Məhkəmə qərarları › İş №2(012)-588/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-588/2021

26.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-588/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Cəmilə İbrahim qızı Səfiyevanın sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi X2, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Milli Arxiv İdarəsi, Bakı şəhəri, 23 saylı notariat kontoru, Abşeron rayonu, 2 saylı notariat kontoruna qarşı (üçüncü şəxs: AR ƏMDK-nin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və Abşeron rayonu, Saray Bələdiyyəsi) torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Milli Arxiv İdarəsi, Bakı şəhəri, 23 saylı notariat kontoru, Abşeron rayonu, 2 saylı notariat kontoruna qarşı (üçüncü şəxs: AR ƏMDK-nin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və Abşeron rayonu, Saray Bələdiyyəsi) torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli Arxiv İdarəsinin 19.11.2018-ci il tarixli, 92 nömrəli arxiv çıxarışının etibarsız hesab edilməsi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 08.07.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə Mamedova (Məmmədova) Zibeydə Seyfulla qızının və Mamedov (Məmmədov) Əvəz Atakişi oğlunun xeyrinə aparılmış ümumi birgə mülkiyyət hüquqları barədə qeydin ləğv edilməsi, Abşeron rayonu, 2 saylı notariat kontorunun xüsusi notariusu (G.İ.Məsimova) tərəfindən təsdiq edilmiş 24.10.2019-cu il tarixli, 2 V-185 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Mamedov (Məmmədov) Əvəz Atakişi oğlunun xeyrinə aparılmış 2/7 hissədə olan mülkiyyət hüquqları barədə qeydin ləğv edilməsi və həmin hissədə olan paya İddiaçı mülkiyyət hüququnun qeyd edilməsi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 08.07.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə X1 xeyrinə aparılmış ümumi birgə mülkiyyət hüquqları barədə qeydin ləğv edilməsi, Abşeron rayonu, 2 saylı notariat kontorunun xüsusi notariusu(G.İ.Məsimova) tərəfindən təsdiq edilmiş 24.10.2019-cu il tarixli, 2 V-186 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh5 xeyrinə aparılmış 1/7 hissədə olan mülkiyyət hüquqları barədə qeydin ləğv edilməsi və həmin hissədə olan paya İddiaçı mülkiyyət hüququnun qeyd edilməsi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 08.07.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə Mamedova (Məmədova) Xatirə Baba(Zakir) qızının xeyrinə aparılmış ümumi birgə və sonradan da 1/7 hissədə olan mülkiyyət hüququ barədə qeydlərin ləğv edilməsi və həmin hissədə olan paya İddiaçı mülkiyyət hüququnun qeyd edilməsi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 08.07.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə Salamova (Mamedova) Tahirə Atakişi qızının xeyrinə aparılmış ümumi birgə mülkiyyət hüququ barədə qeydin ləğv edilməsi, Bakı şəhəri, 23 saylı notariat kontorunun xüsusi notariusu (Z.N.Dəmirov) tərəfindən təsdiq edilmiş 18.07.2019-cu il tarixli, 2 V-149 və 2 V-148 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Cavabdeh1 və Cavabdeh2 xeyrinə aparılmış mülkiyyət hüquqları barədə qeydlərin ləğv edilməsi, eləcə də 18.07.2019-cu il tarixli, 3M-857 reyestr nömrəli miras payının bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 xeyrinə aparılmış 1/7 hissədə olan mülkiyyət hüquqları barədə qeydin ləğv edilməsi və həmin hissədə olan paya İddiaçı mülkiyyət hüququnun qeyd edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 08.07.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə Mamedova (Məmmədova) Zibeydə Seyfulla qızının və Mamedov (Məmmədov) Əvəz Atakişi oğlunun xeyrinə aparılmış ümumi birgə mülkiyyət hüquqları barədə qeydin ləğv edilməsi, Abşeron rayonu, 2 saylı notariat kontorunun xüsusi notariusu (G.İ.Məsimova) tərəfindən təsdiq edilmiş 24.10.2019-cu il tarixli, 2 V-186 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Mamedov (Məmmədov) Əvəz Atakişi oğlunun xeyrinə aparılmış 1/7 hissədə olan mülkiyyət hüquqları barədə qeydin ləğv edilməsi və həmin hissədə olan paya İddiaçı mülkiyyət hüququnun qeyd edilməsi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 08.07.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə X1 xeyrinə aparılmış ümumi birgə mülkiyyət hüquqları barədə qeydin ləğv edilməsi, Abşeron rayonu, 2 saylı notariat kontorunun xüsusi notariusu (G.İ.Məsimova) tərəfindən təsdiq edilmiş 24.10.2019-cu il tarixli, 2 V-186 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh5 xeyrinə aparılmış 1/7 hissədə olan mülkiyyət hüquqları barədə qeydin ləğv edilməsi və həmin hissədə olan paya İddiaçı mülkiyyət hüququnun qeyd edilməsi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 08.07.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə Mamedova (Məmədova) Xatirə Baba (Zakir) qızının xeyrinə aparılmış ümumi birgə və sonradan da 1/7 hissədə olan mülkiyyət hüququ barədə qeydlərin ləğv edilməsi və həmin hissədə olan paya İddiaçı mülkiyyət hüququnun qeyd edilməsi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 08.07.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə Salamova (Mamedova) Tahirə Atakişi qızının xeyrinə aparılmış ümumi birgə mülkiyyət hüququ barədə qeydin ləğv edilməsi, Bakı şəhəri, 23 saylı notariat kontorunun xüsusi notariusu (Z.N.Dəmirov) tərəfindən təsdiq edilmiş 18.07.2019-cu il tarixli, 2 V-149 və 2 V-148 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Cavabdeh1 və Cavabdeh2 xeyrinə aparılmış mülkiyyət hüquqları barədə qeydlərin ləğv edilməsi, eləcə də 18.07.2019-cu il tarixli, 3M-857 reyestr nömrəli miras payının bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 xeyrinə aparılmış 1/7 hissədə olan mülkiyyət hüquqları barədə qeydin ləğv edilməsi və həmin hissədə olan paya İddiaçı mülkiyyət hüququnun qeyd edilməsi, həmin ünvanda yerləşən 0,25 ha torpaq sahəsinin miras əmlak olaraq tərəflərindən faktiki olaraq qəbul edilməsi barədə qətnamə qəbul edilməsini və iddia ərizəsinin məhkəməyə verilməsi üçün köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 iddianı qəbul etdiklərini və təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş üzrə iddiaçının, onun vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 153.2.1-ci maddəsinə görə işin icraatına xitam verilməlidir. Belə ki, iddia ərizəsində, iddiaçının xahişindən və iddia ərizəsinin məzmunundan göründüyü kimi,iddiaçı Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,25 ha torpaq sahəsi ilə bağlı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 08.07.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə Mamedova (Məmmədova) Zibeydə Seyfulla qızının, Mamedov (Məmmədov) Əvəz Atakişi oğlunun, X1, Mamedova (Məmədova) Xatirə Baba (Zakir) qızının və Salamova (Mamedova) Tahirə Atakişi qızının adına aparılmış ilkin qeydiyyatın ləğv edilməsi və bundan törənən digər tələbləri ilə məhkəməyə müraciət etmişdir.İddiaçının digər tələblər ilkin tələbindən törəmə tələblərdir.İddiaçı hesab edir ki, mübahisəli əmlakda uzun illərdir ki, özü tək yaşamış, oradan istifadə etmişdir. Cavabdehlərin mübahisəli torpaq sahəsi ilə bağlı qanuni tələbləri olmadığı halda, DƏDRX-nin 4 saylı Əİ bunu nəzərə almadan mübahisəli torpaq sahəsinə düzgün olmayaraq mülkiyyət hüququ əsasında ilkin qeydiyyat aparmış və həmin şəxslərə müvafiq Çıxarışlar verilmişdir. Məhkəmə qeyd edilənlərə münasibətdi bildirir ki, hazırkı mübahisənin həlli ümumi məhkəməyə aid olmadıığından işin icraatına xitam verilməlidir . Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətin dair” Qərarının 17-ci bəndinə görə “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Milli Arxiv İdarəsi, Bakı şəhəri, 23 saylı notariat kontoru, Abşeron rayonu, 2 saylı notariat kontoruna qarşı (üçüncü şəxs: AR ƏMDK-nin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və Abşeron rayonu, Saray Bələdiyyəsi) torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etməsi izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən C.İ. Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar