Məhkəmə qərarları › İş №2(012)-6067/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6067/2023

30.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6067/2023 30.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, miras qoyan X5 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi 3 saylı evin, 1 saylı mənzilinə aid miras əmlakla bağlı 4 saylı Bakı Cavabdehndə Notariat Ofisində sənədləşdirmə işlərinin aparılması, ona həmin miras payının qəbul etmək üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəliyin qəbulu müddətinin 3 ayadək uzadılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi 3 saylı evin 1 saylı mənzili Ərizəçi X3nın xüsusi mülkiyyətindədir. Bacısı Z.Əliyeva xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bacısının vəfatından sonra yuxarıda göstərilən mülk ondan miras qalmışdır. Bacısı əri X4 Astara rayon məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.1997-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Bacısının uşaqları olmamışdır. Ona görə də bacısından miras qalmış əmlakı öz adına sənədləşdirmək qərarına gəlmişdir. Onun bacısı və qardaşları buna etiraz etmirlər. Bununla bağlı ərizəçi 4 saylı Bakı Asan Xidmət mərəkəzində Notariat ofisinə müraciət edərək adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Oradan ona bir sıra sənədlərin yığılmasını və butun sənədlər tam hazır olduqdan sonra notariat ofisinə müraciət etməyi bildirmişdilər. Ərizəçi həmin sənədləri toplamağa başlamışdır. X2 və qardaşı Əliyev Hicran Balakişi oğlu Rusiya Federasiyasında yaşayır. Onların orada sənədləşmə işləri ilə bağlı çətinlikləri olmuş və mirasın qəbulu barədə ərizələri ərizəçiyə gec yəni xx.xx.2023-cü il tarixdə göndərmişdilər. Onlar ərizəçiyə həmin ərizələri gec göndərdikləri üçün vərəsəliyin qəbulu müddətini üzürlü səbəbə görə ötürmüşdür. Həmin sənədləri hazırlayaraq yenidən notariat ofisinə müraciət etdikdə oradan ona imtina edilərək bildirilmişdir ki, mirasın qəbul edilməsi üçün müddət onun tərəfindən buraxılmışdır. Ona görə də ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Əriçəçi miras əmlaka sahiblik edir, əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirir, ona görə də miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. O, üzürlü səbəblərə görə yuxarıda qeyd etdiyi sənədlərin alınması ilə bağlı vaxtında vərəsəliyi qəbul edə bilməmiş, ona görə üzürlü səbələrə görə müddəti ötürmüşdür. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi, onun vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı Cavabdehndə Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Ərizəçi böyük qardaşıdır. X1 xx.xx.2020-ci tarixdə vəfat etmişdir. Bacıları 1984-cü ildə ailə həyatı qurmuş, 1997-ci ildə nikahları pozulmuşdur, nikahlarından övladı olmamışdır. Qeyd olunan mənzili bacısı nikah pozulduqdan sonra almışdır. Qardaşı Mirzəkişi müddəti üzürlü səbəbdən ötürmüşdür. Bacısı və qardaşı Rusiya Federasiyasında yaşadığından heç cürə gələ bilməmişdir. Bununla yanaşı pandemiya dövrü olduğundan notariusa gedə bilməmişdir. Özü qardaşının xeyrinə bacısından miras qalmış mənzildən imtina etmişdir. 6 qardaş 3 bacı olmuşlar. Bir qardaş bir bacıları vəfat etmişdir. Vəfat edən qardaşının adı X14r. Bacı qardaş aralarında heç vaxt mübahisə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Ərizəçi bacısıdır. X3 xx.xx.2020-ci tarixdə vəfat etmişdir. Qardaşı Ərizəçi miras əmlakı üzürlü səbəbdən vaxtında qəbul edə bilməmişdir. Pandemiya dövrünə düşdüyündən, bundan başqa digər bacı və qardaşı Rusiyada yaşadığından vaxtında notariusa sənədləri təqdim edə bilməmişdir. Məhkəmə ərizəçinin, onun vəkili-nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - 4 saylı Bakı Cavabdehndə Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış əmlaka dair vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün ərizəsinə baxılmışdır. Göstərilənlərə əsasən mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətini ötürdüyünə görə, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya ÖM № 122013 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi 3 saylı evin, 1 saylı mənzili xx.xx.2002-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. - Astara rayonu Kakalos İcra Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-T № 214437 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1952-ci ildə Astara rayonu Kakalos kəndində anadan olmuş, atası Əliyev Balakişi Əli oğlu, anası X9r. - Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 150469 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 24 X13 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 206 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. - Lənkəran rayon Kakalos K/Soveti tərəfindən xx.xx.1964-cü ildə verilmiş AЗ № 622861 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1943-cü ildə Astara rayonu Kakalos kəndində anadan olmuş, atası Əliyev Balakişi Əli oğlu, anası X9r. - Astara rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Arayışdan görünür ki, X13 xx.xx.1964-cü ildə Astara rayonu Kakalos kəndində anadan olmuş, atası Əliyev Balakişi Əli oğlu, anası X9r. - Astara rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Arayışdan görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Astara rayonu Kakalos kəndində anadan olmuş, atası Əliyev Balakişi Əli oğlu, anası X9r. - Astara rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Arayışdan görünür ki, X21 xx.xx.2012-ci ildə Astara rayonu Kakalos kəndində anadan olmuş, atası Əliyev Balakişi Əli oğlu, anası X9r. - Astara rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Arayışdan görünür ki. X8 və X13 arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanmış, arvada Babayeva soyadı verilmişdir. - Astara rayon İHB-nın Kakalos kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 360 nömrəli arayışdan görünür ki, mərhum Əliyev Balakişi Əli oğlu və mərhum X17 həqiqətən vəfat edən günədək Astara rayonu Kakalos kəndində yaşamışlar və onların 9 övladı denyaya gəlmişdir: 1. X25, 2. X16, 3. X10, 4. Ərizəçi, 5. Əliyev Hicran Balakişi oğlu, 6. X21 (vəfat edib), 7. X19, 8. X15 9. X13 (vəfat edib). - xx.xx.2023-cü il tarixli ** AA ***7504 saylı X11 tərəfindən Bakı şəhər notariusuna verilmiş Etibarnamənin tərcümə olunmuş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 25 dekabr 2020-ci ildə vəfat etmiş bacısı X6 vəfatından sonra vərəsəlik işinin açılması barədə məlumatı var. Bu ərizə ilə bildirir ki, mirası qəbul etmə müddəti tərəfindən buraxılmışdır. Rusiya Federasiyası Mülki Məcəlləsinin 1157 və 1158-ci maddələrinin məzmunu notarius tərəfindən ona izah edilmişdir. Rusiya Federasiyası Mülki Məcəlləsinin 1157 və 1158-ci maddələrinin mirasdan imtinanın dəyişdirilə və ya geri götürülə bilməməsi, mirasdan müəyyən qeyd-şərtlə və ya şərt altında imtinaya yol verilməməsi, mirasın bir hissəsindən imtinaya yol verilməməsi barədə müddəaları notarius tərəfindən ona izah edilmişdir. Mirası qəbul etmə müddətinin bərpa edilməsi barədə məhkəməyə müraciət etməyəcəkdir. Miras əmlakın idarə edilməsinə faktiki olaraq başlamamışdır. Ərizəçi miras hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. - xx.xx.2023-cü il tarixli ** AA ***7503 saylı Əliyeva Hicran Balakişi qızı tərəfindən Bakı şəhər notariusuna verilmiş Etibarnamənin tərcümə olunmuş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 25 dekabr 2020-ci ildə vəfat etmiş bacısı X6 vəfatından sonra vərəsəlik işinin açılması barədə məlumatı var. Bu ərizə ilə bildirir ki, mirası qəbul etmə müddəti tərəfindən buraxılmışdır. Rusiya Federasiyası Mülki Məcəlləsinin 1157 və 1158-ci maddələrinin məzmunu notarius tərəfindən ona izah edilmişdir. Rusiya Federasiyası Mülki Məcəlləsinin 1157 və 1158-ci maddələrinin mirasdan imtinanın dəyişdirilə və ya geri götürülə bilməməsi, mirasdan müəyyən qeyd-şərtlə və ya şərt altında imtinaya yol verilməməsi, mirasın bir hissəsindən imtinaya yol verilməməsi barədə müddəaları notarius tərəfindən ona izah edilmişdir. Mirası qəbul etmə müddətinin bərpa edilməsi barədə məhkəməyə müraciət etməyəcəkdir. Miras əmlakın idarə edilməsinə faktiki olaraq başlamamışdır. Ərizəçi miras hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı, vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi X3nın adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi 3 saylı evin 1 saylı mənzili xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. Ərizəçinin X3 ilə X8 arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanmışdır. Bacısı ilə əri X8 arasında olan nikah Astara rayon məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.1997-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.Bacısı Z.Əliyeva xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bacısının vəfatından sonra həmin mənzil ondan miras qalmışdır. Bacısının uşaqları olmamışdır. Ona görə də bacısından miras qalmış əmlakı ərizəçi öz adına sənədləşdirmək qərarına gəlmişdir. Onun bacısı və qardaşları buna etiraz etməmişlər. Bununla bağlı ərizəçi 4 saylı Bakı Asan Xidmət mərəkəzində Notariat ofisinə müraciət edərək adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Oradan ona bir sıra sənədlərin yığılmasını və butun sənədlər tam hazır olduqdan sonra notariat ofisinə müraciət etməyi bildirmişdilər. Ərizəçi həmin sənədləri toplamağa başlamışdır. X2 və qardaşı Əliyev Hicran Balakişi oğlu Rusiya Federasiyasında yaşadıqlarından orada sənədləşmə işləri ilə bağlı çətinlikləri olmuş və mirasın qəbulu barədə ərizələrini xx.xx.2023-cü il tarixdə göndərmişdilər. Ərizələr geç göndərildiyindən və pandemiya olduğundan üzürlü səbəbdən ərizəçi mirası vaxtında qəbul edə bilməmişdir. Hazırda, ərizəçi mərhum bacısından miras qalmış mənzilə sahiblik etdiyini, əmlakı idarə etməyə faktiki başldığını və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyini, bildirərək həmin mənzili miras əmlak kimi qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddətin uzadılmaqla bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin növbədə, Ərizəçi tələb irəli sürməyə subyektiv hüququnun olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, yuxarıda qeyd olunduğu kimi, Ərizəçi ailənin üzvü olaraq mərhum X7 bacısıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 1159.2. maddəsinə əsasən, İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Göründüyü kimi, mərhum xx.xx.1984-cü il tarixdə X8 ilə nikaha daxil olsa da, xx.xx.1997-ci il tarixdə nikahları pozulmuş, birgə nikahlarından da övladları olmamışdır. Odur ki, ərizəçinin mərhumun ikinci dərəcəli vərəsə olmaq hüququ yaranmışdır. Ərizəçi mərhum X7 xx.xx.2020-ci il tarixdə vəfatından sonra miras əmlaka vərəsə olmaq hüququnun müəyyən edilməsi üçün aidiyyəti notariat qurumuna müraciət etmiş, lakin 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubu ilə mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətini ötürdüyünə görə, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göründüyü kimi, ərizəçi qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakı qəbul etmədiyindən məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 40-cı maddəsinə əsasən, hərəkətin aparılması qanuna zidd olduqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. 58-ci maddəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Mülki Məcəllənin: 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. 1248.1. maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. maddəsinə əsasən, bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş şahid ifadələri əsasında mərhum X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi 3 saylı evin, 1 saylı mənzili xx.xx.2002-ci il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya ÖM № 122013 nömrəli Qeydiyyat vəsiqəsi ilə də bu öz təsdiqini tapmışdır. Bununla da, mənzilin mərhumun nikahı pozulduqdan sonra əldə etməsi sübuta yetirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə də, məhkəmə qanunvericiliyin və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş şahid ifadələrini sübut növü kimi qiymətləndirərək belə qənaətə gəlir ki, Ərizəçi mərhum X3nın vəfatından sonra digər bacı və qardaşının ölkədən kənarda olduğu, onlar tərəfindən mirasın qəbul edilməsindən ərizəçinin xeyrinə imtina etmələrinə dair ərizələrini gec göndərdiklərii, bununla yanaşı bütün bu hərəkətlərin edilməsi müddəti pandemiya dövrünə təsadüf etməsi öz təsdiqini tapmalı və bu səbəbdən də mərhumun ölümündən sonra həmin mənzilin miras əmlak kimi qəbul edilməsi müddəti üzrlü hesab edilərək bərpa edilməlidir. Belə ki, ərizəçinin mərhumun ikici növbəli yeganə vərəsəsi olması və miras əmlakla bağlı mübahisənin olmaması öz təsdiqini tapmışdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq, göstərilən halların miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməklə üzrlü hesab edilməsinə əsas görür. Ona görə də ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi müddəti uzadılmış hesab edilərək bərpa edilməlidir. İnsan hüquqlarının və X18 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçi tərəfindən tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın Ərizəçi tərəfindən vaxtında qəbul ediməməsi üzürlü hesab edilərək buraxılmış müddət bərpa edilsin. X5 miras qalmış əmlakın vərəsə Ərizəçi tərəfindən qəbul müddəti 3 ay uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar