Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6049/2024 16.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh əşyaları ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" "Yaşayış Kompleksi 2D saylı evin 43 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" "Yaşayış Kompleksi 2D saylı evin 43 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh övladı X1 həyat yoldaşıdır. Cavabdeh onun mənzil hüququnu pozmaqla oradan çıxmır. İşin obyektiv hallarından görünür ki, mənzilin mülkiyyətçisi odur, cavabdeh isə artıq onun ailə üzvü deyil. Lakin buna baxmayaraq o, mülkiyyətində olan mənzili boşaltmaqdan imtina edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz etdi və onun təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" "Yaşayış Kompleksi 2D saylı evin 43 saylı mənzili İddiaçı adına qeydə alınmışdır. Onun adına xx.xx.2024-cü il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan nikahın pozulması haqqında AZ-İ 381068 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh iddiaçının keçmiş gəlini olmuş, lakin onunla oğlunun arasındakı nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir, yəni cavabdeh artıq iddiaçının ailə üzvü deyildir. Mübahisə predmetini təşkil edən mənzil xx.xx.2024-cü il tarixdən iddiaçının mülkiyyətindədir, əvvəllər isə mənzillə bağlı tikinti müqaviləsi bağlanmışdır. Hazırda Məmmədov X2 Gülər Yediyar qızına qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh əşyaları ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" "Yaşayış Kompleksi 2D saylı evin 43 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsini xx.xx.2024-cü il tarixdə qeydə aldırmış İddiaçı övladı ilə cavabdehin nikah münasibətlərinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bundan başqa, mübahisəli mənzillə bağlı tərəflər arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda cavabdehin hazırda heç bir əsas olmadan mübahisəli mənzildə yaşaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli mənzil hazırda İddiaçı mülkiyyətindədir. Mübahisəli əmlakda cavabdehin yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Cavabdeh iddiaçının övladı ilə əvvəllər nikahda olması hazırki iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz, çünki mövcud qanunvericiliyə görə nikaha xitam verilməsi mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. Cavabdehin 2020-ci ildən 4 il ərzində mübahisəli mənzildə yaşaması faktına qiymət verən məhkəmə hesab edir ki, bu, onun müəyyən müddətə buradan istifadə hüququnun saxlanması imkanını da istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" "Yaşayış Kompleksi 2D saylı evin 43 saylı mənzilindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-6049/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6049/2024
16.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver