "xxxx" MMC-nə, DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə 09.12.2020-ci il tarixli 2-2(102)-407/2020 saylı Qərarındakı hüquqi mövqeyə görə, 17. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir. 18. Qaydalara müvafiq olaraq Hərracların Təşkili üzrə Auksion Mərkəzi icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır (bənd 5), müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir (bənd 6), müsabiqə və ya hərracı keçirir, müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir (bənd 18). 19. Bu zaman nəzərə alınmalıdır ki, dövlət və bələdiyyə torpaqlarının alqı-satqısı və icarəsinin xüsusi qaydalarını tənzimləyən, yuxarıda istinad olunan Qaydalara əsasən keçirilən hərrac və müsabiqələri Mülki Məcəllənin 414 və 415-ci maddələri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirmək olmaz. Çünki mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Bu zaman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik protokol imzalayırlar. 20. Lakin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın (müsabiqənin) qalibi arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir. 21. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (bələdiyyə torpaqlarının icarəyə verilməsi üçün hərracın (müsabiqənin) keçirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçılar həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu iddia edirlər. 22. Torpaq sahəsinin icarəsi üzrə verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi hissəsi ilə əlaqədar da qeyd edilməlidir ki, bu çıxarış hər hansı mülki hüquqi müqavilə əsasında deyil, məhz Əmlak Məsələləri Dövlət Xidmətinin Auksion Mərkəzinin Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 11.06.2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin nəticəsində verilmişdir, buna görə də iddia tələbinin həmin hissəsinə də məhz inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini və Ali Məhkəmənin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edib hazirki işə mahiyyəti üzrə qiymət verərərk belə qərara gəlir ki, mülki iş üzrə tələblərdən biri də məhz mübahisəli torpaq sahəsinə dair 20.02.2014-cü il tarixdə keçirilmiş Hərrac və Hərracın yekunları barəsində -********** saylı şəhadətnamənin və Cavabdeh1 ilə Abşeron rayon X23 arasında bağlanmış 20.02.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsidir. Göründüyü kimi, bələdiyyə mülkiyyətində olmuş torpaq sahəsinin alqı-satqısına dair keçirilmiş hərrac və hərracın yekunlarına dair şəhadətnamənin verilməsi dövlət tərəfindən xüsusi qaydada tənzimlənin publik hüquq münasibətlərinə aiddir ki, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. Eyni zamanda, torpaq sahəsinin alqı-satqısına dair verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə əlaqədar olaraq qeyd edilməlidir ki, bu çıxarış hər hansı mülki hüquqi müqavilə əsasında deyil, məhz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyasi tərəfindən keçirilmiş torpaq müsabiqəsinin nəticəsində verilmişdir, buna görə də iddia tələbi bu hissədə məhz inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1. maddəsində «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə» ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Eyni zamanda, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.4-cü bəndinin məzmununa görə eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1 maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin: 170.1. maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də, məhkəmə hazırda iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığını nəzərə alaraq Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin məzmunu izah edilməklə mülki iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon X2rşı mülkiyyət hüquqlarının tanınması, sənədlərin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, sənədlərin bağlanmış hesab edilməsi, çıxarışın verilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5708/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5708/2021
26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver