Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6191/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (Maraqlı şəxs) barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi - Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunun Pürülü kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi - Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi, yeni doğum haqqında şəhadətnamə verilməsi, yeni şəhadətnamədə “soyadı, adı, atasının adı” qrafasında “Ərizəçi”, “ata adı” qrafasında “X10”, “ana adı” qrafasında “X4”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunun Pürülü kəndində anadan olmuş, X2, anası X3r. Valideynlərinin birgə nikahından xx.xx.1984-cü il tarixdə qardaşı Dünyamaliyev Əfqan, xx.xx.1980-cı il tarixdə bacısı Dünyamaliyeva Aynur anadan olmuşdur. Ərizəçinin atası İsrafil Dünyamalıyev xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda onun atası İsrafil Dünyamalıyevin vərəsəlik işinin açılması və ondan qalan əmlakın miras pay qismində qəbul edilməsi, habelə gələcəkdə anası Dünyamalıyeva Turacın adında olan əmlakların ərizəçiyə bağışlanması prosesində doğum haqqında şəhadətnamənin əldə edilməsi zərurəti yaranmışdır. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, doğum haqqında şəhadətnaməni çoxdan itirmişdir. Nikahı 2015-ci ildə Xaçmaz rayon məhkəməsində pozulmuşdur. Hazırda ona bu sənəd vərəsəliklə bağlı lazımdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. -AO N ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1984-cü ildə Ermənistan Respublikasının Qafan rayonu Pürülü kəndində anadan olmuş Ərizəçi müvafiq hərbi bilet xx.xx.2001-ci ildə verilmişdir. -0131153 saylı əmək kitabçasından görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-173/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası QMB-nin kartotekasında aşkar olunmamışdır. -AR Ədliyyə Nazirliyinin Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna qoşma edilmiş xx.xx.2025-ci il tarixli, 05/Q-715/75 saylı arayışdan görünür ki, Ərizəçi və X7 nikahı haqqında Xaçmaz Rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə 146 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada “Dünyamaliyeva” soyadı verilmişdir. -AZ-İ 539468 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X1 nikahı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur. -AZE 09510848 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. -İ-СЛ 364925 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X10 xx.xx.1979-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Dünyamalıyeva” soyadı verilmişdir. -İİİ-СЛ 331285 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1980-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 21 nömrəsi ilə qeyd edilmiş, anası X4, X2dur. -İV-СЛ 261857 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1984-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1 nömrəsi ilə qeyd edilmiş, anası X4, X2dur. -AZ-İİ 501965 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2025-ci il tarixdə Essensial (birincili) hipertenziya səbəbindən Abşeron rayon, Mehdiabad kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 436 nömrəsi ilə qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində anadan olmuşdur. X2, anası X4, milliyyəti isə azərbaycanlıdır. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənədi itirildiyi üçün o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, doğumun qeyd edilmə faktı müəyyən edilməli, akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) Ərizəçi doğum tarixi xx.xx.1982-ci il, doğulduğu yer Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X10”, ana adı qrafasında “X4”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X10”, ana adı qrafasında “X4”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-6191/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6191/2025
19.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver