Məhkəmə qərarları › İş №2(012)-65/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-65/2022

23.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-65/2022 23.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh X9, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər X17, X7, X10 qarşı «torpaq sahəsinin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin cavabdeh X9 qanunsuz istifadəsində olan 17 kv.metr hissəsinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq, ünvan 1 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsinin cavabdeh X7 və qeyrilərinin qanunsuz istifadəsindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq, ünvan 1 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsinin cavabdehlər X9, X2, X8 və X3 qanunsuz istifadəsindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq, ünvan 1 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsinin cavabdehlər X9, X2, X8 qanunsuz istifadəsindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı 2010cu ildə Ağayev Zakir adlı şəxsdən alqı-satqı yolu ilə 0,0271 ha torpaq sahəsi alıb həmin torpaq sahəsinin 0,015 ha sahəsi üzərində 240 kv.metr ölçüdə 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi tikib ailə üzvlərində birlikdə yaşamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seiyalı, ******* №-li çıxarışa əsasən, 0,0271 ha torpaq sahəsi üzərində tikilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, 08.02.2017-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh Laçın rayonundan məcburi köçkün X17 iddiaçı ilə qonşuluqda yaşayır və X17, Məmmədov Elnurun qaynanası X7 və Məmmədov Elnurun həyat yoldaşı X13 iddiaçıya məxsus torpaq sahəsini 2014-cü ildən etibarən qanunsuz olaraq zəbt etmişlər. Cavabdehlər iddiaçının darvazasının yaxınlığına darvaza qoymuşlar. Cavabdehlər tərəfindən iddiaçının qanuni hüquqları pozulmuşdur. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 2-ci bəndinə görə X12 və Dövlət Torpaq Reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquq və vəzifələri barədə qeydlər əsas təsdiqedici və müəyyənedici sənəddir. Həmin Məcəllənin 68-ci maddəsinin tələblərinə görə torpaq sahəsi üzərində hüquqlar yalnız torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilələrin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmçinin o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/4779 saylı ekspert rəyini də nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X17 məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yeləşən torpaq sahəsini Namiq adlı şəxsdən almışdır. O, öz torpaq sahəsində darvaza çəkmişdir. Əgər iddiaçının narazılığı olduğunu bilsəydi, darvazanı çəkməzdi. Lakin iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı məxsus olan torpağı iddiaçı Namiq adlı şəxsdən almışdır. O, özünün torpaq sahəsini isə Cavanşirdən almışdır, lakin torpaq onun qohumu X4 adınadır. Torpağa 9 ildir ki, hasar çəkmiş, hətta 2 il əvvəl də orada ağac əkmişdir. O, X9 torpaq sahəsində qalmasına razıdır. X13 isə onun qızıdır. O, iddiaçının torpağını zəbt etməmişdir. Həmçinin ekspert əraziyə baxış keçirmiş və onun torpaq sahəsinə heç bir müdaxilə etmədiyi barədə sənəd verilmişdir. İddiaçı onunla ədavət aparır. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh X13 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, 0,0271 ha torpaq sahəsi üzərində tikilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, 08.02.2017-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaq üçün tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/4779 saylı ekspert rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 0,0269 ha torpaq sahəsinin 0,0235 ha hissəsi 03.10.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və № AA 035854 saylı, 25.01.2012-ci il tarixli, **********51 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 0.0271 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı məxsus 03.10.2019-cu il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və № AA 035854 saylı, 25.01.2012-ci il tarixli, **********51 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsi cavabdehlərin faktiki istifadəsindədir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışa əsasən, 0,0271 ha torpaq sahəsi üzərində tikilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, 08.02.2017-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq cavabdehlər X17, X7 və X13 tərəfindən İddiaçı mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/4779 saylı ekspert rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 0,0269 ha torpaq sahəsinin 0,0235 ha hissəsi 03.10.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və № AA 035854 saylı, 25.01.2012-ci il tarixli, **********51 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 0.0271 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı məxsus 03.10.2019-cu il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və № AA 035854 saylı, 25.01.2012-ci il tarixli, **********51 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsi cavabdehlərin faktiki istifadəsindədir. Belə olan təqdirdə məhkəmə belə qərara gəlir ki, iddia təmin olunmalı, ünvan 3 ünvanında yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsi cavabdehlər X17, X7 və X8 qanunsuz istifadəsindən alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X6, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsi cavabdehlər X17, X7 və X8 qanunsuz istifadəsindən alınaraq İddiaçı qaytarılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X6, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar