Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-621/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Məhduud Məsuliyyətli Cəmiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı öhdəliyin icrası haqqında tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhduud Məsuliyyətli Cəmiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı öhdəliyin icrası haqqında tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 2018-ci ilin mart ayından sentyabr ayına kimi aylıq 272.96 manat məcburi dövlət sosial sığorta haqqının cavabdeh "xxxx" MMC-dən tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı 2018-ci ilin aprel ayından sentyabr ayınadək ‘'AAAF-İNŞAAT" MMC-də bənna vəzifəsində işləmişdir. 2020-ci il tarixində yaşa görə əmək pensiyasına çıxmışdır. Ona hesablanan pensiya məbləğinin az olduğuna görə cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiəsi Fonduna müraciət etmişdi. Nazirliyin ona rəsmi cavabına görə (SUN **********0) cavabdeh AAAF-İNŞAAT MMC tərəfindən 2018-ci ilin İİ-İİİ rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta üzrə hesabat’lara əsasən həmin dövrlər üzrə təqdim edilmiş sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətən məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlər hesablanmış, lakin sığortaedən tərəfindən tam ödənilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks edilmişdir. Lakin DSMF tam əsaslandırılmamışdır. Halbuki ona sığorta kartı açılmışdır. Lakin məhkəmə iclasında cavabdeh “AAAF-İNŞAAT" MMC Məcburi dövlət sosial sığorta üzrə hesabatda işçiyə görə ödənişin edilməsini qeyd edir. Bununla da zidiyyət yaranır. O isə aydınlıq gətirə bilmir. Həmçinin ARƏƏSMN bidlirmişdir ki, sığortaedən "xxxx" MMC 2018-ci ilin İİ-İİİ rübləri üçün yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə debitor borcları tərəfindən tam ödənildikdən sonra məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq proposional bölüşdürülərək fərdi şəxsi hesabda əks olunması təmin olunacaqdır. Lakin hazıra kimi o tam pensiyaya çıxa bilməmişdir. Məsələni də tam aydınlaşdıra bilmir. DSMF isə ona imtina verir. Ona görə göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun cavabdehlər sırasından çıxarılması, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmasına razı deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, "xxxx" MMC-də işlədiyi zaman maaşından sosial sığorta haqqı üçün pul tutulsa da, həmin məbləğ "xxxx" MMC tərəfindən DSMF-yə ödənilməməsi səbəbindən əmək pensiyasını ala bilməmişdir. Ona Sosial Müdafiə Fondu tərəfindən verilmiş imtina məktubunda bildirilmişdir. Məhkəmənin iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 qeyd iddia ərizəsini qismən qəbul edərək, iddia ərizəsinin "xxxx" MMC-dən sosial sığorta haqqının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi hissəsində razı olduqlarını, lakin DSMF-nin və ARƏƏSMN-in cavabdeh qismində bu işə cəlb edilməsinə razı olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında iddiaçı Babayev X2 Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə kimi adlandırılacaq) 53-cü maddəsinə əsasən iddia ərizəsində azalma barədə ərizə verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 'AAAF-İNŞAAT MMC-nə qarşı "öhdəliyin icrası haqqında mübahisələndirmə haqqında iddia üzrə 2(012)-621/2024 nömrəli mülki iş üzrə xx.xx.2024cü il tarixli 11 50-da məhkəmə baxış iclası təyin edilmişdir. Hazırda məhkəmə baxış iclasında iştirak edə bilmir. Buna baxmayaraq əvvəlki məhkəmənin hazırlıq iclaslarında iştirak edərək, iddia tələbinə münasibətini bildirmişdir. Cavabdeh MMC iddia tələbinə etiraz edir. Hesab edirlər ki, İddiaçı "Öhdəliyin icrası haqqında" mübahisələndirmə haqqında iddia ərizəsi məhkəmə aidiyyatı qaydasını pozur. Çünki tələbə Azərbaycan Respjblikası İnzibati Prosessual Məcəllənin 8.1.2 və 32-cı maddələrinin tələblərinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bununla bağlı məhkəmənin baxış iclasına kimi məhkəməyə ərizə verilmişdir. Məhkəmə aidiyyatı qaydalarına riayət olunmaqla aidiyyəti üzrə göndərilməlidir. Bundan başqa məhkəmənin hazırlıq iclaslarında tədqiq edilmiş sübutlardan göründüyü kimi İddiaçı qeyd etdiyi 272.96 manat məbləği məcburi dövlət sosial sığorta ödənişinin MMC-nin bank hesabları aktiv (vergi sərəncamı var) olmadığına görə icra olunma mexanizmi müəyyən deyildir. Bununla bağlı "X7 Fuııdu publik hüquqi şəxsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, habelə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti konkret olaraq münasibət bildirməmişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinə dair 2(012)-621/2024 nömrəli mülki ış üzrə xx.xx.2024-cü il tarixli 11:50-də məhkəmə baxış iclasını MMC-nin iştirakı olmadan keçirilməsini. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin və İnzibati Prosessual Məcəllənin tələblərini rəhbər tutaraq müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin münasibətini araşdırıb, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı göndərilmiş xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Azərbaycan Respublikasının Baş Prokurorluğundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş müraciətinizə baxılmışdır. Müraciəti ilə bağlı bildirirlir ki, Sigortaedən "xxxx" MMC (SUN: **********0) tərəfindən 2018-ci -ilin ll-lll rübləri üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən həmin dövrlər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam ödənilmədiyi üçün fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks olunmuşdur. Məlumat üçün bildirilir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsi olduğundan müraciətdə qeyd etdiyi məsələ ilə bağlı sığortaedən "xxxx" MMC-yə müraciət etməyi tövsiyə olunur. Əlavə olaraq bildirirlir ki, sığortaedən "xxxx" MMC-nin 2018-ci ilin ll-lll rübləri üçün yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə debitor borcları sığortaedən tərəfindən tam ödənildikdən sonra onun və digər sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunması təmin ediləcəkdir. Nəzərinə çatdırırır ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə "Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarix!; 13GC-VGD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. -Əmək kitabçısının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində "xxxx" MMC-də bənna vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixində "xxxx" MMC ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsininin 69.3-ə əsasən (öz xahişi ilə) xitam verilmişdir. -Sosial arayışdan görünür ki, İddiaçı işlədiyi "xxxx" MMC-də bənna, daşlar işlədiyi 2018-ci ilin aprel ayından sentyabr ayına qədər gəliri 1091.84 manat müəyyən olunmuş, 272.96 manat məcburi dövlət sosial sığorta ödənişi hesablanmış, lakin məcburi dövlət sosial sığorta ödənişi edilməmişdir. -886187156 saylı Mədaxil Qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 99015.00 manat ödəniş DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə edilmişdir. -886201762 saylı Mədaxil Qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 1001.50 manat ödəniş DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B- 69746/2023 saylı məktubundan görünür ki, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş 2023-cü il 29 mart tarixli müraciətinizə baxılmışdır. Bildirilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Sığorta (Hesabat)” altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN: **********0) tərəfindən 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabafda adınız sığortaolunan kimi qeyd olunmamışdır. Eyni zamanda bildirilir ki, MEİS-in "Sığorta (Hesabat)” altsistemində sığortaedən "xxxx" MMC tərəfindən 2018-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən Sizin və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən rüb daxilində ödənilmədiyi üçün fərdi şəxsi hesablarında ödənilmiş məcburi aöviət sosial sığoria haqları əks olunmamışdır. Nəzərinə çatdırır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.6-cı maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Məlumat üçün bildirir ki, sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borc ödənildikcə Sizin və digər sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun bölüşdürülməsi təmin edilir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş məktubdan görünür ki, Abşeron rayon məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia tələbinə dair 2(012)-621/2024 nömrəli mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia tələbinə münasibətini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3-17-1/2-45794/2024 nömrəli 26 fevral 2021-ci İİ tarixli (Məcburi dövlət sosial sığorta haqları haqqında) məktubunda qeyd edilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən vətəndaş İddiaçı 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabat"da sığortaolunan kimi qeyd olunmadığı üçün həmin dövr üzrə məlumatları fərdi şəxsi hesabatında əks olunmamışdır. Eyni zamanda, 2018-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabat"lara əsasən İddiaçı və digər sığortaolunanların məcburi döviət sosial sığortasına .əlb olunan gəlirlərinə nisbətən məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faiz hesablanmış, lakin rüb daxilində ödənilmədiyi üçün fərdi şəxsi hesablarında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır. Bununla bağlı, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət olunması tövsiyyə edilmişdir. Bildirirlir ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixində DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot idarəsinə 100.000 (bir yüz min) manat məbləği ödənilmişdir. Lakin həmin ödənişə DSMF tərəfindən münasibət bildirilməmişdir. Sözügedən ödənişlər aidiyyatı üzrə 2018-ci ilin ll-lll rüblər üzrə hesablanmış və ödənilməyən məcburi dövlət sosial sığorta haqları silinməmişdir. Yuxarıda qeyd olunanlara münasibət bildirilməsini, habelə xx.xx.2022-ci il tarixində DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot idarəsinə ödənilmiş 100.000 (bir yüz min) manat məbləğinin həcmində İddiaçı və digər sığorta olunanların məcburi dövlət sosial sığorta haqlarının silinməsini xahiş etmişlər. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müafiə Fondunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-45799/2024 saylı Məcburi dövlət sosial sığorta haqları haqqında məktubun surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında iddiaçı xx.xx.1955-ci il təvəllüdlü vətəndaş İddiaçı (FİN: xxxxxxx, SSN: **********439) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair 2(012)-621/2024 nömrəli məhkəmə bildirişi vardır. Vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də (bundan sonra - sığortaedən) bənna vəzifəsində işlədiyini və əmək haqqı aldığını iddia edir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildirilir ki, tərəflərindən 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabat’da İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün həmin dövr üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda bildirilir ki, 2018-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən İddiaçı və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin tərəflərindən rüb daxilində ödənilmədiyi üçün fərdi şəxsi hesablarında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır. Nəzərinizə çatdırılır ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsində qeyd olunduğu kimi sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək, həmçinin sözügedən Qanunun 14-cü maddəsinə əsasən sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Məlumat üçün bildirilir ki, tərəflərindən qeyd olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borc ödənildikcə İddiaçı və digər sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun proporsional bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunması təmin olunacaqdır. 2018-ci ilin İ rübü üzrə sığortaoluhanın fərdi şəxsi hesabında uyğunsuzluq olduğu halda tərəflərindən dəqiqləşdirilmiş tipli məcburi dövlət sosial sığortası üzrə hesabatın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsini tövsiyə edirlər. Qeyd olunanları nəzərə alaraq, məsələ ilə bağlı vətəndaşa və Fonda məlumat verməyi xahiş olunur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-68956/2024 saylı mülahizəsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə və ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "MDSS haqlarının fərdi hesaba köçürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia predmeti ilə əlaqədar olaraq bildirirlər ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sığortaçının, 10-cu maddəsində isə sığortaedənin vəzifələri müəyyən olunmuşdur. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti) təqdim etdiyi məlumatlar (rüblük hesabatlar) əsasında sığortaedənlərin uçotunu aparmaq sığortaçının, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək isə sığortaedənin vəzifəsidir. Eyni zamanda həmin Qanunun 13.1-ci maddəsində sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar (hesabatlar üzərindən) əsasında aparılır. Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir, əmək ödənişinə (gəlirinə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinin əhatəsi isə Qanunun 15-ci maddəsinə əsasən müəyyən edilir. Sığortaolunanların fərdi uçotunun aparılma qaydaları “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması fərdi uçotun əsas prinsiplərindəndir. Qanunun 4-cü maddəsində qeyd olunur ki, fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idaretməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (sığortaçı) aparır. Bu sahədə göstərilən xidmətlər elektron olduğu halda da, sığortaçının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 5-ci maddəsində sığortaolunanın fərdi uçot məlumatlarına əlavə edilməli məlumatlar sadalanır. Sığorta stajının hər ayı üçün məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, həmçinin sığortaedən tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği bu məlumatlar sırasındadır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 2018-ci il 30 noyabr tarixli 1360-VQS nömrəli Azərbaycan Respublikasının Qanunu xx.xx.2019-cü il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 18ci maddəsində edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta sahəsində idarəetməni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən əmək hüquqlarının pozulması halları iddia olunur. Həmçinin sığortaedən tərəfindən verilən rüblük hesabatlarda göstərilən əməkhaqqı ilə işçilərə faktiki ödənilən əməkhaqqı arasında məbləğ fərqi varsa, məcburi dövlət sosial sığortası ilə yanaşı vergi ödənişlərindən də yayınma halı mövcuddur. Məhkəmə prosesinin gedişində bu nüansların hərtərəfli və obyektiv araşdırılması zəruridir. Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). İnzibati-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Qeyd olunanları nəzərə alaraq, iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı onun üzərinə hər hansı bir öhdəlik qoyulması tələbi olmadığı üçün Dövlət Sosial Müdafiə Fondunun iş üzrə cavabdeh qismində iştirakına xitam verilməsini, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini məqsədəmüvafiq hesab edirlər. Nəzərə alınmasını xahiş etmişlər. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh1nə göndərilmiş xx.xx.2024-cü il tarixli, **********5423700 saylı məktubun surətindən görünür ki, vergi qanunvericiliyi ilə bağlı məlumat almaq istəyinizlə bağlı xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024cü il tarixli **********556000 nömrəli) müraciətlərinizə aidiyyəti üzrə 2 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, müraciətində göstərilən məsələ ilə bağlı əməli köməkliyin göstərilməsi üçün 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməyi tövsiyə olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədr müavininə göndərilmiş xidməti məruzədən görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında İddiaçı (FİN: xxxxxxx) cavabdehlər "xxxx" MMC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “MDSS haqlarının fərdi hesaba köçürülməsi' tələbinə dair 2(012)-621/2024 nömrəli iş vardır. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixdə bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemindən əldə olunan məlumata əsasən sığortaedən "xxxx" MMC (SUN: **********0) tərəfindən 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş “məcburi dövlət sosial sığortası üzrə hesabafda onun adı sığortaolunan kimi qeyd edilməmiş, eyni zamanda MEİS-in “Sığorta (Hesabat)” altsistemində sığortaedən "xxxx" MMC tərəfindən 2018-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş “məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən onun və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan, gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən rüb daxilində ödənilmədiyi üçün fərdi şəxsi hesablarında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır. Cavabdeh "xxxx" MMC məhkəməyə MDSS borclarının ödənilməsi barədə ödəniş qəbzləri təqdim etmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC-nin MDSS borclarının tam ödenilib-ödənilməməsi, ödənildiyi təqdirdə İddiaçı 2018-ci ilin martsentyabr ayları üzrə ödəməli olduğu MDSS haqlarına şamil edilib-edilməməsi barədə ətraflı məlumatın mümkün qədər qısa müddətdə təqdim edilməsinə dair aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoruna göndərilmiş sığortaolunanların fərdi şəxsi hesabı haqqında xidməti məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) ünvanlanmış İddiaçı məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına köçürülməsi tələbinə dair inzibati işlə bağlı müraciətinizə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaedən "xxxx" (SUN: **********0) tərəfindən təqdim edilimiş, müraciətdə qeyd edilmiş 2018-ci ilin İ rübü üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatda sığortaolunan İddiaçı (SSN: **********439) adının, həmçinin 2018-ci ilin İİ və İİİ rübləri üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlarında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına müvafiq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının qeyd olunmadığı müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı sığortaedən tərəfindən ödənilmiş, müraciətə əlavə edilmiş ödəniş qəbzlərində qeyd olunan 100000,0 manat məcburi dövlət sosial sığorta haqqının MEİS-in “Sığorta” (Hesabat) altsisteminin “Ödənişlər” bölümündə 1 aprel 2022-ci il tarixində öz əksini tapdığı və sözügedən məbləğin 12260,88 manatı aprel-iyun 2022-ci il, qalan 87739,12 manatı avqust 2017 - mart 2018-ci illərin sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına münasibətdə proporsional qaydada bölüşdürüldüyü müəyyən olunmuşdur. Məlumat üçün bildirilir ki, sığortaedən tərəfindən sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları tam ödənilməmişdir. Qeyd etmək istəyir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək, həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət daxilində məcburi dövlət sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Bundan əlavə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtındatəqdim edilməməsinə nəzarət, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial orta haqqının qaytarılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunnmuşdur. -"xxxx" X1 göndərilmiş Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri tərəfindən göndərilmiş məcburi dövlət sosial sığorta haqları haqqında məktubdan görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında iddiaçı xx.xx.1955-ci il təvəllüdlü vətəndaş İddiaçı (FİN: xxxxxxx, SSN: **********439) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair 2(012)-621/2024 nömrəli məhkəmə bildirişi vardır. Vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ‘ AAAF-İnşaat” MMC-də (bundan sonra - sığortaedən) bənna vəzifəsində işlədiyini və əmək haqqı aldığını iddia edir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildiririk ki, tərəfinizdən 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabafda İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün həmin dövr üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda bildiririk ki, 2018-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən İddiaçı və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin tərəfinizdən rüb daxilində ödənilmədiyi üçün fərdi şəxsi hesablarında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır. Nəzərinə çatdırırılır ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsində qeyd olunduğu kimi sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan bu Qanunun 5.2.11-ci v ə5.2.12-ci maddəsində nəzərdə tutulmuş məlumatları bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək, həmçinin sözügedən Qanunun 14-cü maddəsinə əsasən sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Məlumat üçün bildirilir ki, tərəfindən qeyd olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borc ödənildikcə E.Babayeyin və digər sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun proporsional bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunması təmin olunacaqdır. 2018-ci ilin İ rübü üzrə sığortaolunanın fərdi şəxsi hesabında uyğunsuzluq olduğu halda tərəfindən dəqiqləşdirilmiş tipli məcburi dövlət sosial sığortası üzrə hesabatın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsini tövsiyə edirlər. Qeyd olunanları nəzərə alaraq, məsələ ilə bağlı vətəndaşa və Fonda məlumat verməyi xahiş olunur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-97790/2024 saylı borc məbləğinin yaranma səbəbləri haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş sığortaedən "xxxx" MMC-nin (VÖEN: **********) məcburi dövlət sosial sığorta haqları üzrə qalıq borcları ilə bağlı 2024-cü il 18 aprel tarixli 2(012)- 621/2024 nömrəli sorğuya baxılmışdır. Müraciətdə qeyd edilən sığortaedənin 2017-2018-ci il 1 oktyabr dövrləri üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun tələb edilməsinə görə sənədlər aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqlar üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Nəzərə alınmasını xahiş etmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal,ev 193-də qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2018-ci il tarixində "xxxx" MMC-də bənna vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixində "xxxx" MMC ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsininin 69.3-ə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Cavabdeh AAAF-İNŞAAT MMC tərəfindən 2018-ci ilin İİ-İİİ rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta üzrə hesabat’lara əsasən həmin dövrlər üzrə təqdim edilmiş sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətən məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlər hesablanmış, lakin sığortaedən tərəfindən tam ödənilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks edilmişdir. Buna görə də hazıra kimi o tam pensiyaya çıxa bilməmişdir. Məsələni də tam aydınlaşdıra bilmir. DSMF isə ona imtina verir. Ona görə də İddiaçı cavabdehlər "xxxx" Məhduud Məsuliyyətli Cəmiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı öhdəliyin icrası haqqında tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 2018-ci ilin mart ayından sentyabr ayına kimi aylıq 272.96 manat məcburi dövlət sosial sığorta haqqının cavabdeh "xxxx" MMC-dən tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Əmək Məcəlləsinin 9-cu maddəsinin j) bəndində göstərilir ki, işçinin işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək hüququ vardır. 43-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması. 54-cü maddəsinin 1- ci hissəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:... işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini. iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin qanunun 22-1-ci maddəsinə əsasən: 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; Qanunun tələbindən görünür ki, “Əmək pensiyaları haqqında” qanun qüvvəyə minən vaxta kimi 25 il stajı və həmin qanun qüvvəyə mindikdən sonra hər hansı bir məhdudlaşmayan məbləğdə fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda həmin şəxsə pensiya təyin edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İİ.hissəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikas! Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərmişdir ki, “Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin - proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. İşin araşdırılan hallarından və Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş cavabdan göründüyü kimi AAAF-İNŞAAT” MMC işçidən 2018-ci ilin mart ayından sentyabr ayına kimi hesablanmış 272.96 manat məcburi dövlət sosial sığorta haqqını aidiyyəti üzrə müafiq icra hakimiyyətinə ödəməmiş, bunula da iddiaçının pensiyaya çıxmaq hüququ məhdudlaşmışdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası əsaslı olduğuna görə iddia ərizəsi təmin edilməli, cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunmaqla İddiaçı 2018-ci ilin mart ayından sentyabr ayına kimi əmək haqqından tutlaraq hesablanmış 272.96 manat məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində onun tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunmaqla İddiaçı 2018-ci ilin mart ayından sentyabr ayına kimi əmək haqqından tutlaraq hesablanmış 272.96 manat məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov