Məhkəmə qərarları › İş №2(012)-6037/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6037/2025

17.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6037/2025 17.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Ərizəçi müəyyən vəzifədə işləməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi müəyyən vəzifədə işləməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 1983-cü ildən 1993-cü ilədək Zar kənd və Kəlbəcər rayon orta məktəblərində müəllim vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə müəyyən vəzifədə işləməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-5732/2025 saylı qərardadı ilə ərizənin qəbulundan imtina edilməsi və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Hazırda ərizəçi eyni predmet üzrə və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə eyni mübahisə predmetinə dair məsələ ilə bağlı olduğundan və iddia eyni əsaslandırma ilə irəli sürüldüyündən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə yenidən qeyd edir ki, ərizənin qəbul еdilməsindən imtinа еdilməli və ərizəçiyə izаh оlunmаlıdır ki, göstərilən tələblə bаğlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən tələblərinin təmin оlunmаsındаn imtinа еdildiyi təqdirdə müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin: 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizənin qəbulundan imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 114.1.2 və 153-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi müəyyən vəzifədə işləməsi faktının müəyyən edilməsi tələbinə dair ərizənin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə göstərilən tələblə bаğlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən tələblərinin təmin оlunmаsındаn imtinа еdildiyi təqdirdə inzibati icraat qaydasında ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar