Məhkəmə qərarları › İş №2(012)-620/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-620/2024

06.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-620/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizə ilə onun xx.xx.1956-cı il tarixdə Ermənistan, Qafan şəhərində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Ağaməhəmmədova”, adı “Mənşurə”, ata adı “Bəylər”, doğum tarixi “xx xxxxxx 1956-cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Qafan rayonu”, ata qrafasında “X2, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X9, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan, Qafan şəhərində anadan olmuşdur. X2, anası isə X7r. Hər iki valideyninin milliyyəti azərbaycanlıdır. Onun qızlıq soyadı Ağaməhəmmədovadır. xx.xx.1978-ci il tarixdə Abşeron rayon ZAQS şöbəsində rəsmi nikaha daxil olmaqla X8 ilə ailə həyatı qurmuşdur və bundan sonra Rzayeva soyadına keçmişdir. Hazırda ona məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Bu isə, onun mərhum atasından qalmış əmlakdan öz payını almaq hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikasının Ermənistanla siyasi-hüquqi əlaqələri olmadığından ona məxsus doğum haqqında şəhadətnamənin dublikatını əldə etmək mümkün deyildir. Abşeron rayonu Qeydiyyat şöbəsinə doğum haqqında akt qeydinin bərpa olunması barədə ərizə ilə müraciət etsə də, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiacı Ərizəçi Azərbaycan Respublikası MPM-53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin əsaslandırıcı hissəsində həyat yoldaşının ata adı Əbdülrəhman deyil Əbdüləli kimi qeyd edilməsini, həmçinin xahiş edirəm hissəsində xx.xx.1956-cı il tarixdə Ermənistan, Qafan şəhərində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən, doğum haqqında akt qeydlərində soyadı “Ağaməmmədova”, adı “Mənşurə”, ata adı “Bəylər”, doğum tarixi “xx xxxxxx 1956-cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Qafan rayonu”, ata qrafasında “X2, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X9, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi onun böyük bacısıdır. X1, anaları isə X7r. Beş uşaq olublar, üç bacı və iki qardaş. Qardaşları vəfat etmişdir. Bacısı Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan SSR-in, Qafan şəhərində doğulmuşdur. Məlum hadisələrlə bağlı ataları və anaları 1988-ci ildə Ermənistandan Azərbaycana gəlməyə məcbur olublar. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib və mülki işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq) 158-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - 457832 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X6 arasında 13 mart 1978-ci ildə nikah bağlanmışdır. X3 nikah bağlandıqdan sonra “Rzayeva” soyadı verilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən rƏrizəçi göndərilmiş 10 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-15-153/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq qeydiyyat şöbəsi tərəfindən icra edilməsi, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə məlumat verilmişdir. Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. Mülki Prosessual Məcəllənin: İşin araşdırılan halları ilə müəyyən olur ki, ərizəçinin şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş sürətinə əsasən xx xxxxxx 1956-cı ildə Ermənistanın Qafan şəhərində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, X17 küçəsində qeydiyyatdadır. X4 atası, X9 isə anasıdır. 13 mart 1978-ci ildə X13 ilə nikah bağlamışdır. Nikah bağlandığı zaman nikahın bağlanması haqqında şəhadətnamədə soyadı “Ağaməmmədova” kimi göstərilmişdir. Nikah bağlandıqdan sonra X3 “Rzayeva” soyadı verilmişdir. Doğum haqqında şəhadətnaməsi Ermənistandan qaçqın düşərək Azərbaycana gəlməyə məcbur olduqları zaman itmişdir. Müəyyən sənədləşmə işləri ilə bağlı doğum haqqında şəhadətnamə lazım olduğundan, ərizəçi yeni doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında akt qeydi aşkar olunmadığından şəhadətnamənin verilməsindən imtina edimişdir. Ona görə də ərizəçi doğumun qeyd edilmə faktı müəyyən edilməsi üçün məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1956-cı il tarixdə Ermənistanın Qafan şəhərində doğulmasını təsdiq etmək üçün kifayət qədər sübutlar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi izahatında özünün doğum haqqında şəhadətnaməsinin bir sıra hüquqlarının həyata keçirməsi məqsədilə lazım olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, Ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə, şahid ifadəsinin təfərrüatlı və ziddiyyətsiz olmasını, nəzərə alaraq, mötəbər sübut növü kimi qəbul edir. Eyni zamanda ərizəçinin izahatını, şahid ifadəsini digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, tədqiq edilmiş sənədlərdə olan məlumatlar ərizəçinin izahatı və şahid ifadəsi ilə üst-üstə düşür və bir-birini tamamlayır. Ona görə də ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1956-cı il tarixdə Ermənistanın Qafan şəhərində anadan olması faktı müəyyən edilməli, doğum aktı qeydə alınarkən ata qrafasında X4, ana qrafasında X9, milliyyəti “azərbaycanlı” qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan SSR-nin Qafan şəhərində doğumun qeydi edilmə faktı müəyyən edilsin. Doğumun qeyd edilmə aktında soyadı “Ağaməmmədova”, adı “Mənşurə”, ata adı “Bəylər”, doğum tarixi “xx xxxxxx 1956-cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Qafan rayonu”, ata qrafasında “X2, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X9, milliyyəti azərbaycanlı” kimi qeyd edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar