Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-596/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair mülki işə 05 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17-A-1-0-5347-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 4055 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 2013-cü il tarixdə «xxxx» İKB-nin 6 saylı filialı ilə Cavabdeh arasında 17-A-1-0-5347-13 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 16 % olmaqla 10400 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı 2013-cü il buraxılışlı, “RENAULT TONDAR” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1202716 ban, ağ rəngli avtomobilin alınması olmuşdur. Verilmiş kreditin təminatı olaraq “RENAULT TONDAR” markalı, 99-FT- 351 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişir. Həmçinin, kreditin təminatı olaraq «xxxx» İKB- nin 6 saylı filialı ilə borclu Cavabdeh və zamin İddiaçı MMC arasında 14 oktyabr 2013-cü il tarixli 17-A-1-0-5347-13 saylı zaminlik müqavilə bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün, həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürülmüş və zamin İddiaçı MMC öz hesabından borclunun Banka ödənilməli olan borcunundan silinməsinə dair razılıq verilmişdir. Nəticədə İddiaçı MMC tərəfindən borcalan Cavabdeh 14 oktyabr 2013-cü il tarixli 17-A-1-0- 5347-13 saylı Kredit Müqaviləsi üzrə Banka ödəməli olan borcundan 4055 manat məbləğində ödəniş etmişdir. Hazırda həmin məbləği iddiaçı cavabdehdən tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 14 oktyabr 2013-cü il tarixli, 17-A-1-0-5347-13 saylı Kredit Müqaviləsindən müəyyən edilir ki, «xxxx» İKB-nin 6 saylı filialı tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 16 % olmaqla 10400 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarından olan 30 dekabr 2020-ci il tarixli 12-077 №-li arayışdan müəyyən edilir ki, Zamin İddiaçı MMC arasında bağlanmış 14 oktyabr 2013-cü il tarixli, 17-A- 1-0-5347-13 saylı Kredit Müqaviləsi üzrə zamin tərəfindən Cavabdeh «xxxx» İKB ASC-də (Yelo Bank ASC) olan 17-152040-1 hesabına ümumilikdə 7380 manat məbləğində ödəniş həyata keçirilmişdir. Borclu tərəfindən banka aparılmış ödənişlərdən 3325 manat məbləği zaminə geri qaytarılmışdır. Hazırda borclunun banka olan borcu əsas məbləğ üzrə 5805.12 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh bankla arasında bağlanmış kredit müqaviləsinə əsasən 10400 manat məbləğində kredit götürmüş, ona məxsus avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və iddiaçı cavabdehin öhdəlikləri üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh banka olan borcunu ödəyə bilmədiyi üçün iddiaçı öz hesabına banka ödənilməli olan borc məbləğinin silinməsi barədə bankla razılığa gəlmişdir. İddiaçı banka ödənişlər etmiş və bir hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilsə də, qalıq 4055 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməmişdir. İddiaçı hazırda həmin məbləğin ona ödənilməsi barədə iddia qaldırmışdır. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir. Müqavilənin 2.5.2-ci bəndinə əsasən müştərinin öz öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi haqqinda Bankın xəbərdarlığını aldıqdan sonra Borcalanın Bank qarşısında öhdəliklərini tam və yaxud qismən yerinə yetirərək, tələb olunan məbləği Banka ödəyə bilər. Həmin müqavilənin 2.5.5-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəliyi yerinə yetirdikdən sonra bu öhdəlik üzrə Kreditorun Borcalana qarşı olan hüquqlarını tələbin təmin edildiyi həcmdə əldə etmək zaminin hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə.və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Həmin Məcəllənin 475.1 -ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 17-A-1-0-5347-13 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən ödənilmiş cavabdehin banka olan borcundan 4055 manat məbləğində pulun«xxxx» İKB ASC—yə(Yelo Bank ASC) ödənilməsi sübutdur.Ona görə də. məhkəmə hesab edir ki, Cavabdeh 4055 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17-A-1-0-5347-13 saylı zaminlik müqaviləsinə əsasən «xxxx» İKB ASC-yə (Yelo Bank ASC) ödənilmiş 4055 manat və dövlət rüsumu üçün 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-596/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-596/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver