Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-66/2022 18.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, dalan 1-də yerləşən 2 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X9 tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışına əsasən bağışlanma müqaviləsi əsasında ailə üzvlərinin razılığı ilə ona ünvan 2 saylı mülk bağışlanmışdır. Hal-hazırda Cavabdeh ona bağışlanan mülkdə qeydiyyatdadır. Daşınmaz Əmlakın qeydiyyat nömrəsi ********** saylıdır. Mülkdən cavabdehin payına 10 sota yaxın, onun payına isə 5.5 sot torpaq, 22.5 kv.metr 100 il bundan öncə tikilmiş ev düşmüşdür. Cavabdeh isə 110 kv. metr sahəsi olan evində 15 ildir ki, yaşayır. Lakin, cavabdeh atasının adından iddiaçıya qarşı qanuni yolla bağışlanan mülkü qeyri-qanuni yolla əldə etməsini əsas gətirərək məhkəmələrə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi araşdırma aparmış və bağışlanma ilə bağlı qanuna zidd hər hansı bir hərəkətin olmadığı sübuta yetirilmişdir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatı formaldır və o, həmin mənzildə yaşamır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddianı əsassız hesab edərək ona etiraz edir. Belə ki, qardaşı İddiaçı həmin evi atasını aldadaraq bağışlama yolu əldə etmişdir. Həmin bağışlama müqaviləsi notariat orqanında təsdiqlənən zaman həmin evdə qeydiyyatda olmağına və həmin evdən istifadə hüququnun olmasına baxmayaraq onun razılığı alınmamışdır. Ona görə də, həmin bağışlama müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Bundan başqa, həmin evdə anadan olmuş və həmin evdə də qeydiyyatdadır. Həmin həyətdə yaşayır və həmin evdən istifadə hüququ var. İddiaçının iddiası əsassız və qanunsuzdur. Odur ki, ona qarşı olan iddianın rədd edilməsini xahiş edir. Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə verilən etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh qardaş olmaqla, ataları Qubad İbadovun mülkiyyətində olan mübahisəli evdə yaşamışlar və orada qeydiyyatdadırlar.Sonradan ataları həmin evi iddiaçıya bağışlaımışdır,hazırda həmin evin mülkiyyətçisi iddiaçıdır. Cavabdeh isə 15 ildən artıq bi müddətdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda özünə məxsus tikilidə ailəsi ilə birlikdə yaşayır.Cavabdehin mübahisəli evdə hər hansı əmlakı yoxdur, həmin evlə bağlı hər hansı əlaqəsi yoxdur.Əvvəlki mülkiyyətçinin ailə üzvülüyündən çıxmışdır, hazırkı mülkiyyətçinini isə MM-nin 30-cu maddəsində nəzərdə tutulan ailə üzvü kateqoriyasına daxil olan şəxslər sırasında deyildir. Mülki Prosessual Məcəlləsinin; 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsi) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; -Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 2 və Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, döngə 1, ev 2 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********46- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. --Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 (Yeni qaydalarla: ünvan 4 ünvanı İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********60-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 İbad Qubad oğluna ƏMDK yanında DƏDRX-nın Abşeron ərazi idarəsində nümayəndəsi olmağı, sənədləri təqdim edib ona çatası reyestrdən çıxarışı, 1 saylı arayış və lazım olan bütün sənədləri almağı, aldığına dair imza etməyi, ərizə yazmağı, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi 3 (üç) il müddətinə 11 aprel 2016-cı ilədək etibar etmişdir. -xx.xx.2013-cü il tarixli X7 surətindən görünür ki, X9 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il (vaxtı uzadılıb xx.xx.2013-cü ilədək) tarixə verilmiş 4258 №-li arayışa və Abşeron TİB-dən 042 №-li Qeydiyyat Vəsiqəsi əsasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 97.4 kv.m olan 2 (iki) otaqdan ibarət 2 nömrəli fərdi yaşayış evini İddiaçı mülkiyyətinə vermişdir. -Xırdalan şəhəri İƏD üzrə Nümayəndəliyin əməkdaşı X5, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsində yaşayan qonşular X1 və X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, döngə 1, ev 2 ünvanında 2 (iki) tikili var: Onlardan birində 22.5 kv.metr otaqlı mənzildə mülkün sahibi İddiaçı yaşayır. İkinci tikilidə isə qardaşı Cavabdeh yaşayır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-634/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və Adıgözəlov Qubad oğlu və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı “X7 etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3292/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-634/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-22/2020 saylı qərarının surətindən görünür ki, iddiaçı Adıgözəlov Qubad oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 21 avqust 2019-cu il tarixli, 2(105)-2689/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 2 (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi, 42 ünvanı iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da artıq həmin evdə 15 ildən coxdur ki, yaşamır. Cavabdehin iddiaçıya məxsus evdə qeydiyyatda olması iddiaçının mülkiyyətçi olaraq bir sıra hüquqlarını məhdudlaşdırır. O səbəbdən cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə qanunun tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh ünvan 2 (Yeni qaydalarla: ünvan 4 ünvanına olan istifadə hüququ itirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 (Yeni qaydalarla: ünvan 4 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh həmin evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-66/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-66/2022
18.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver