Məhkəmə qərarları › İş №2(012)-636/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-636/2021

15.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-636/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil Qələndər qızının, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-yə qarşı «yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun sahibliyində olan “xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil Qələndər qızı məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27.02.2019-cu il tarixli, M-4214 saylı "Torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqı" müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən "AAAF-Park" yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı torpaq sahəsinin və fərdi yaşayış evini əldə etmişdir. Müqavilənin 3.2-ci bəndində göstərilən məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Müqavilənin 5.1-ci maddəsində də qeyd olunur ki, "Cəmiyyət zəmanət verir ki, bu müqavilənin predmeti olan mənzilə dair qanunvericiliklə tanınan bütün hüquqlar Cəmiyyətə məxsusdur, üzərinə həbs qoyulmayıb, girov əşyası deyil, üçüncü şəxs tərəfindən heç bir iddia (tələb) yoxdur. Evi əldə etdikdən bir müddət sonra İddiaçı evinə köçmək istəyərkən evində Cavabdeh yaşadığı məlum olmuşdur. Odur ki, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmiş,lakin məhkəməyə etiraz ərizəsini göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etirtaz ərizəsində göstərmişdir ki, ümumiyyətlə İddiaçı tanımır, iddia tələbində göstərilən yəni Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evinin ona heç bir aidiyyəti yoxdur, o, İddiaçı ilə heç bir müqavilə bağlamamışdır, bundan başqa “AAAF-Park” yaşayış massivindən adıçəkilən əmlak almamışdır. Bir sözlə hazırda qaldırılan iddianın ona heç bir aidiyyəti yoxdur. İddiaçı heç bir maddi və prosessual əsas olmadan məqsədli və qərəzli şəkildə ona qarşı belə bir çirkin addım atmışdır. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin Mühafizə İdarəsində mühüm vəzifədə çalışır. İddiaçı onu şantaj etməklə hər hansı maddi nemətlər və əmlak əldə etmək niyyətindədir. Əgər iddiaçı onun adını bilərəkdən qərəzli şəkildə hallandıraraq qohumlarıma təzyiq və təsir göstərərək öz şəxsi istəklərinə çatmaq istəyirsə bunun cavabını qanuna müvafiq şəkildə alacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxs cavabdeh hesab olunur. Hazırda bu iddia tələbinə cavab verməli olan şəxs o olmadığına görə cavabdeh qismində ona qarşı iddia qaldırılması qanunsuz və əsassızdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcüdluğundan və ya təkzib edilmiş oxşar fakt ehtimallarında irəli gələ bilər. Odur ki, iddia tələbi əsassız və qanunsuz olması ilə yanaşı, qaldırılmış iddia tələbinin ona heç bir aidiyyəti olmadığına görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X6 məhkəmədə izahatında bildirdi ki, sözügedən xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evini İddiaçı satılmışdır. Cavabdeh isə həmin evi zəbt etmişdir. Evin ayrıca həyəti vardır. Fərdi yaşayış evlərində təhvil-təslim yoxdur. İddiaçı “xxxx” MMC-yə zəng edərək həmin evdə işığı kəsməklərini istəmiş və tərəflərindən işıq kəsilmişdir. İşıq kəsiləndə isə cavabdeh ödəniş etmişdir. Cavabdeh ancaq evin kommunal ödənişlərini edir. Evdə kimin yaşadığı barədə isə məlumatları yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, sözügedən xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evinin qapısına it qoyulduğundan içəri daxil olmaq mümkün deyildir. Tərəflərindən akt tərtib edilmiş və məlum olmuşdur ki, Anar adlı şəxs 4 ailə üzvü ilə birlikdə həmin evdə yaşayır və kommunal borcları da vardır. Lakin sözügedən ev cavabdehə yox, İddiaçı satılmışdır. İş materiallarında olan 27.02.2019-cu il tarixli, M-4214 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC ilə alıcı İddiaçı arasında alğı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən «xxxx» MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina fərdi yaşayış, 2 mərtəbəli, ümumi sahəsi (sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 213 kvadratmetrdən ibarət, 4 otaqlı, 7 №-li torpaq sahəsi və fərdi yaşayış evini alıcı İddiaçı təhvil verməyi, alıcı İddiaçı isə bunun qarşılığında “xxxx” MMC-yə razılaşdırılmş pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər dinlənilərkən və iş materialları araşdırılarkən müəyyən edildi ki, “xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF- Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evi 27.02.2019-cu il tarixli, M-4214 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. Sözügedən mənzil hal-hazırda İddiaçı satıldığından, cavabdehin mübahisəli mənzildə yaşaması üçün məhkəmədə hər hansı bir hüquqi əsas müəyyən edilmədiyindən Cavabdeh həmin evdən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də iddiaçının iddiası təmin edilməli və Cavabdeh İddiaçı məxsus “xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq volu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1-ci Protokol 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı sahibliyində olan “xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi (torpaq sahəsi ilə birlikdə) boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar