Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-61/2025 11.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin başqa şəxsə satılmasına cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin İddiaçı Salman oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X44 cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin başqa şəxslərin adına sənədləşməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.m olan, 3B, 58 nömrəli mənzilə dair onun sərəncam vermə hüquqlarının bərpa edilməsi və həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə (onun rəhbərliyinə) həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132.27 kv.m olan, 3B, 58 nömrəli mənzil MTK ilə aralarında imzalanmış müqaviləyə (alqı-satqı müqaviləsinə) əsasən İddiaçı satılmışdır. Buna dair aralarında xx.xx.2015-ci il tarixdə müqavilə rəsmiləşdirilmiş və iddiaçı bu əmlaka görə cavabdehə 79.362 manat ödəniş etmişdir. Cavabdeh də iddiaçıya müqavilə və maliyyə arayışı, o cümlədən mənzili vermişdir. Hazırda həmin mənzil iddiaçının istifadəsindədir. İddiaçı bu mənzili hazırda satmaq niyyətindədir və alıcı da taparaq aralarında qiymət razılığına da gəlmişlər. Lakin MTK rəhbərliyi yeni alıcının adına müqavilə və maliyyə arayışı vermir. xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə MTK rəhbərliyinə müraciət edərək faktiki sahibliyində olan əmlakının hüquqmüəyyənedici sənədlərinin başqa şəxsin adına dəyişdirilərək, həmin şəxsin adına rəsmiləşdirilməsini tələb etmiş, amma buna baxmayaraq, iddiaçıya bu günədək heç bir cavab verilməmişdir. Əmlakın dəyəri tam ödənilməklə əmlaka faktiki sahiblik edərək əmlaka dair sərəncam vermək hüquqları olsa da, Cavabdeh rəhbərliyi qanunsuz və əsassız olaraq iddiaçının sərəncam vermək hüququnu pozaraq əmlakın başqa şəxsin adına rəsmiləşdirilməsindən imtina edir. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtləki həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan yaşayış sahəsindən heç bir maneə olmadan sahiblik və istifadə etsə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu əmlak üzərində sərəncam verə bilmir və bununla da yuxarıda sadalanan hüquqları pozulur. Həmçinin tikilmiş bina cavabdeh təşkilatın səhlənkarlığı nəticəsində ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmamış və sakinlərə, payçılara çıxarışlar verilməmişdir. Amma buna baxmayaraq, hüquq normaları, eləcə də Mülki Məcəllənin 178.8-ci maddəsi həmin əmlakın iddiaçının mülkiyyətində olmasını təsdiq edir. Göstərilənlərə əsasən Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.m olan, 3B, 58 nömrəli mənzilə dair İddiaçı sərəncam vermə hüquqlarının bərpa edilməsi və həmin əmlakın hər hansı bir şəxsin adına sənədləşdirilməsinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə (onun rəhbərliyinə) həvalə edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ünvanlayaraq, X44 ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.m olan, 3B, 58 nömrəli mənzilə dair tərtib edilmiş 10 noyabr 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və ona məxsus həmin mənzilin başqa şəxsə satılmasına cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-a tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində istinad etdiyi X44 ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çox mərtəbəli yaşayış binasının A bloku 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132.27 kv.metr olan, 3B, 58 nömrəli mənzilə dair tərtib edilmiş 10 noyabr 2014-cü il tarixli müqavilə əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməlidir. Belə ki, İddiaçı əvvəl həmin mənzil Cavabdeh MTK ilə X12 arasında bağlanmış 20 aprel 2014-cü il tarixli müqavilə əsasında X1 və istifadəsinə verilmişdir. xx.xx.2015-ci il tarixdə isə Kəmalə Şahsuvarova həmin mənzili öz razılığı əsasında İddiaçı satmışdır. Kəmalə Şahsuvarovanın adına bağlanmış müqavilənin və maliyyə arayışının surəti məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən X44 ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.m olan, 3B, 58 nömrəli mənzilə dair tərtib edilmiş 10 noyabr 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və İddiaçı məxsus həmin mənzilin başqa şəxsə satılmasına cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metr olan 3B, 58 saylı mənzil qanuni əsaslarla İddiaçı adına sənədləşdirilmişdir. X23 adına sonradan tərtib edildiyindən müqavilə etibarsızdır. Bu səbəbdən də X44 ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.m olan, 3B, 58 nömrəli mənzilə dair 10 noyabr 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməli, İddiaçı məxsus həmin mənzilin başqa şəxsə satılmasına cavabdeh tərəfindən edilən maneçilik aradan qaldırılmalıdır. Verilmiş suallara cavabında qeyd edir ki, İddiaçı ilə müqavilə 21 fevral 2015-ci il tarixdə bağlanılmışdır. İddiaçı adına tərtib edilmiş müqavilədə göstərilən mobil telefon nömrəsi əvvəllər aktiv, sonradan isə bağlana bilər və müqavilə bağlanan vaxtı orda əksini tapa bilər. Mobil telefon nömrəsi müqavilədə göstərilən rekvizitlərdən biridir. Səhv və ya başqa telefon nömrəsi də göstərilə bilər. Telefon nömrəsi əlaqə vasitəsidir. Bununda hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Şəxs şəxsiyyət vəsiqəsi ilə MTK-ya yaxınlaşmış, ordakı məlumatlar tərtib edilmiş müqaviləyə köçürülməklə qeyd edilən müqavilə bağlanmışdır. İddiaçı və onun həyat yoldaşı hər hansı şəxsə etibarnamə verə bilər. Bunun hazırki mübahisəyə hər hansı bir aidiyyəti yoxdur. Hazırda mübahisə müqavilənin etibarlı olub-olmaması ilə bağlıdır. X48 Bədəlovun adına sonradan əvvəlki tarixə tərtib edilmiş müqavilənin hansı şəraitdə və tarixdə bağlanması ilə bağlı ərizəsi mövcuddur. Elxan Bədəlovun adına olan müqavilənin necə bağlanması tam öz əksini tapmışdır. İddiaçı adına tərtib edilmiş müqavilə hazırda qüvvədədir. Cavabdeh Mənzil-Tikinti Kooperativinin həmin müqaviləyə etirazı var idisə, bu günə kimi mübahisəldirməli idi. Lakin mübahisələndirməmiş, müqavilə nə ləğv edilmiş, nədə ki, etibarsız hesab edilmişdir. Hazırda mənzilin İddiaçı istifadəsində olub-olmaması və onun tərəfindən mənzildə hər hansı bir təmir işlərinin görülməsindən xəbəri yoxdur. Lakin mənzil alınandan sonra İddiaçı təhvil verilmişdir. Binada yaşayanların olduğunu bilir. MTK tərəfindən hazırki mübahisəyə qədər ilk iddiaçıya qarşı mübahisəli mənzilə dair məhkəmədə hər hansı bir iddia qaldırılmamışdır. 2014-cü il tarixdə Elxan Bədəlovun adına sonralar tərtib edilmiş müqavilədəki möhürdə də deformasiya - boşluq mövcuddur. Məhkəmənin ünvanına ərizə ünvanlayan əvvəlki direktoru Tariyel Hacıyev də MTK-ya məxsus 2 (iki) möhürün mövcudluğunu təsdiq edir. Məlumdur ki, bu halda qarşı tərəf ekspertizaya möhürlərdən deformasiya olan möhürü gizlədib, deformasiya olmayan möhürü təqdim edəcəkdir. İddiaçı məxsus müqavilə ləğv edilməmiş, mənzilə dair Elxan Bədəlovun adına müqavilənin tərtib edilməsi qanuna ziddir. Bu səbəbdən də Elxan Bədəlovun adına sonradan tərtib edilmiş müqavilə etibarsızdır. Digər tərəfdən qarşı tərəf özü qeyd edir ki, 2018-ci il tarixdən möhürdə qüsur yaranmışdır. Bu halda cavabdeh tərəfin fikri ilə götürdükdə əvvəlki tarixə tərtib olunmuş bütün müqavilələr etibarsızdır. Tariyel Hacıyevin ərizəsində bu faktlar təsdiqi tapır. İş materiallarında ərizə mövcuddur. Həmin ərizədən görünür ki, X31 və X45 hər ikisi Cavabdeh Mənzil-Tikinti Kooperativinin direktoru olmuşlar. Onlardan biri Cavabdeh Mənzil- Tikinti Kooperativinin faktiki direktoru, digəri isə rəsmi formada direktor səlahiyyətlərini icra etmişdir. Ərizənin məzmunundan görünür ki, 2013-2022-ci il tarixlərində Cavabdeh Mənzil- Tikinti Kooperativi 2 möhürdən istifadə etmişdir. Bir möhür qüsursuz, digər möhür isə qüsurlu olmuşdur. Qüsur möhürdəki xəritənin yuxarı qərb hissəsində yerləşən kəsikdən ibarət olmuşdur. 2013-2022-ci il tarixlərdə hər iki möhürdən istifadə edilmişdir. Bununla bağlı sənədlər də məhkəməyə təqdim edilmişdir. Qarşı tərəf möhürdəki qüsurun 2018-ci il tarixdən sonra yarandığını iddia edir. Lakin bununla bağlı 2018-ci il tarixdən sonrakı dövrlərə aid məhkəməyə qüsursuz möhürləri olan sənədlər təqdim etmişlər. İddiaçı iddia ilə məhkəməyə müraciət etdikdən sonra qeyd olunan mənzilə dair 10 noyabr 2014-cü il tarixdə X23 adına müqavilə bağlandığı məlum olmuşdur. 20 aprel 2014-cü il tarixli mənzilə dair müqavilə isə İddiaçı adına bağlanmışdır. İddiaçı adına eyni bir mənzilə dair müqavilə mövcud olduğu halda digər şəxsin adına həmin mənzilə dair müqavilə bağlana bilməz. Əgər müqavilə bağlanıbsa, həmin müqavilə etibarsız hesab olunmalıdır. Ona görə də hesab edirlər ki, iddiaları əsaslıdır. Eyni zamanda İddiaçı adına bağlanmış müqavilə qüvvədədir. Eyni zamanda keçən 10 ildən yuxarı müddət ərzində MTK İddiaçı adına bağlanmış həmin müqaviləni mübahisələndirə bilərdi. Lakin bunu etməmişdir. Göründüyü kimi qarşı tərəf iddia müddətini də ötürmüşdür. Onlar isə sonradan X44 ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında bağlanmış müqaviləni mübahisələndirə bilərlər. Çünki həmin müqavilənin mövcudluğunu hazırda bilmişlər. Göstərilənlərə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi İddiaçı Salman oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X44 cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metr olan 3B, 58 saylı mənzilə dair tərtib edilmiş 21 fevral 2015-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız (əhəmiyyətsiz) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı mənzilin başqa şəxslərin adına sənədləşməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsində Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metr olan 3B, 58 saylı mənzilə dair iddiaçının sərəncam vermə hüquqlarının bərpa edilməsi və həmin əmlakın hər hansı başqa şəxsin adına sənədləşdirilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə və maliyə arayışı saxtadır. Böyük ehtimalla həmin sənədlər sonradan tərtib edilmişdir. Belə ki, həmin müqavilə və maliyyə arayışında Cavabdeh MTK-ya məxsus möhürdən istifadə edilməmişdir. İddiaçı tərəfindən kooperativə heç bir ödəniş edilməmişdir. Digər tərəfdən həmin mənzil hələ 10 noyabr 2014-cü il tarixdə X3. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh Mənzil- Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metr olan 3B, 58 saylı mənzilə dair tərtib edilmiş 21 fevral 2015-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız (əhəmiyyətsiz) hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxış iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilk iddianı qəbul etməyək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı məhkəməyə təqdim etdiyi müqavilə saxta müqavilədir. Belə ki, həmin müqavilə arxa tarixə tərtib edilmişdir. İddiaçı və onun həyat yoldaşı Sevinc Rəsulova tərəfindən Abbas Dadaşova verilmiş etibarnamə əsasında, sonuncu bu mənzildən və bu şəxslərin adına yazılmış digər saxta müqavilələrdən imtina etmişlər. Həmçinin "xxxx"ə sorğu əsasında fevral 2015-ci il tarixdə İddiaçı adına tərtib edilmiş müqavilədə əksini tapan mobil telefon nömrəsinin müqavilə bağlandıqdan 2 ay sonra 24 aprel 2015-ci il tarixdə aktivləşdiyi məlum olmuşdur. İddiaçı adına tərtib edilmiş müqavilənin saxta olması barədə ekspert rəyi də mövcuddur. Cavabdeh Mənzil-Tikinti Kooperativi məxsus möhürdə 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərində deformasiya yaranmışdır. Həmin dövrə kimi isə möhürdə heç bir deformasiya olmamışdır. Bu səbəbdən də İddiaçı adına olan müqavilənin sonradan tərtib edildiyi və nəticədə saxta olduğu onlara məlum olmuşdur. Əgər həqiqətən də İddiaçı adına müqavilə 2015-ci il tarixdə tərtib olunmuşdursa, onda müqavilədəki möhürdəki deformasiya öz əksini tapmamalı idi. Bu səbəbdən də ekspertizaya 2014-2017-ci il tarixə aid olan sənədlər və möhür təqdim edilmişdir. Ekspert tərəfindən İddiaçı məxsus müqavilədəki möhürlə 2014-2017-ci il tarixlərdə tərtib olunmuş sənədlərdəki möhürlərin eyni olduğu müəyyən edilmişdir. Bu halda 2015-ci il tarixə aid olan sənədlərdəki möhürlərdə deformasiyanın əksini tapmadığı halda, İddiaçı məxsus müqavilədəki möhürdə deformasiyanın əksini tapması maraqlıdır. İddiaçı adına saxta müqaviləni tərtib etdikdə bu fərqliliyə fikir verməmişlər. Lakin diqqətlə fikir verdikdə bu fərqlilik özünü və müqavilənin saxta olduğunu göstərir. İddiaçı sözügedən mənzili görməmiş və hazırda həmin mənzili göstərədə bilməz. Həmçinin həmin mənzilə görə hər hansı bir məbləğdə ödəməmişdir. Qeyd edilən mənzil Elxan Bədəlovun istifadəsində və sahibliyindədir. Elxan Bədəlov həmin mənzildə cüzi təmir işləri də görmüşdür. Mənzillə bağlı mübahisənin olması barədə onların xəbərdarlığı nəticəsində Elxan Bədəlov hazırki mübahisəli məsələ həll edilənədək təmir işlərini dayandırmışdır. Ümumiyyətlə mübahisəli mənzil sahiblərinə təmir işlərinin dayandırılması barədə xəbərdarlıq etmişlər. Verilmiş suallara cavabında qeyd edir ki, İddiaçı adına verilmiş maliyyə arayışı saxtadır. Çünki sonradan tərtib olunmuş və mənzilə görə hər hansı bir məbləğ MTK-ya ödənilməmişdir. Ekspert rəyində müqavilələrdəki möhürün eyni olduğu qeyd olunmuşdur. Bu İddiaçı adına tərtib edilmiş müqavilənin saxta olduğunu sübut edir. Digər tərəfdən müqavilədəki İddiaçı məxsus olduğu bildirilən mobil telefon nömrəsinin müqavilə tarixindən 2 ay sonra aktiv olması da müqavilənin saxtalığını sübut edir. Ekspertizaya yalnız bir möhür təqdim etmişlər. 2022-ci il tarixdən sonrakı dövrə aid MTK-ya məxsus möhür isə tamamilə fərqlidir. Ekspertizaya təqdim etdikləri möhür biri 2022-ci ilə qədər dövrə aiddir. Digəri isə 2022-ci il tarixdən sonrakı fərqli möhürdür. Hazırda mübahisə möhürdəki deformasiya - boşluqdan gedir. Ekspert rəyində İddiaçı məxsus müqavilədəki möhürlə 2014-2017-ci illərə aid sənədlərdəki möhürlərin eyni olduğunu qeyd edir. Lakin 2018-ci illərə aid sənədlərə baxdıqda möhürdəki deformasiyanı - boşluğu görmək mümkündür. Ekspert isə yalnız möhürlərin eyni olduğunu qeyd edir. Əgər İddiaçı adına müqavilə 2015-ci il tarixdə tərtib olunmuşdursa, onda müqavilədəki möhürdə çıxıntı - boşluq əksini tapmamalıydı, vurulan möhür qüsursuz olmalıydı. Bu fakt ekspert rəyi ilə birbaşa təsdiqini tapır. 2014-cü il tarixdə Elxan Bədəlovun adına tərtib edilmiş müqavilədəki möhürdə deformasiya - boşluq olması mümkün deyildir. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin payçılarından biridir. İddiaçı 2022-ci ilin may ayında payçı olmuşdur. 2022-ci ilin avqust ayında İddiaçı və həyat yoldaşının adından verilmiş etibarnamə əsasında adlarına olan bütün əmlaklardan imtina etmişlər. İmtina etməsinə görə onun əmlak tələb etməyə hüququ yoxdur. Bu mənzilə dair müqavilə saxta və etibarsız müqavilədir. Ekspert rəyi ilə sübut olunmuşdur ki, möhürdəki qüsur 2017-ci ilin sonu, 2018-ci ilin əvvələrində yaranmışdır. Bunu müəyyən etmək üçün ekspertizaya 60-dan yuxarı sənəd təqdim etmişlər. Ona görə də 2018-ci ildə möhürdə yaranan qüsurun 2014-2015-ci il tarixlərdə özünü göstərməsi qeyri-mümkündür. Digər tərəfdən İddiaçı ilə bağlanmış müqavilədə müqavilə tarixindən 2 ay sonra aktivləşmiş telefon nömrəsi öz əksini tapmışdır. Bu məsələ ilə əlaqədar suallarına qarşı tərəf cavab verə bilməmişdir. Anar Əliyevin və Kəmalə Şahsuvarovanın adına olan müqavilələr saxta müqavilələrdir, sonradan tərtib olunmuşdur. Həmin müqavilələrin əsli də mövcud deyildir. Mübahisəli mənzil Elxan Bədəlova məxsusdur. Həmin mənzildə Elxan Bədəlov tərəfindən təmir işləri də aparılmışdır. İddiaçı və həyat yoldaşı Cavabdeh Mənzil-Tikinti Kooperativindəki bütün paylarından imtina etmişlər. Həmin ərizələr də məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən ilkin iddianın tamamilə əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilərək İddiaçı adına olan müqavilənin əhəmiyyətsiz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və azyaşlını dindirib, iddia ərizələrini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: “Satıcı” Cavabdeh MTK-nın sədri X31 ilə “Alıcı” X46 arasında bağlanmış 20 aprel 2014-cü tarixli, 12 nömrəli müqavilədən görünür ki, “Satıcı” Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blokunun 10-cu mərtəbəsində yerləşən 58 saylı, sahəsi 132,27 kv.m-dən ibarət olan 3B otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə verilməsini və “Alıcı” isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 79.362 manat məbləğində pul vəsaitini Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. X46 tərəfindən Cavabdeh MTK-nın sədri X18 ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, o, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, 132,27 kv.m mənzil sahəsindən və pay hüququndan imtina etmişdir. Qeyd etdiyi 10-cu mərtəbədəki, 3 otaqlı, 132,27 kv.m, 58 nömrəli mənzilin X6 adına sənədləşdirilməsinə, keçirilməsinə və dəyişdirilməsinə etirazı yoxdur. Gələcəkdə həmin mənzilə və ödədiyi pula dair Cavabdeh MTK-ya qarşı heç bir tələbi olmayacaqdır. Bakı şəhəri Səadət Sarayı tərəfindən 18 oktyabr 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 070802 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X46 ilə X16 18 oktyabr 2003-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 oktyabr 2003-cü il tarixdə 2469 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Fərəcova soyadı verilmişdir. 27 dekabr 2012-ci il tarixli etibarnamədən görünür ki, X4 Anar Əlövsət oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağışlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafadan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, 3-cü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etməyi və yaxud onlardan imtina etməyi, iddia vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə oqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. Etibarnamə 30 il müddətinə verilmişdir. 27 dekabr 2042-ci ilədək qüvvədədir. X8 verdiyi etibarnamə əsasında nümayəndəsi X46 tərəfindən Cavabdeh MTK-nın sədri X18 ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, o, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, 132,27 kv.m mənzilin əri X24 adından X6 adına keçirilməsinə razıdır və heç bir etirazı yoxdur. Gələcəkdə həmin mənzillə bağlı və ödənilən pula dair Cavabdeh MTK-ya qarşı heç bir tələbi və iddiası olmayacaqdır. “Satıcı” Cavabdeh MTK-nın sədri X31 ilə “Alıcı” X12 arasında bağlanmış 20 aprel 2014-cü tarixli, 13 nömrəli müqavilədən görünür ki, “Satıcı” Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blokunun 10-cu mərtəbəsində yerləşən 58 saylı, sahəsi 132,27 kv.m-dən ibarət olan 3B otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə verilməsini və “Alıcı” isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 79.362 manat məbləğində pul vəsaitini Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh MTK-ya məxsus Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən yaşayış binasının A blokunun 10-cu mərtəbəsində yerləşən sahəsi 132,27 kv.m-dən ibarət olan 3B otaqlı 58 saylı mənzilin pay dəyəri 79.362 manat payçı X12 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. X12 tərəfindən Cavabdeh MTK-nın sədri X18 ünvanlanmış xx.xx.2015-cİ il tarixli ərizədən görünür ki, o, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, 132,27 kv.m mənzil sahəsindən və pay hüququndan imtina etmişdir. Ona məxsus 10-cu mərtəbədəki, 132,27 kv.m, 58 nömrəli mənzilin İddiaçı adına sənədləşdirilməsinə, keçirilməsinə etirazı yoxdur. Gələcəkdə həmin mənzilə və öhdəliyə dair Cavabdeh MTK-ya qarşı heç bir tələbi olmayacaqdır. 01 sentyabr 1986-cı il tarixdə verilmiş İV-JQ seriyalı 319281 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X37 ilə X12 08 sentyabr 1986-cı il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 sentyabr 1986-cı il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəcəfov, arvada Şahsuvarova soyadı verilmişdir. X37 tərəfindən Cavabdeh MTK-nın sədri X18 ünvanlanmış xx.xx.2015-cİ il tarixli ərizədən görünür ki, o, arvadı X7 məxsus, 10-cu mərtəbə yerləşən 132,27 kv.metr, 58 nömrəli mənzilin İddiaçı adına keçirilməsinə etirazı yoxdur. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır. “Satıcı” Cavabdeh MTK-nın sədri X31 ilə “Alıcı” İddiaçı arasında bağlanmış 21 fevral 2015-ci tarixli, 09 nömrəli müqavilədən görünür ki, “Satıcı” Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blokunun 10-cu mərtəbəsində yerləşən 58 saylı, sahəsi 132,27 kv.m-dən ibarət olan 3B otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə verilməsini və “Alıcı” isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 79.362 manat məbləğində pul vəsaitini Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh MTK-ya məxsus Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən yaşayış binasının A blokunun 10-cu mərtəbəsində yerləşən sahəsi 132,27 kv.m-dən ibarət olan 3B otaqlı 58 saylı mənzilin pay dəyəri 79.362 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Satıcı” Cavabdeh MTK-nın sədri X31 ilə “Alıcı” X44 arasında bağlanmış 10 noyabr 2014-cü tarixli müqavilənin surətindən görünür ki, “Satıcı” Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blokunun 10-cu mərtəbəsində yerləşən sahəsi 132,27 kv.m-dən ibarət olan 3 otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə verilməsini və “Alıcı” isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 79.362 manat məbləğində pul vəsaitini Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh MTK-ya məxsus Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən kooperativ yaşayış binasının A girişinin 10-cu mərtəbəsində yerləşən sahəsi 132,27 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin pay dəyəri 79.362 manat payçı X44 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. xx.xx.2018-ci il tarixdə Cavabdeh MTK-nın yeni təyin olunmuş direktoru X13, təsisçiləri - X19, X25 tərəfindən tərtib edilmiş 12 nömrəli aktdan görünür ki, onlar MTK-ya məxsus möhürü təhvil alarkən, möhürün üzərində əks olunan Azərbaycan Respublikası xəritəsinin yuxarı hissəsində zədə və qüsur aşkar etmişlər. Möhürü təhvil almamışdan öncəki, yəni 2013-2017-ci illər dövründə MTK-ya məxsus rəsmi sənədlərin və alqı-satqı müqavilələrin üzərində öz əksini tapan möhürdə heç bir zədə və qüsur olmamışdır. Qeyd olunan möhürü qüsurlu və zədəli şəkildə qəbul etmişlər. Qəbul edilmiş tarixdən möhürün istifadəsinə davam etmişlər. xx.xx.2022-ci il tarixdə Cavabdeh MTK-nın yeni təsisçiləri - X17, X47, X34, Babaşov Qabil Cavanşir oğlu və X19 tərəfindən tərtib edilmiş 14 nömrəli aktdan görünür ki, MTK-nın onlara qədərki direktoru X5 MTK-ya məxsus möhürü təhvil almışlar. Qeyd olunan möhürü təhvil alarkən, onun üzərində əks olunan Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsində qüsur aşkar etmişlər. Həmin möhürü qüsurlu formada təhvil almışlar. xx.xx.2022-ci il tarixdə Cavabdeh MTK-nın direktoru X17, təsisçiləri - X47, X34, Babaşov Qabil Cavanşir oğlu və X19 tərəfindən tərtib edilmiş 16 nömrəli aktdan görünür ki, MTK-ya məxsus möhürü təhvil alarkən, onun üzərində əks olunan Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsində qüsur vardır. Qüsur səbəbindən möhürün ikinci nüsxəsini çıxarmaq üçün lisenziyası olan şirkətə müraciət etmişlər. 08 iyun 2022-ci il tarixindən yeni möhürlə fəaliyyətlərini davam etdirmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 15 mart 2024-cü il tarixli, 5/31 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 21 fevral 2015-ci il tarixli, 9 nömrəli müqavilənin və İddiaçı adına verilmiş 132.2A kv.m olan 3B otaqlı, 58 saylı mənzilin maliyyə arayışın üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Rəyin “Tədqiqat prosesinin təsviri” hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 21 fevral 2015-ci il tarixli, 9 nömrəli müqavilənin və İddiaçı adına verilmiş 132.2A kv.m olan 3B otaqlı, 58 saylı mənzilin maliyyə arayışın üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi Cavabdeh məzmunlu möhür əksləri Abşeron rayon məhkəməsinin 2(012)-3719/2023 mülki iş üzrə təqdim etdiyi: X26 adına verilmiş 20 aprel 2014-cü il tarixli; X9 adına olan 18 aprel 2014-cü il tarixli, 80 nömrəli; X20 adına verilmiş 01 aprel 2014-cü il tarixli, 69 nömrəli; X35 adına verilmiş 31 mart 2014-cü il tarixli, 68 nömrəli; X14 adına verilmiş 27 mart 2014-cü il tarixli, 59 nömrəli; X15 adına verilmiş 26 iyul 2014-cü il tarixli, 118 nömrəli; X10 adına verilmiş 29 mart 2014-cü il tarixli, 65 nömrəli müqavilələrin, X26 adına verilmiş maliyyə arayışının; 16 yanvar 2014-cü il tarixli, 002/14 nömrəli elmi-texniki məhsulun yaradılması haqqında müqavilənin; işin təqvim planının; 16 yanvar 2014-cü il tarixli, 002/14 nömrəli müqavilə üzrə protokolun; xx.xx.2014-cü il tarixli, **********893200 nömrəli bildirişin; 04 oktyabr 2014-cü il tarixli, 19 may 2014-cü il tarixli, 18 aprel 2014-cü il tarixli, 31 mart 2014-cü il tarixli, 03 iyun 2014-cü il tarixli, 06 may 2014-cü il tarixli, 02 iyul 2014-cü il tarixli, 18 aprel 2014-cü il tarixli, 27 mart 2014-cü il tarixli, 29 mart 2014-cü il tarixli qəbzlərin üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi* Cavabdeh məzmunlu möhürün sərbəst əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata 2015-2017-ci illərə aid Cavabdeh Mənzil- Tikinti Kooperativinə məxsus möhürün sərbəst əks nümunələri təqdim edilmədiyi üçün həmin illər üzrə müqayisəli tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 62 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Mərkəz” vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanan verilən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubların surətindən görünür ki, ***-***-**-** nömrəsi xx.xx.2015-ci il tarixdə aktivləşdirilmişdir. Həmin nömrəyə dair kiminlə və nə zaman müqavilələr bağlanması ilə əlaqədar bildirilmişdir ki, göstərilən məlumatlar fərdi məlumatlar hesab edilir və “Fərdi məlumatlar” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən fərdi məlumatların subyekti tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında verilməsinə yol verilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********900800 nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativində onun təsisçilərindən X17 50 paya, Babaşov Qabil Cavanşir oğlu 30 paya, İddiaçı 60 paya, X21 100 paya, X34 30 paya, X47 30 paya, X19 100 paya, X27 150 paya və X25 50 paya malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 04 dekabr 2024-cü il tarixli, 5/988 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilmiş Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.m olan, 3B otaqlı 58 nömrəli mənzilin alqısatqısına dair 21 fevral 2015-ci il tarixdə imzalanmış 9 nömrəli müqavilədə və maliyyə arayışında «kənar dairənin içərisində azərbaycan və ingilis dillərində» “*AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X43” mənti, orta dairənin içərisində Cavabdeh mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri» olan möhür əksləri reylef klişe vasitəsi ilə sənədlərə birbaşa vurulmuşdurlar. Həmin müqavilədə və maliyyə arayışında olan möhür əksləri ekspertizaya təqdim olunmuş “*AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X43” mənti, orta dairənin içərisində Cavabdeh mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. 25 avqust 2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı X36 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı, MTK-larda adına olan evi qəbul etməyi və ondan imtina etməyi (imtina ərizələri yazmağı) sənədləşmə işini aparmağı bu tapşırığın yerinə yetirilməsi üçün onu Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, nazirliklərdə, səfirliklərdə, konsulluqlarda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində, Daşınmaz Əmlakın dövlət qeydiyyatını həyata keçirən dövlət orqanlarında, MİS orqanlarında, Bələdiyyə orqanlarında, İcra Hakimiyyətində, Dövlət Statistika Komitəsində, Dövlət Miqrasiya İdarəsində, DİN DYPİ RQİŞ-də, VVAQ şöbələrində, ASANPAYDA, Qaz İstismar idarəsində, Azərsu, Azərişiq ASC-nin müvafiq şöbələrində(idarələrində) o cümlədən Asan Xidmət Mərkəzlərində, Azercell, Bakcell, Nar şirkətlərində, Beynəlxalq bankı ASC-də, Kapital Bank ASC-də (onların bütün filiallarında) və digər banklarda, Notariat ofislərində, DOST mərkəzlərində,VERGİ ORQANLARİNDA, Cargo terminal, hava limanında, gömrük məntəqələrində, sığorta şirkətlərində, Sosial Müdafiə Fondunda, telefon qovşağlarında, kooperativ və ictimai təşkilatlarda, dövlət idarələrində, təşkilatlarında, orqanlarında və qeyri-dövlət qurumlarında və digər dövlət strukturlarında, təşkilat, və digər orqan, qurum və təşkilatlarda təmsil etməyi, istənilən bankda adına olan hesablardan istifadə etməyi, sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatları aparmağı, pul məbləğləri almağı/qoymağı, həmçinin depozitin (əmanətin) faizlərini və ya əsas məbləğini almağı, adından hesab açmağı/bağlamağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid olan PİN kodları götürməyi və ya dəyişməyi, sifariş etməyi, adından depozit (əmanət) məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, ona aid olan bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, istənilən Sığorta Şirkətlərində onun nümayəndəsi olmağı, BÜTÜN BANKLARDA olan cari hesabdakı sığorta məbləğini mədaxil və məxaric etməyi, adından sənədləşmə işlərini aparmağı, ona çatası pul məbləğlərini almağı, sənədləri və arayışları təqdim etməyi və almağı, lazımi sənədlərdə imza etməyi, adından ərizə verməyi, ərizədə imza etməyi, sığorta şəhadətnaməsini ləğv etməyi, bununla əlaqədar ərizə təqdim etməyi, imza etməyi, Asan Xidmət Mərkəzlərində və Notariat ofislərində nümayəndəsi olmağı, İpoteka Kağızını imza etməyi, təhvil alıb, təhvil verməyi, bununla bağlı sənədlərə imza etməyi, o cümələdən, adına gələn yükləri qəbul etməyi, gömrük işlərini rəsmiləşdirməyi və gömrük rüsumlarını ödəməyi, adına nömrələr rəsmiləşdirməyi, lazım gəldikdə onların dublikatlarını almağı, nömrələrdən çıxarışları əldə etməyi, ona aid olan istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri, həmçinin dövlət reyestrindən çıxarışı, texniki pasportu, əmlakın yüklü olub/olmaması haqqında arayışı (formal), qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək və ya onlardan imtina etmək, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlamağı və ya bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, məhkəmə orqanlarında mənə aid olan mülki işləri və cinayət işlərini aparmağı, məhkəmə qərarlarının icrasında iştirak etmək, işin münsiflər məhkəməsinə verilməsi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi, alimentin alınmasına görə iddia qaldırmağı, adından sənədlərə imza atmağı, sənədləri təqdim edib qəbul etməyi, şikayət ərizələrinə, məhkəmə aktlarına, apelyasiya və kassasiya şikayətlərinə və iddia ərizələrinə imza etmək, məhkəmə icra şöbəsində onu təmsil etməyi, Forma 2 və digər sənədləri almağı, toplamağı, təhvil verməyi, onun adından sənədləşmə işlərini aparmağı, adından istənilən məzmunlu razılıq ərizələri və digər ərizələri yazmağı, ona çatası pulları almağı, adından ərizə ilə müraciət etməyi, bütün növ ərizələrə imza atmağı və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Etibarnamə 5 il 1 gün müddətinə verilmişdir və xx.xx.2027-ci il tarixədək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. İddiaçı və X28 tərəfindən Cavabdeh MTK-nın rəhbərliyinə ünvanlanmış xx.xx.2022-cİ il tarixli ərizədən görünür ki, onlar Cavabdeh MTK-da onlara məxsus olan bütün pay hüquqlarından imtian edirlər. Pay hüquqlarının satılmasına, MTK-ya geri qaytarılmasına, müqavilələrə xitam verilməsinə və digər şəxslərin adına keçirilməsinə və ya dəyişdirilməsinə etirazları yoxdur. Gələcəkdə hər hansı bir yaşayış və ya qeyri-yaşayış sahəsinə və ödədikləri pula dair Cavabdeh MTK-ya qarşı heç bir tələbləri olmayacaqdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, X46 ilə Cavabdeh Mənzil-Tikinti Kooperativin arasında bağlanmış 20 aprel 2014-cü il tarixli, 12 nömrəli müqaviləyə əsasən MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, sahəsi 132,27 kv.m olan 3 otaqlı mənzili A.Əliyevə təhvil verməyi, A.Əliyev isə mənzilin müəyyənləşdirilmiş dəyəri olan 79.362 manatı MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanılan tarixdə eyni tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri tam şəkildə A.Əliyev tərəfindən MTK-ya ödənilmişdir. Daha sonra 20 aprel 2014-cü il tarixdə A.Əliyev tərəfindən həmin mənzil X2, mənzilə dair müqavilə və maliyyə arayışı K.Şahsuvarovanın adına dəyişdirilmişdir. Daha sonra qeyd olunan mənzil K.Şahsuvarova tərəfindən İddiaçı 21 fevral 2015-ci il tarixdə satılmış, mənzilə dair müqavilə və maliyyə arayışı İddiaçı adına dəyişdirilmişdir. Həmçinin 10 noyabr 2014-cü il tarixdə qeyd olunan mənzil Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən X3. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə edirlər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.3-cü maddələrinin ümumi məzmunundan göründüyü kimi, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək hüquqları, mülkiyyət hüququnu təşkil edən imperativ şərtlərin tərkib hissəsidir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşdə olan sübutlarla təsdiq olunur ki, ilk əvvəl kooperativin üzvü olan X46 qeyd olunan mənzilə dair pay haqqını tam ödəmiş, onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaranmışdır. Daha sonra isə A.Əliyev tərəfindən sözügedən mənzili X7, K.Şahsuvarova tərəfindən isə İddiaçı satılmışdır. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənatə gəlir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, sahəsi 132,27 kv.m olan 3 otaqlı mənzilə dair mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin əmlaka sahiblik edən şəxslərə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir. Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk iddia tələbi ilə əlaqədar qeyd edir ki, hazırda ilk iddia üzrə iddiaçı F.X11 ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.m olan, 3B, 58 nömrəli mənzilə dair tərtib edilmiş 10 noyabr 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini və ona məxsus həmin mənzilin başqa şəxsə satılmasına cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, sahəsi 132,27 kv.m olan 3 otaqlı mənzilə dair mülkiyyət hüququ qeydə alınmasa da, ilkin olaraq A.Əliyev tərəfindən pay haqqı tam ödənilməklə, onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yarandığından, həmin mənzil A.Əliyev tərəfindən X7, K.Şahsuvarova tərəfindən isə İddiaçı satdığından, K.Şahsuvarova ilə mənzilə dair bağlanmış müqavilə qüvvədə olduğu müddətdə həmin mənzilə dair Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə X44 arasında müqavilə bağlandığından, ilkin iddia əsaslı hesab edilərək təmin edilməli, X44 ilə Cavabdeh Mənzil- Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının “A” bloku, 10-cu mərtəbəsində yerləşən, sahəsi 132,27 kv.m olan 3 otaqlı mənzilə dair bağlanmış 10 noyabr 2014-cü il tarixli müqavilə etibarsız hesab edilməli və İddiaçı məxsus həmin mənzilin başqa şəxsə satılmasına Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən edilən maneçilik aradan qaldırılmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativi isə İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında sözügedən mənzilə dair tərtib edilmiş 21 fevral 2015-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız (əhəmiyyətsiz) hesab edilməsini xahiş edərək, tələbində qeyd olunan müqavilənin saxta olduğunu və sonradan tərtib edildiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Əksinə iş üzrə təyin edilmiş ekspert rəyi ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.m olan, 3B otaqlı 58 nömrəli mənzilin alqı-satqısına dair 21 fevral 2015-ci il tarixdə imzalanmış 9 nömrəli müqavilədə və maliyyə arayışında «kənar dairənin içərisində azərbaycan və ingilis dillərində» “*AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X43” mənti, orta dairənin içərisində Cavabdeh mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri» olan möhür əkslərinin reylef klişe vasitəsi ilə sənədlərə birbaşa vurulduğu, həmin müqavilədə və maliyyə arayışında olan möhür əksləri ekspertizaya təqdim olunmuş “*AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X43” mənti, orta dairənin içərisində Cavabdeh mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlk iddia təmin edilsin. X44 ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının “A” bloku, 10cu mərtəbəsində yerləşən, sahəsi 132,27 kv.m olan 3 otaqlı mənzilə dair bağlanmış 10 noyabr 2014-cü il tarixli müqavilə etibarsız hesab edilsin və İddiaçı məxsus həmin mənzilin başqa şəxsə satılmasına Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən edilən maneçilik aradan qaldırılsın. İlk iddia üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh Mənzil-Tikinti Kooperativindən alınaraq İddiaçı ödənilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativinin İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X44 cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin tədqiqatının dəyəri olan cəmi 362 (üç yüz altmış iki) manat Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-61/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-61/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver