Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-615/2024 03.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2010-cu il təvəllüdlü X8 doğulmasına dair doğum faktının müəyyən edilməsi və uşağa yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə uşağın soyadı Əsgərov, adı İlham, ata adı Ayaz, doğum tarixi 09 yanvar 2010-cu il, doğulduğu yer Abşeron rayonu, Xırdalan şəhəri, ata qrafasında atasının X12, ana qrafasında anasının X9, valideynlərinin milliyyətlərinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il təvəllüdlü övladı X2 Rayon Məhkəməsinin 2(012)-2960/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan elan edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 103 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən o, qızının qəyyumu təyin edilmişdir. Övladı ağır şizofreniya xəstəsidir. Onun rəsmi nikahı heç vaxt olmamışdır. Qeyri-rəsmi olaraq ailə qurmuşdur. xx.xx.2010-cu il təvəllüdlü bir oğlu var. Lakin uşağın doğumu bu günə qədər qeydə alınmayıb. Uşaq ev şəraitində doğulduğu üçün ona xəstəxanadan doğum haqqında tibbi şəhadətnamə ala bilmirlər. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün uşağın doğumunu qeydə almaqdan imtina edilmişdir. Uşağın doğumunun qeydə alınması faktı ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. 13 yaşında olmasına baxmayaraq bu günə qədər həmin uşaq məktəbə gedə bilmir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında 103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün övladının doğumunun qeydiyyata alınması imkan xaricindədir. Cavabdeh doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İşdə olan xəstənin ambulator, stasionar tibbi kartasından çıxarılışın surətindən görünür ki, Xırdalan şəhəri, 26-cı məhəllə, 91 saylı evdən qəbul edilmiş Əskərov (adsız) Ayaz oğlu uşaq K.Fərəcova adlı ETPİ-da xx.xx.2010-cu il tarixdə saat 03:20-də doğulmuşdur. İşdə olan Abşeron MRX TTTYŞ-nin 215 saylı siqnal vərəqindən görünür ki, 34-36 həftəlik hamilə olan X6 xx.xx.2010-cu il tarixdə, saat 01:30-da tibbi müayinə göstərilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2960/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının 103 saylı, xx.xx.2023-cü il tarixli sərəncamının surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il təvəllüdlü övladı X5 qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X7" X13 xx.xx.2024-cü il tarixli, 1776 saylı rəyindən görünür ki, X8 məhkəmə-tibb müayinəsinə və tibbi sənədlərə əsasən aşağıdakı rəyə gəlinir: X3 inkişaf yaşı 14-14,5 ilə uyğun gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İşdən görünür ki, ərizəçinin qəyyumu olduğu övladı X4 xx.xx.2010-cu il tarixdə Ayaz adlı uşaq doğulmuşdur. Lakin həmin uşağın doğum haqqında şəhadətnaməsinin verilməsi doğum haqqında 103 formalı tibbi şəhadətnamə təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə qismən təmin edilməli, X8 09 yanvar 2010-cu il tarixdə Xırdalan şəhərində doğum faktı müəyyən edilməli, X10 doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə X1 Əsgərov, adı İlham, ata adı Ayaz, doğum tarixi 09 yanvar 2010-cu il, doğulduğu yer Xırdalan şəhəri, ata qrafasında atasının adı X12, ana qrafasında anasının adı X9, anasının milliyyəti “azərbaycanlı” kimi qeyd edilməli, qalan hissədə ərizə təmin olunmamalıdır. Belə ki, həmin uşağın atası barədə ərizəçi məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X8 xx.xx.2010-cu il tarixdə Xırdalan şəhərində doğulması faktı müəyyən edilsin, X10 doğum haqqında şəhadətnamə verilsin, doğum haqqında şəhadətnamədə X1 Əsgərov, adı İlham, ata adı Ayaz, doğum tarixi xx.xx.2010-cu il, doğulduğu yer Xırdalan şəhəri, ata qrafasında atasının adı X12, ana qrafasında anasının adı X9, anasının milliyyəti “azərbaycanlı” kimi qeyd edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-615/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-615/2024
03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver