Məhkəmə qərarları › İş №2(012)-6565/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6565/2021

29.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6565/2021 29.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh Əlyoldaş oğluna qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və torpaq sahəsinin cavabdeh tərəfindən sökülərək əvvəlki vəziyyətinə qaytarılması” tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Əlyoldaş oğluna qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və torpaq sahəsinin cavabdeh tərəfindən sökülərək əvvəlki vəziyyətinə qaytarılması” tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlyoldaş oğlunun Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Güzdək kənd İcra Nümayəndəliyinin 18 dekabr 1992-ci il, 14 saylı çıxarışına əsasən ona verilmiş 500 kv.m torpaq sahəsindən çıxarılmasına və qeyd edilən torpaq sahəsinin onun istifadəsinə qaytarılmasına və cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş tikilini öz vəsaiti hesabına sökülməklə əvvəlki vəziyyətə gətirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə görə ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Lakin iddiaçı iş materiallarına cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədi iş materiallarına əlavə etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları lazımi qaydada iş materiallarına əlavə etməmiş,həmçinin iddia ərizəsinin xahiş edirəm hissəsində pozuntu apararaq əlyazma ilə düzəliş etmişdir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunan bütün bunları iddiaçı tərəfindən iddia ərizəsinin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-nin 149.2.2ci, 149.2.3-cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh Əlyoldaş oğluna qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və torpaq sahəsinin cavabdeh tərəfindən sökülərək əvvəlki vəziyyətinə qaytarılması” tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Əlyoldaş oğluna qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və torpaq sahəsinin cavabdeh tərəfindən sökülərək əvvəlki vəziyyətinə qaytarılması” tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar