Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5725/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər: Maraqlı şəxs1 və Sumqayıt Regional Maraqlı şəxs2ndə Notariat ofisi) qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 20 dekabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs1) doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin xx xxxxxx 1951-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası Krasnoselo rayonu Cil kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X12, ana adı qrafasında X9, milliyyəti qrafasında “Azərbaycanlı" kimi qeyd olunması barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1951-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. Onun doğumu müvafiq qaydada qeydə alınaraq adına doğum haqqında şəhadətnamə verilmişdir. 1969-cu ildə Xırdalan qəsəbəsinə köçmüş,lakin ona məxsus olan doğum haqqında şəhadətnamə yaşadıqları Krasnoselo rayonunun Cil kəndində qalmışdır. Onun ailə üzvləri 1988-ci il tarixdə məcburi köçkün kimi Azərbaycana gəlmişlər. Sonradan o, nə qədər axtarsa da doğum haqqında şəhadətnaməni tapa bilməmişdir, doğum haqqında şəhadətnaməni əldə edə bilmir. Sənədləşmə işlər ilə bağlı ona lazım olur. Ona doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxs1nə müraciətinə cavab olaraq bildirilmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə də, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Doğumun qeydə alınması faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Doğum haqqında şəhadətnamənin əldə edilməsi isə bacısından qalan miras əmlakın qanun üzrə vərəsə kimi qəbul edilməsinə görə lazımdır. Sonradan ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin xx xxxxxx 1951ci il, “doğulduğu yer” qrafasında Ermənistan Respublikası Krasnoselo rayonu Cil kəndi, “soyadı, adı, atasının adı” qrafasında Ərizəçi Zeynalabdı oğlu, “ata adı” qrafasında X13, “ana adı” qrafasında X9, milliyyəti qrafasında “Azərbaycanlı” kimi qeyd olunması, həmçinin onun X8 ilə bacı-qardaş olması faktının, habelə X4 Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov döngəsi 21 ünvanındakı evi olan mirasının yeganə varisi, qardaşı Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, onun ərizə verməsinin səbəbi bacısının qanun üzrə vərəsəsi kimi tanınmaq olmuşdur. Belə ki, Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov döngəsi 21 ünvanındakı evin mülkiyyətçisi onun bacısı X8 olmuşdur. O, 2020-ci il oktyabr ayının 2-də vəfat etmişdir. Bacısı ərdə olmamış və onun övladı yoxdur. Valideynləri vəfat etmişdir. Bacısının ondan başqa birinci dərəcəli yaxın qohumu yoxdur. Ondan başqa heç bir vərəsə yoxdur. Miras qalmış evə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Sumqayıt Regional Maraqlı şəxs2ndə Notariat ofisinə müraciət etmişdir. Bacısı ilə qohumluq əlaqəsini təsdiq edən sənəd olmadığından (doğum haqqında şəhadətnamə) ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, bacısının ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış evdə yaşayır. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Bununla bağlı təsdiqedici sənədlər mövcuddur. Qeyd olunduğu kimi bacısı 2020-ci il oktyabr ayının 2-də vəfat etmişdir. Hamıya məlum olan haldır ki, həmin dövr koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq edilmişdir. Bundan sonra isə səhhətində yaranmış ağır xəstəliklə əlaqədar yataq rejimində müalicə olunmuşdur. Buna görə də mirasın qəbul edilməsi ilə bağlı müddət üzrlü səbəblərdən ötürülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional Maraqlı şəxs2ndə Notariat ofisinin məhkəməyə müraciət edərək, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadəsində Ərizəçi onun doğma əmisi olduğunu bildirdi. Qeyd etdi ki, atası vəfat etmişdir. Atası ilə əmisinin ata adları doğum haqqında şəhadətnamə verilərkən həmin dövrdə fərqli qeyd olunmuşdur. Atasıgil ailədə 12 uşaq olmuş, X2 vəfat etdikdən sonra digər bibisi Gözəl də vəfat etmişdir. Atasının ailə üzvlərindən yeganə sag qalan əmisi Ərizəçidur. Bibisi X1 rayonu, Saray qəsəbəsi, Həzi Aslanov döngəsi 21 ünvanında yerləşən evi miras qalmışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi əvvəldən əmisinə verilmişdir. Bibisi ailə həyatı qurmamışdır, övladı yoxdur. Onun yeganə vərəsəsi əmisi Ərizəçidur. Əmisi ailəsi ilə birlikdə hələ bibisinin sağlığında həmin evdə yaşamışdır, hal-hazırda da yaşamaqda davam edir. Həmin ev ilə bağlı bibisi vəsiyyətnamə verməmişdir. Hazırda həmin ev ilə bağlı heç bir mübahisə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirdi ki, Ərizəçi onun doğma əmisidir. O, nikaha daxil olduğundan Qəhrəmanova soyadını qəbul etmişdir. Atası ilə əmisinin ata adları doğum haqqında şəhadətnamə verilərkən həmin dövrdə fərqli qeyd olunmuşdur. Atasının ailəsindən sağ qalan yeganə əmisidir. X2 əmisi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov döngəsi 21 ünvanında yerləşən evdə yaşamışlar. Bibisi əlil olduğundan ailə həyatı qurmamışdır, övladı da yoxdur, vəfat etmişdir. Onun yeganə varisi əmisi Ərizəçidur. Evin yerləşdiyi torpaq sahəsi əmisinin adına verilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov döngəsi 21 saylı yaşayış sahəsi 790 kv.m köməkçi sahəsi 147.1 kv.m 4 otaqdan ibarət olan ev Abşeron rayon 1 saylı Dövlət notariat kontorunun 11 dekabr 2001-ci il tarixli 3M/304 reyestr müqaviləsi əsasında X5 adına qeydə alınmışdır. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1944-cü ildə Ermənistanın Krasnoselsk rayon Cil kəndində anadan olmuş, atası X13, anası X6r. Mülki iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində, X13 xx.xx.1991-ci ildə Abşeron rayon, Xırdalan şəhərində, X14 xx.xx.2017ci ildə Bakı şəhərində, X9 xx.xx.1998-ci ildə Abşeron rayon, Xırdalan şəhərində ölmüşdür. Mülki iş materiallarında olan, Maraqlı şəxs1 tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 05/Q-189/15 saylı məktubdan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığına görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Mülki iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1982-ci ildə Ermənistanın Krasnoselo kəndində anadan olmuş, atası X14, anası X10r. Mülki iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1987-ci ildə Ermənistanın Krasnoselsk rayonunda anadan olmuş, atası X14, anası X10r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş ışaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Ərizəçi xx xxxxxx 1951-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonu Cil kəndində anadan olması, atasının X13, anasının X9 olması, habelə atasının adı Zeynalabdi olduğu halda şəxsiyyət vəsiqəsində ata adı düzgün olmayaraq Zeynalavdi kimi yazılması, habelə Ərizəçi ilə X4 doğma bacı- qardaş olması, X4 xx.xx.2020-ci il tarixdə ölümündən sonra ondan miras qalan ünvan 2 ünvanında yerləşən miras əmlakın miraqoyanın tək vərəsəsi olaraq ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi ərizəçinin özünün izahatı, şahidlərin ifadələri ilə yanaşı, işin materiallarında olan yuxarıda qeyd edilən rəsmi sənədlərlə təsdiq olunur,lakin məlum olmayan səbəblərdən ərizəçinin doğum şəhadətnaməsi itmişdir, tapılir, əldə edilməsi isə mümkün olmadığından, bu əsasda mirasın qəbulunu rəsmiləşdirə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov döngəsi 21 saylı yaşayış sahəsi 790 kv.m köməkçi sahəsi 147.1 kv.m 4 otaqdan ibarət olan evin X5 adına qeydə alınması haqqında qeydiyyat vəsiqəsində də Göycək Hüseynova ata adı düzgün olmayaraq “Zeynalabdi” əvəzinə, “Zeynalavdi” kimi qeyd edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi doğumu barədə akt qeydinin bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixinin xx xxxxxx 1951-ci il, “doğulduğu yer” qrafasında Ermənistan Respublikası Krasnoselo rayonu Cil kəndi, “soyadı, adı, atasının adı” qrafasında Ərizəçi Zeynalabdı oğlu, “ata adı” qrafasında X13, “ana adı” qrafasında X9 qeyd edilməli, həmçinin onun X8 ilə bacı-qardaş olması faktının, habelə X4 Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov döngəsi 21 ünvanındakı evinin miras əmlak olaraq Ərizəçi Zeynalabdi oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ərizənin milliyəti qrafasında “azərbaycanlı” yazılması hissəsi təmin edilməməlidir,çünki şəxsin milliyəti valideynlərinin milliyəti ilə müəyyən edilir.Doğum şəhadətnaməsində isə belə bir qrafa mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnaməsində doğum tarixi xx xxxxxx 1951-ci il, “doğulduğu yer” qrafasında Ermənistan Respublikası Krasnoselo rayonu Cil kəndi, “soyadı, adı, atasının adı” qrafasında Ərizəçi Zeynalabdı oğlu, “ata adı” qrafasında X13, “ana adı” qrafasında X9 qeyd edilsin. Ərizəçi ilə X7in bacı-qardaş olması faktı müəyyən edilisin. X3 miras qalan Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov döngəsi 21 ünvanındakı evinin miras əmlak olaraq Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-5725/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5725/2022
20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver