Məhkəmə qərarları › İş №2(012)-5844/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5844/2025

03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5844/2025 03.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «itirilmiş məhkəmə icraatının bərpa edilməsi» tələbinə dair mülki işə Maraqlı şəxs inzibati binasında açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdehlər X2 və Abşeron Rayon İcra Hakimiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə məhkəmənin icraatına daxil olmuş və itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlər X2 və Abşeron Rayon İcra Hakimiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi və öhdəliyin icra edilməsinin cavabdehə həvalə edilməsi barədə xx.xx.2017-ci ildə iddia ərizəsi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Onun iddia ərizəsi xx.xx.2017-ci ildə Maraqlı şəxsnə daxil olmuş və həmin mülki iş hakim Cəmilə Səfiyevanın icraatına daxil olmuşdur. Maraqlı şəxs 29 noyabr 2017-ci il tarixli, 8(012)-8511/2017 saylı qərardadı ilə iddia tələbinin “cavabdeh X1 adına olan Abşeron rayon İcra Hakimiyyətinin 13 fevral 2014-cü il tarixli, 58 saylı Sərəncamının etibarsız hesab edilməsi və Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 2009-cu il tarixli 537 saylı Sərəncamı əsasında yeni torpaq sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin onun üzərinə qoyulması” hissəsi üzrə iş ümumi məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməsi, iddia tələbinin “17 fevral 2014-cü il tarixli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi üzrə isə işin icraatının davam etdirilməsi qərara alınmışdır Bundan sonra bir neçə dəfə məhkəmə iclasları keçirilmiş və o, məhkəmə iclaslarında iştirak etmişdir. Sonuncu məhkəmə iclası zamanı hakim Cəmilə Səfiyeva tərəfindən iş üzrə icraatın Sumqayıt İnzibati İqtisadi Məhkəməsində olan işə baxılıb yekun nəticə qəbul edilənədək dayandırılması barədə qərardad qəbul edilərək elan edilmiş, lakin həmin qərardadın surəti rəsmi qaydada ona təqdim edilməmişdir. O, hazırda həmin iş üzrə icraatın təzələnərək davam etdirilməsi barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin həmin işin məhkəmənin arxivində olması və axtarış nəticəsində mülki işin tapılmaması barədə məlumat verilmişdir. Bununla bağlı məhkəmənin sədrinin də qəbulunda olmuş, ona itirilmiş məhkəmə icraatının bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Onu da qeyd etmək istəyir ki, məhkəmə aktının arxivdə tapılmaması ilə bağlı məhkəmənin əməkdaşlarından akt tərtib olunaraq ona verilməsini tələb etmiş, lakin ona ərizə ilə müraciət etməsini və onun ərizəsinə qanunamüvafiq qaydada baxılacağını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1 saylı Əlavəsinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. Ərizədə ərizəçinin məhz hansi icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. Ərizəyə müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da saxlanılmış və işlə əlaqədar olan sənədlər və ya onların surətləri əlavə edilir. Odur ki, qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmiş, məhkəmə işə ərizəçinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavənin 1-ci bəndinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavənin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavənin 3-cü bəndinə əsasən məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. Lakin daxil olmuş ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizəçinin xahişi Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavənin 3-cü maddəsinin tələbinə uyğun deyildir, belə ki, ərizəçi tələbində onun cavabdehlər X2 və Abşeron Rayon İcra Hakimiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə məhkəmənin icraatına daxil olmuş və itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də işin faktiki hallarından göründüyü kimi Ərizəçi cavabdehlər X2 və Abşeron Rayon İcra Hakimiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi və öhdəliyin icra edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs 8(012)-8511/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qərardadı ilə iddia tələbinin “cavabdeh X1 adına olan Abşeron rayon İcra Hakimiyyətinin 13 fevral 2014-cü il tarixli, 58 saylı Sərəncamının etibarsız hesab edilməsi və Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24 iyun 2009-cu il tarixli, 537 saylı Sərəncamı əsasında yeni torpaq sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin onun üzərinə qoyulması” hissəsi üzrə iş ümumi məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməsi, iddia tələbinin “17 fevral 2014-cü il tarixli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi üzrə isə işin icraatının davam etdirilməsi qərara alınmışdır. Daha sonra sözügedən iş üzrə tərəflər məhkəmənin 14 dekabr 2017-ci il tarixə, saat 17:15-ə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş, nəticədə Maraqlı şəxs 8(012)-8511/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdehlər X2 və q. qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Göründüyü kimi ərizəçinin itirilmiş məhkəmə icraatının bərpa edilməsini tələb etdiyi 8(012)-8511/2017 saylı iş üzrə qəbul edilmiş Maraqlı şəxs 14 dekabr 2017-ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanıldığından sözügedən iş barəsində məhkəmə icraatının bərpası haqqında ərizə verilə bilən işlərin siyahısına aid edilmir, bu səbəbdən də sözügedən tələb Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavənin 3-cü bəndinin təsirinə düşmür. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi cavabdehlər X2 və Abşeron Rayon İcra Hakimiyyətinə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə yenidən aidiyyəti məhkəməyə müraciət etməlidir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı «itirilmiş məhkəmə icraatının bərpa edilməsi» tələbinə dair ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Ərizəçiyə cavabdehlər X3 və Abşeron Rayon İcra Hakimiyyətinə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Maraqlı şəxsnə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar