Məhkəmə qərarları › İş №2(012)-5807/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5807/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5807/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, Ərizəçi (cavabdeh Hacıqabul rayon Notariat Ofisi) mirasın qəbul edilmə müddətinin uzadılmasına dair ərizəsini nəzərdən keçirib, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi (cavabdeh Hacıqabul rayon Notariat Ofisi) mirasın qəbul edilmə müddətinin uzadılması barədə ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü ildə vəfat etmiş atası X1 miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı dövlət reyestrindən çıxarışılı fərdi yaşayış evinin buraxılma səbəbləri üzürlü hesab edilməklə, həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9. maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinə dair hüquqi faktları müəyyən edir. Qanunvericiliyin tələblərindən müəyyən olunduğu kimi, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinə dair hüquqi faktların müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. Hazırki ərizədən isə müəyyən olunduğu kimi, ərizəçi mərhum atasından miras qalmış əmlaka dair mirasın qəbul edilmə müddətinin uzadılmasına dair ərizə ilə müraciət etmiş, lakin Hacıqabul rayon Notariat Ofisini maraqlı şəxs kimi deyil, cavabdeh kimi qoymuş, bununla da ərizənin verilməsinin forma və məzmununa riayət etməmişdir. Mülki Prosessual Məcəllənin: 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizədə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi (cavabdeh Hacıqabul rayon Notariat Ofisi) mirasın qəbul edilmə müddətinin uzadılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizədə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar