Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-593/2022 03.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi nikah haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi nikah haqqında akt qeydinin bərpa edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X7 ilə 14.08.1987-ci il tarixdə Ermənistan Respublikası Masis rayonu Dostluq kənd X4 bağlanmış akt qeydinin bərpa edilib yeni nikah haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum həyat yoldaşı X7 ilə 14.08.1987-ci il tarixdə Ermənistan Respublikası Masis rayonu Dostluq kənd Sovetliyində bağlanmış akt qeydinin bərpa edilib yeni nikah haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, 22.09.1966-cı il tarixdə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, mərhum həyat yoldaşı X7 ilə 14.08.1987-ci il tarixdə Ermənistan Respublikası Masis rayonu Dostluq kənd Sovetliyində nikahlarını rəsmiləşdirmiş, nikahın bağlanması haqqında şəhadətnamə almış, birgə nikahlarından 27.12.1991-ci il təvəllüdlü X10, 20.05.1993-cü il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. 1988-ci ildə Ermənistan Respublikasından məcburi şəkildə qovulmuş, bütün əşyaları, o cümlədən, nikah haqqında şəhadətnaməsi də digər sənədləri ilə birlikdə orada olan evində qalmışdır. Ermənistandan qovulandan sonra onlar Sumqayıtda məskunlaşmışlar. Mərhum həyat yoldaşı X1 uğrunda gedən döyüşlərdə 19.01.1994-cü il tarixdə şəhid olmuş, bu səbəbdən də rəsmi nikah haqqında şəhadətnamə ala bilməmişdir. Nikah haqqında şəhadətnamənin verilməsi üçün o, Maraqlı şəxsnə müraciət etmiş, həmin qurumun 23.09.2021-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə istinad olunaraq itmiş yazının qeydiyyat Şöbəsi tərəfindən bərpasının mümkün olmadığı, nikah haqqında akt qeydinin bərpa edilib, yeni nikah haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət edilməsi izah edilmişdir. Hamıya məlum olan Ermənistan Respublikası ilə uzunmüddətli müharibələr və düşmənçilik münasibətləri səbəbindən yeni nikah şəhadətnaməsinin alınması və ya zəruri sübutları təqdim etmək oraya gedib-gəlmək mümkün deyildir. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 20.12.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Ərizəçi həyat yoldaşı X2 bibisidir. 1987-ci ildə Ermənistan Respublikası Masis rayonu Dostluq kəndində elçiliyə gedərək Ərizəçi qardaşı oğluna istəmişlər, həmin ilin avqust ayında da toy mərasimi keçirilmiş, Dostluq kənd Sovetliyində nikah qeydə alınmışdır. Sonradan, məlum hadisələrlə əlaqədar olaraq Ermənistandan hamısı qaçqın düşmüş və Bakı şəhərində məskunlaşmışlar. Bu səbəbdən də təsdiq edir ki, Ərizəçi həqiqətən də X9 ilə 1987-ci ilin avqust ayında Ermənistan Respublikası Masis rayonu Dostluq kənd Sovetliyində nikahları qeydə alınmışdır. 17.01.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Ermənistan Respublikası Masis rayonunda anadan olmaqla Dostluq kəndində yaşamış, bu səbəbdən də Ərizəçi ilə həm qohum, həm də qonşu olmuşlar. 1988-ci ildə qaçqın kimi Abşeron rayonu Mehdiabad qəsəbəsində məskunlaşmış və ərizəçi ilə hazırda da qonşudurlar. Belə ki, ərizəçi Dostluq kəndindən Göyçə mahalına gəlin köçmüş, bu səbəbdən də 1987-ci ilin avqust ayında olmuş toy mərasimini çox gözəl xatırlayır, lakin günü yadında deyildir. Onların nikah haqqında şəhadətnaməsi olmuş, lakin məlum hadisələrdən dolayı itmişdir. Ərizəçi həyat yoldaşı X9 olmuşdur. 17.01.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısının qızıdır. Onlar hamısı Göyçə mahalında olmuşlar. Bacısı Ermənistan Respublikasının Masis rayonuna gəlin köçmüş və nikahından Ərizəçi anadan olmuşdur. O, özü isə Yerevanda yaşamışdır. Lakin buna baxmayaraq mehriban qohum kimi əlaqələri kəsilməmiş, daima gediş-gəlişləri olmuşdur. Məlum hadisələrdən dolayı o, öz ailə üzvləri ilə birlikdə Bakı şəhərində, ərizəçi isə əvvəlcə Beyləqan, sonradan Tovuz, Bakı, hazırda isə Abşeron rayonu Mehdiabad qəsəbəsində məskunlaşmışdır. Onun yoldaşı X9 olmuşdur. Toylarında o da iştirak etmişdir. Toydan əvvəl nikahları qeydə alınmışdır. Belə ki, adətə görə toydan öncə nikah qeydə alınmalı idi, nikah qeydə alınmasa qızı vermirdilər. Onların nikahı 1987-ci ilin yay aylarında rəsmiləşmişdir. Birgə nikahlarından Anar və Sevinc adlı uşaqları anadan olmuşdur. Hazırda, bildiyi qədərilə, ərizəçi nikah haqqında şəhadətnaməsini itirmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. 162.2. maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.07.2000-ci il tarixli AZ № 059201 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 19.01.1994-cü il tarixdə Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 14.07.2000-ci il tarixdə 20(B) nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş 03.05.2007-ci il tarixli AZ-İ № 936762 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27.12.1991-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 248 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası Ərizəçidır. -Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş 08.05.2007-ci il tarixli AZ-İ № 936767 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20.05.1993-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2269 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası Ərizəçidır. -Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin 23.09.2021-ci il tarixli 05/Q-1339/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə nikah haqqında akt qeydinin bərpası ilə bağlı daxil olmuş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Nikah haqqında akt qeydinin bərpa edilib, yeni nikah haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. -AA 16728160 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 27.12.1991-ci il təvəllüdlü X10 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 20.05.1993-cü il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşıdır. -12.12.2014-cü il tarixli 015271 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi şəhid ailəsi üzvüdür. -Asan-Sumqayıt tərəfindən verilmiş 23.02.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X6 rayonu Mehdiabad qəsəbəsi 49 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi həyat yoldaşı X9 ilə Ermənistan Respublikasında nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından 27.12.1991-ci il təvəllüdlü X10, 20.05.1993-cü il təvəllüdlü X3 adlı iki övladları anadan olmuşdur. Ərizəçinin həyat yoldaşı X9 19.01.1994-cü il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə həlak olmuşdur ki, bu da Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.07.2000-ci il tarixli AZ № 059201 saylı ölüm haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. Ərizəçinin mövcud olmuş nikah haqqında şəhadətnaməsi məlum hadisələrlə əlaqədar Ermənistan ərazisindən yerli azərbaycanlı əhalinin qaçqın düşməsi səbəbindən itmiş, bu səbəbdən də, zəruri sənədləşmə işlərinin həyata keçirilməsi üçün ərizəçi Maraqlı şəxsnə nikah haqqında akt qeydinin bərpası üçün ərizə ilə müraciət etsə də, Abşeron rаyоn Qеydiyyаt Şöbəsi 23.09.2021-ci il tarixli 05/Q- 1339/15 saylı məktubu ilə nikah haqqında akt qeydinin bərpa edilib, yeni nikah haqqında şəhadətnamənin verilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də, ərizəçi hazırda, nikah haqqında akt qeydinin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 87.2. maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirərək qeyd edir ki, ərizəçinin izahatında göstərilənlər iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, faktla bağlı şahid ifadələrinin üst-üstə düşməsi, ifadələr arasında ziddiyyətin olmaması Ərizəçi ilə mərhum X2 nikah haqqında akt qeydinin bərpasına əsas verir. Mülki Prosessual Məcəllənin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı Qararı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın:
14. bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
21. bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, qeydiyyat şöbələri və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməli, Ərizəçi ilə X2 nikah akt qeydi bərpa olunmalıdır. Məhkəmə Ərizəçi ərizəsinin “yeni nikah haqqında şəhadətnamənin verilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, nikah haqqında şəhadətnamə icra hakimiyyəti nümayəndəliyinin müstəsna səlahiyyəti olduğundan və nikah akt qeydinin bərpası faktı məhkəmə qaydasında təsdiqlənmiş işlər üzrə məhkəmə qətnamələri nikah haqqında şəhadətnamə verilməsi üçün əsas olduğundan, məhkəmə qeyd olunan vəzifəni icra etmək öhdəliyini daşıyan qurumun üzərinə həmin vəzifəsinin icrası öhdəliyinin qoyulması üçün əsaslar görmədiyindən ərizə bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.5. bəndinə əsasən icra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 3.22. bəndinə əsasən nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə X2 Ermənistan Respublikası Masis rayonu Dostluq kənd Sovetliyində 14.08.1987-ci il tarixdə bağlanmış nikah akt qeydi bərpa edilsin. Qətnamə nikah haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov