Məhkəmə qərarları › İş №2(012)-65/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-65/2021

29.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-65/2021 29.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin, hasarın sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin, hasarın sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən və ona məxsus olan 0.1063 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş hasarın və tikilinin cavabdehin öz hesabına sökülməsinə və qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.1063 ha torpaq sahəsi 06.10.1999-cu il tarixli 5359 nömrəli dövlət aktına əsasən pay torpağı kimi mərhum əri X2 verilmişdir. X5 vəfat etdikdən sonra 14.11.2014-cü tarixli 2V-1-219 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1063 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə keçmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarə tərəfindən 18 noyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Vaxtı olduqca gedib torpaq sahəsinə nəzarət etmişdir. 2014-cü ilin dekabr ayında ona məxsus olan torpaq sahəsinə baxmağa getdiyi zaman həmin torpaq sahəsinin hasarlandığını və torpaq sahəsində tikili tikildiyini görmüş, araşdırma zamanı ona məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini və hasarlandığını müəyyən etmişdir. Bundan sonra cavabdehlə əlaqə saxlayıb qanunsuz olaraq ona məxsus olan torpaq sahəsini hasarladığını və orada tikili tikdiyini, hasarın və tikilinin sökməsini və torpaq sahəsindən çıxmasını xahiş etsə də, cavabdeh həmin torpaq sahəsinin ona satıldığını bildirmişdir. Bu səbəbdən də məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli 10/3349 saylı rəyi ilə razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, 27.03.2014-cü il tarixdə Novxanı kənd sakini X7 Novxanı kəndində ona məxsus olan 0.1063 ha torpaq sahəsini Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun təsdiqi ilə Torpağın algı-satqısı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsinə aid Dövlət reyestrdən çıxarışı da 2004-cü ildə almışdır. İddiaçı ərizəsində həmin torpaq sahəsinin onun tərəfindən zəbt edildiyini iddia etmişdir, halbuki onun əlində torpaq sahəsinə aid bütün rəsmi sənədlər var və o, heç kimin torpağını zəbt etməmişdir. 2004-cü ildə torpağın alqı-satqısından sonra o, torpaq sahəsini hasarlamış, su, işıq, su quyusu, sanitar qovşağı və 1 otaq tikmiş, meyvə ağacları əkmişdir. Bu səbəbdən də məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli 10/3349 saylı rəyi ilə razılaşır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -06.10.1999-cu il tarixli JN 982 nömrəli Kod ********* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 28 nömrəli qərarı ilə Abşeron rayonu Novxanı kəndində yerləşən cizgidə göstərilmiş sərhəd daxilində 0.58 ha torpaq sahəsi X1, İddiaçı, X6, X8, X3 mülkiyyətinə verilmiş və bu barədə 5359 nömrəsi ilə qeydiyyata alınmışdır. -Satıcı Abşeron rayonu Novxanı kəndi sakini X12 ilə alıcı Cavabdeh arasında bağlanmış 27.03.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Qobustana aid Novxanı kəndində yerləşən ümumi sahəsi 0.11 ha torpaq sahəsinin 0.1063 ha hissəsini alıcıya 5 000 000 AZM-ə satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26.02.2007-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.106303 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 24 saylı reyestr kitabının 7 saylı vərəqində ********* qeydiyyat nömrəsi ilə və **********52 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.1063 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.026575 ha hissəsi X6 adına, 0.026575 ha hissəsi X8 adına, 0.026575 ha hissəsi X3 adına, 0.026575 ha hissəsi isə İddiaçı adına 18.11.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə və **********42 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş 18.11.2014-cü il tarixli AA № 029757 saylı torpaq sahəsinin plan və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.1063 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair həmin sənədin tərtib olunmasına əsas 078 nömrəli 14.11.2014-cü il tarixli 2V-1-219 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlandığı 21.05.2018-ci il tarixli **********98 saylı məktubdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1063 ha torpaq sahəsinin əlindən alınması faktının araşdırılmasına və tərtib edilmiş sənəddə müvafiq düzəlişin edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Sözügedən torpaq sahəsi onun mülkiyyətindədir və torpağa mülkiyyət hüququna dair RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********42 olan 18.11.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü verilmişdir. Müraciətin araşdırılması ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinin mütəxəssisləri tərəfindən həmin 0,1063 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları onun iştirakı ilə mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlandığı 19.06.2019-cu il tarixli **********58 saylı məktubdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1063 ha torpaq sahəsinin əlindən alınması faktının araşdırılmasına və tərtib edilmiş sənəddə müvafiq düzəlişin edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Sözügedən torpaq sahəsi onun mülkiyyətindədir və torpağa mülkiyyət hüququna dair RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********42 olan 18.11.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü verilmişdir. Müraciətin araşdırılması ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinin mütəxəssisləri tərəfindən həmin 0,1063 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları onun iştirakı ilə mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2020-ci il tarixli 10/2446 saylı rəyindən müəyyən olunur ki, Qərardadın birinci-ikinciüçüncü-dördüncü sualları üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: İddiaçı adına 18.11.2014-cü il tarixdə **********42 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1063 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə, düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. - Cavabdeh adına 26.02.2007-ci il tarixdə **********52 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1063 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə, düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. -Elektron kadastr məlumat bazasında iddiaçı və cavabdehə verilən çıxarışlara əsasən torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Lakin yuxarıda göstərilən uyğunsuzluqları nəzərə alaraq İddiaçı və Cavabdeh məxsus torpaq sahələri biri-birilərinin ərazisinə keçməklə ölçülərinin yerində (naturada) üst-üstə, düşüb-düşməməsinin və Cavabdeh tərəfindən inşa edilmiş tikililərin (daş hasar və yaşayış evi) İddiaçı mülkiyyətində olan 0,1063 ha torpaq sahəsində olubolmamasının araşdırılması mümkün olmamışdır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 16.06.2021-ci il tarixli **********99 saylı rəyindən görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-65/2020 nömrəli 18.02.2021-ci il tarixli qərardadına əsasən mütəxəssisin cəlb edilməsi haqqında qərarın icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 09.04.2021-ci il tarixdə daxil olmuş müraciətə baxılmışdır. Müayinə baxışı keçirilən zaman məlum olmuşdur ki: 1-ci suala cavab: Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən İddiaçı məxsus **********42 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatlarla üst-üstə düşmür. 2-ci suala cavab: Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən Cavabdeh məxsus **********52 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatlarla üst-üstə düşmür. 3-cü və 4-cü suallara cavab: Ərazidə ümumi DWG sürüşməsi olduğundan İddiaçı və Cavabdeh məxsus torpaq sahələri bir-birilərinin ərazisinə keçib-keçməməsini müəyyən etmək mümkün olmamışdır. Elektron kadastr bazasının yaradılması zamanı buraxılmış texniki səhvlərin və digər çatışmazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən aparılan torpaqların elektron uçotu işləri yekunlaşdırıldıqdan sonra əksər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin müraciətlərinə, o cümlədən vətəndaş İddiaçı müraciətinə yenidən baxılacaqdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli 10/3349 saylı rəyindən müəyyən olunur ki, Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 16.06.2021-ci il tarixli, **********99 nömrəli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən İddiaçı məxsus **********42 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar ilə həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadədə olan) koordinatlarının üst-üstə düşmədiyi müəyyən olunur. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 16.06.2021-ci il tarixli, **********99 nömrəli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən Cavabdeh məxsus **********52 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadədə olan) koordinatlarla üst-üstə düşmür. Qərardadın üçüncü və dördüncü sualları üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 16.06.2021-ci il tarixli, **********99 nömrəli mütəxəssis rəyinə əsasən, ərazidə ümumi DWG sürüşməsi olduğundan İddiaçı və Cavabdeh məxsus torpaq sahələrinin bir-birilərinin ərazisindən keçib-keçməməsini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Bakı-Binəqədi RPİ tərəfindən verilmiş 26.12.2008-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 25.05.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Z.Qəmbərov döngəsi 6 saylı evin 16 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 05.04.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 25.05.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu Novxanı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0.1063 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.026575 ha hissəsi X6 adına, 0.026575 ha hissəsi X8 adına, 0.026575 ha hissəsi X3 adına, 0.026575 ha hissəsi isə İddiaçı adına 18.11.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə və **********42 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ 14.11.2014-cü il tarixli 2V-1-219 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yaranmışdır. Hazırda, iddiaçı cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsinin zəbt edildiyini iddia edərək cavabdeh tərəfindən inşa edilmiş tikili və hasarın sökülməsi və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 102.1. maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli 2(012)-146/2020 saylı qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin qərardad əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2020-ci il tarixli 10/2446 saylı rəyinə əsasən elektron kadastr məlumat bazasında iddiaçı və cavabdehə verilən çıxarışlara əsasən torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarının üstüstə düşmədiyi müəyyən edilsə də, tərəflərə məxsus torpaq sahələrinin biri-birilərinin ərazisinə keçməklə ölçülərinin yerində (naturada) üst-üstə düşüb-düşməməsinin və cavabdeh tərəfindən inşa edilmiş tikililərin (daş hasar və yaşayış evi) iddiaçının mülkiyyətində olan 0,1063 ha torpaq sahəsində olub-olmamasının araşdırılması mümkün olmadığından mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021ci il tarixli 10/3349 saylı rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 16.06.2021-ci il tarixli, **********99 nömrəli mütəxəssis rəyi əsasında Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən İddiaçı məxsus **********42 reyestr nömrəli torpaq sahəsinin və Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən Cavabdeh məxsus **********52 reyestr nömrəli torpaq sahələrinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahələrinin naturada mövcud olan (yəni faktiki istifadədə olan) koordinatlarla üst-üstə düşmədiyi müəyyən olunsa da, ərazidə ümumi DWG sürüşməsi olduğundan tərəflərə məxsus torpaq sahələrinin bir-birilərinin ərazisindən keçibkeçməməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə ikinci rəyi əsas götürüb mülki iş materiallarında olan digər sənədlərlə yanaşı qiymətləndirib belə nəticəyə gəlir ki, rəy əsaslıdır və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən əsas sübut növü kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X4 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları, ekspert rəyini qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0.1063 ha torpaq sahəsinin, Cavabdeh mülkiyyətində olan 0.106303 ha torpaq sahəsinin də öz növbəsində naturada üst-üstə düşmədiyi, bu səbəbdən də həmin torpaq sahələrinin bir-birilərinin ərazisindən keçib-keçməməsini müəyyən edilməsi mümkün olmadığından, həmçinin, iddiaçı iddia tələbində istinad etdiyi halları sübut edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə ekspert rəyini əsas götürüb iddia tələblərinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 manat (50+50=100 manat) iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin, hasarın sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar