Məhkəmə qərarları › İş №2(012)-63/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-63/2024

18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-63/2024 18.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi qızının və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi qızının doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində xx.xx.1973-cü il təvəllüdlü Həmidova (nikahdan əvvəlki soyadı Mikayılova) Səadət İsa qızının xx.xx.1976-cı il təvəllüdlü Maraqlı şəxs2 ilə birgə nikahından doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Evdə və ya xəstəxanada doğulduğunu bilmir. Anası Həmidova (nikahdan əvvəlki soyadı Mikayılova) Səadət İsa qızı xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olub O, Azərbaycan Respublikasının vətəndaşıdır və hazırda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. O, stasionar müalicə almaq üçün xx.xx.2018-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib, ona “şizofreniya paranoid forma psixi qüsur halı” diaqnozu qoyulub və hal-hazırda həmin xəstəxanada müalicəsi davam edir. Atası Maraqlı şəxs2 xx.xx.1976-cı il tarixdə Şəki rayonunun Baş Layısqı kəndində anadan olub. O, Azərbaycan Respublikasının vətəndaşıdır və Şəki rayonu, Baş Layısqı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Valideynləri xx.xx.2000-ci il tarixdə Bakı şəhərində nikaha daxil olmuşlar və bu nikah Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmış, nikaha daxil olduqdan sonra anasına “Həmidova" soyadı verilmişdir. X1 onda olan məlumata görə, 2005-ci ildə anadan olmuşdur. Qardaşının nə doğum haqqında şəhadətnaməsi, nə də şəxsiyyətini təsdiq edən sənədi vardır. Qardaşı hazırda Abşeron rayonunun Xırdalan şəhərində yaşayır. Təxminən 7-8 yaşına qədər valideynləri və qardaşı ilə birlikdə Bakı şəhərində yaşamışdır (ünvan yadında deyil). 7-8 yaşından sonra atası başqa qadınla evlənmişdir. Atası başqa qadınla evləndikdən sonra o və qardaşı onlarla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşamışlar. Təxminən 2-3 il olar ki, atası onlarla birlikdə yaşamır. Hazırda o, Abşeron rayonunun Xırdalan şəhərində yaşayır. Təxminən 7-8 yaşından sonra anasını görməmişdir, atasından anasının harda olması barədə soruşduqda isə atası onun psixiatriya müəssisəsinə yerləşdirildiyini, daha sonra isə vəfat etdiyini bildirmişdir. 2022-ci ildə anasının Respublika Psixiatriya Xəstəxanasında olduğunu öyrənmiş və nəhayət 13 ildən sonra anasını görmüşdür. Uşaqlıqdan doğum haqqında şəhadətnaməsinin olduğunu xatırlamır. Atasından dəfələrlə bu barədə öyrənməyə çalışsa da, nə doğum yeri barədə, nə də doğumun dövlət qeydiyyatına alınıbalınmaması, doğum haqqında şəhadətnamə ilə təmin olunub-olunmaması barədə ona məlumat verməmişdir. Doğum haqqında şəhadətnamənin olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi də mümkün olmamışdır. Heç vaxt təhsil almamışdır, çünki atası onun və qardaşının məktəbə getməsinə icazə verməyib. O, doğulan zaman anası Bakı şəhəri, Xətai rayonu, 17/31-ci keçid, ev 12, mənzil 61 (indiki ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək doğumun Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində qeydə alınıbalınmamasına dair arayış verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 848 nömrəli məktubla bildirilmişdir ki, Şöbənin arxivində bu barədə akt qeydi aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti xx.xx.2022-ci il tarixli 05/2-H-15/15 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun doğumunun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Artıq onun 20 yaşı var, lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də o, vətəndaşsızlıq halında olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsindədir. O, doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə də təmin oluna bilmir. Hazırda ünvan 4 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi qızı və onun vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi qızı doğum haqqında 103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün övladının doğumunun qeydiyyata alınması imkan xaricindədir. Maraqlı şəxs1 doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X4" X8 xx.xx.2023-cü il tarixli, 437 saylı rəyindən görünür ki, Ərizəçi qızının məhkəmə-tibb müayinəsinə və tibbi sənədlərə əsasən aşağıdakı rəyə gəlinir: Ərizəçi qızının sümük inkişaf yaşı 21-23 ilə uyğun gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X4" X8 xx.xx.2024-cü il tarixli, 838/2023 saylı rəyindən görünür ki, Mikayılova/Həmidova/ Səadət İsa qızının qrup göstəriciləri: A-beta/ll/, Rezus-D/ + /. Uşaq - Ərizəçi qızının qrup göstəriciləri: A-beta/ll/, Rezus- D/ + /. Beləliklə, tədqiq olunmuş göstərilən sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən Mikayılova/Həmidova/ Səadət İsa qızı ilə Ərizəçi qızı eyni qan qruplarına malik olduqları üçün Mikayılova/Həmidova/ Səadət İsa qızının onun anası olmasını ehtimal etmək olar. Lakin daha dəqiq fikir söyləmək üçün güman olunan ata Maraqlı şəxs2 ekspertizada iştirakı və yaxud onun qan qrupu barəsində məlumat olan hər hansı bir rəsmi sənədin təqdim olunması məqsədəuyğun olardı /bioloji səviyyədə/. Ata tərəfi ekspertizada iştirak etmədiyi üçün ekspertizanın bioloji səviyyədə keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Bakı şəhəri Regional Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 15/231 saylı arayışından görünür ki, BMT QAK-ın himayəsində olan X10 Miqrasiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ünvan 5 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli 17 saylı məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan xəstə X5 xx.xx.2018-ci il tarixdən “Respublika Psixiatriya Xəstəxanası”na stasionar müalicəyə qəbul olunmuş, halhazırda müalicəsi davam edir. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1976-cı ildə doğulmuş və Şəki rayonu, Baş Layısqı kəndində qeydiyyatdadır. İş materiallarında olan nikahın bağlanması haqqında akt qeydindən görünür ki, Maraqlı şəxs2 ilə X5 xx.xx.2000-ci il tarixdə 744 saylı rəsmi nikah qeüydiyyatından keçmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 28.4-cü mddəsinə əsasən, nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. Göründüyü kimi, Ərizəçi Maraqlı şəxs2 ilə X3 rəsmi nikahlarından doğulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, Ərizəçi qızının 25 noyabr 2002-ci il tarixdə Bakı şəhərində doğum faktı müəyyən edilməli, Ərizəçi qızına doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə Ərizəçi qızının soyadı Həmidova, adı Nazlı, ata adı Elçin, doğum tarixi 25 noyabr 2002-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında atasının adı Maraqlı şəxs2, ana qrafasında anasının adı X2 qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızının 25 noyabr 2002-ci il tarixdə Bakı şəhərində doğum faktı müəyyən edilsin, Ərizəçi qızına doğum haqqında şəhadətnamə verilsin, doğum haqqında şəhadətnamədə Ərizəçi qızının soyadı Həmidova, adı Nazlı, ata adı Elçin, doğum tarixi xx.xx.2002-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında atasının adı Maraqlı şəxs2, ana qrafasında anasının adı X2 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar