Məhkəmə qərarları › İş №2(012)-583/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-583/2021

05.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-583/2021 05.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ümumi əmlakda payın müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ümumi əmlakda payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən **********11 nömrəli reyestr ilə qeydiyyata alınmış kənd təsərrüfat təyinatlı olan torpaq sahəsində iddiaçının payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ona, mərhum atası X13 və ailənin digər üzvlərinin adına (4 nəfər subyekt) məxsus olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx xxxxxx 2020-ci il tarixli verilən arayışında DBF elektron baza məlumatlarında İddiaçı, X7 və 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən JN:1291 saylı, xx.xx.1998-ci il tarixli Dövlət Aktında qeyd olunan 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. (Abşeron rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarına əsasən). Həmin birgə torpaq sahəsinin 0,06 ha hissəsi Abşeron rayonu, 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 4Ə-04-1335 və 4Ə-04-1334 reyest nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 0,03 ha və X9 (0,03 ha) özgəninkiləşdirilmişdir. Yerdə qalan ümumi torpaq sahəsi xx.xx.2012-ci il tarixdə **********11 (0,12 ha) **********12 (0,4947) və **********13 (0,1043 ha) reyestr nömrələri ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1043 ha kənd təsərrüfatı təyinatlı ümumi birgə torpaq sahəsi üzərində İddiaçı, X7 və ailə üzvlərinin (4 nəfər subyekt) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə **********13 reyestr nömrəi ilə qeydiyyata alınmışdır. Lakin həmin birgə torpaq sahəsinin 0,04 ha hissəsin Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-01-07 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,0643 ha ümumi birtə torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********50 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin həmin ümumi birgə torpaq sahəsi Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-04-1173 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 (0,03 ha) və Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/3660 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 (0,343 haq) özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,4947 ha kənd təsərrüfatı təyinatlı ümumi birgə torpaq sahəsi üzərində İddiaçı, X7 və ailə üzvlərinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qedyiyyata alınmışdır. Lakin Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixdə həmin ümumi birgə torpaq sahəsinin 0,13 ha hissəsi X1 özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,3647 ha hissəsi ümumi birgə torpaq sahəsi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin ümumi birgə torpaq sahəsinin 0,15 ha hissəsi Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixdə X2 (0,05 ha) X11 (0,05 ha) və X3 (0,05 ha) özgəninkiləşdirilmişdir. Elektron hökümət portalında baza sistemində daşınmaz əmlakın dövlət reyestr xidmətində **********70 nömrəli reyestr ilə adına 0,2147 ha torpaq sahəsi qeyd edilmişdir. Atası xx xxxxxxxx 2019-cu ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra onun 4 vərəsəsi qalmışdır; anası, iddiaçı və bacısı. Həmin əmlak üzərində mübahisə yaranmışdır. Cavabdehlərlə ümumi əmlaka birgə sahiblik və istifadə etmələləri mümkün deyildir, ona görə də hesab edir ki, onun ümumi mülkiyyətdəki payı naturada ayrılmalıdır.Odur ki, göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş edir. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən **********88 saylı reyestr ilə qeydiyyata alınmış 0,2147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payının müəyyən olunmasını xahiş etmişdir. Cavabdeh2 iddianı iddia tələbini qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh2 ərizə verərək, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmədiyini, bundan sonrakı iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, ləğv edilmiş DTXK tərəfindən idarələrinə təqdim edilmiş DBF elektron baza məlumatlarında İddiaçı, X12 və 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən JN:1291 saylı, xx.xx.1998-ci il tarixli Dövlət Aktında qeyd olunan 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. (Abşeron rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarına əsasən). Həmin birgə torpaq sahəsinin 0,06 ha hissəsi Abşeron rayonu, 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 4Ə-04-1335 və 4Ə-04-1334 reyest nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 0,03 ha və X9 (0,03 ha) özgəninkiləşdirilmişdir. Yerdə qalan ümumi torpaq sahəsi xx.xx.2012-ci il tarixdə **********11 (0,12 ha) **********12 (0,4947) və **********13 (0,1043 ha) reyestr nömrələri ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1043 ha kənd təsərrüfatı təyinatlı ümumi birgə torpaq sahəsi üzərində İddiaçı, X7 və ailə üzvlərinin (4 nəfər subyekt) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə **********13 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin həmin birgə torpaq sahəsinin 0,04 ha hissəsin Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-01-07 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,0643 ha ümumi birtə torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********50 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin həmin ümumi birgə torpaq sahəsi Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-04-1173 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 (0,03 ha) və Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/3660 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 (0,343 haq) özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,4947 ha kənd təsərrüfatı təyinatlı ümumi birgə torpaq sahəsi üzərində İddiaçı, X7 və ailə üzvlərinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli 4Ə-01-06 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin ümumi birgə torpaq sahəsinin 0,13 ha hissəsi X1 özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,3647 ha hissəsi ümumi birgə torpaq sahəsi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin ümumi birgə torpaq sahəsinin 0,15 ha hissəsi Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2013cü il tarixdə X2 (0,05 ha) X11 (0,05 ha) və X3 (0,05 ha) özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,2147 ha torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə məlumat yoxdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,121 ha kənd təsərrüfatı təyinatlı ümumi birgə torpaq sahəsi üzərində İddiaçı, X7 və ailə üzvlərinin (4 nəfər subyekt) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdəə **********11 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı 0,1210 ha torpaq sahəsindən Cavabdeh3, X14, X6, Cavabdeh2, Cavabdeh1, İddiaçı ümumi birgə mülkiyyətindədir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı 0,2147 ha torpaq sahəsindən Cavabdeh3, X14, X6, Cavabdeh2, Cavabdeh1, İddiaçı ümumi birgə mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı 0,2147 ha torpaq sahəsi və eyni ərazidə yeləşən 0,1210 ha torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyəti olduğundan mülkiyyətçinin tələbi ilə onların hər birinin torpaq sahələrindəki payı müəyyən edilməlidir. Belə ki, təqdim edilmiş elektron çıxarışa əsasən ümumi mülkiyyətdə olan torpaq sahəsinin 5 mülkiyyətçisi olması əsası ilə həmin torpaq sahələrində mülkiyyətçilərin payı bərabər, yəni 0,2147 ha : 5 = 0,0429 ha və 0,1210 ha : 5 = 0,0242 ha olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumu iddia ərizəsində tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı 0,2147 ha torpaq sahəsinin 1/5 hissədə, yəni 0,0429 ha torpaq sahəsi payı müəyyən edilsin. İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı 0,1210 ha torpaq sahəsinin 1/5 hissədə, yəni 0,0242 ha torpaq sahəsi payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnаmədən, qətnаmə işdə iştirаk еdən şəхslərə rəsmi qаydаdа vеrildiyi gündən 1 (bir) аy müddətində Abşeron Rаyоn Məhkəməsi vаsitəsi ilə Sumqayıt Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilməmişdirsə, qəbul еdildiyi gündən 1 (bir) аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar