Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6150/2021 08.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə müqaviləsinə görə 400 manat və dövlət rüsumuna görə 20 manat olmaqla, ümumilikdə 420 manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, məhkəmədə izahatlnda bildirdi ki, İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə X2 arasında «TOYOTA COROLLA» markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin 05.12.2019-cu il tarixdən 20.12.2019-cu il tarixədək 1 günü 50 manat olmaq şərtilə 15 gün müddətinə icarəyə verilməsinə dair 05.12.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. Cavabdeh avtomobili 15 gün müddətinə icarəyə götürməyinə baxmayaraq, 15 gün müddətdən 8 günü idarə etmişdir və sonradan avtomobili qaytarmışdır. Ona görə də cavabdehin iddiaçı şirkətə 400 manat borcu yaranmışdır. Avtomobilin icarə haqqına görə 480 manat borcun tələb edilməsinə dair cavabdehə 02.02.2021-ci il tarixli 019 №-li və 12.04.2021ci il tarixli 044 №-li pretenziya ilə müraciət edib 3 gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/28-də fəaliyyət göstərən İddiaçı MMC-nə gəlib ödənilməsi barədə EMS Ekspress sürətli poçt daşıma xidməti vasitəsilə məktubla müraciət etmişlər. Sonradan sənədləri araşdırıb məlum olmuşdur ki, cavabdehin iddiaçı şirkətə 400 manat borcu var. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ödəniş etməmişdir. Cavabdeh 05.12.2019cu il tarixli avionəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.1-ci bəndinin tələbini pozmuşdur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 05.12.2019-cu il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı MMC mülkiyyət hüququ ilə ona məxsus olan 2019-cu il buraxılışlı, BAN № NMTBB9BE00R001113 dövlət nömrə nişanlı ** UP *** TOYOTA COROLLA (açıq boz metallik) icarədar Cavabdeh müvəqqəti istifadəsinə verməyi, icarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə hər 1 günü üçün 50 manat məbləği icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə 05.12.2019-cu il saat 12:40-dan, 20.12.2019-cu il 12:40-dək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 02.02.2021-ci il tarixli 019 №-li və 12.04.2021-ci il tarixli 044 №-li pretenziyalardan görünür ki, 3 gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/28-də fəaliyyət göstərən İddiaçı MMC-nə gəlib icarəyə götürülən avtomobilin icarə haqqına görə 480 manat məbləğin ödənilməsi Cavabdeh xahiş edilmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, 05.12.2019-cu il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı MMC mülkiyyət hüququ ilə ona məxsus olan 2019-cu il buraxılışlı, BAN № NMTBB9BE00R001113 dövlət nömrə nişanlı ** UP *** TOYOTA COROLLA (açıq boz metallik) icarədar Cavabdeh müvəqqəti istifadəsinə verməyi, icarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə hər 1 günü üçün 50 manat məbləği icarəyə verənə ödəməyi öhdəsinə götürmüş və bu müqavilə 05.12.2019-cu il saat 12:40-dan, 20.12.2019-cu il 12:40-dək qüvvədə olmuşdur. İddiaçı MMC tərəfindən verilmiş 02.02.2021-ci il tarixli 019 №-li və 12.04.2021-ci il tarixli 044 №-li pretenziyalardan görünür ki, 3 gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/28-də fəaliyyət göstərən İddiaçı MMC-nə gəlib icarəyə götürülən avtomobilin icarə haqqına görə 480 manat məbləğin ödənilməsi Cavabdeh xahiş edilmişdir. Lakin iddiaçı şirkətin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh sözügedən avtonəqliyyat vasitəsini 8 gün idarə etmiş, daha sonra iddiaçı şirkətə qaytarmış və cəmi 400 manat borcu yaranmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh icarə müqaviləsinə görə 400 manat məbləğində pul alınıb İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçı şirkət tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 20 manat cavabdehdən tutulub iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh icarə müqaviləsinə görə 400 manat və dövlət rüsumuna görə 20 manat olmaqla, ümumilikdə 420 manat məbləğində pul alınıb İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6150/2021
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-6150/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver