Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6673/2024 03.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «ev sahəsinə düşən su çəninin götürülməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «ev sahəsinə düşən su çəninin götürülməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş faktları təsdiq edən sübutların siyahısını elə sənədlər təşkil etməlidir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin hazırki işdən görünür ki, İddiaçı iddia tələbində ünvan 1 ünvanında yerləşən evinin sahəsinə düşən su çəninin götürülməsi və ona dəymiş 500 manat məbləğində ziyanın Cavabdeh tutularaq ona ödənilməsini xahiş etsə də iddia tələbinin əsasını təşkil edən faktlara və hallara istinad etməmiş, sahəsindən su çəninin götürülməsini istədiyi yaşayış evinin fərdi əlamətlərini və digər xüsusiyyətlərini göstərməmiş, həmçinin iddia ərizəsinə sözügedən evin ona məxsus olması və Cavabdeh tərəfindən fərdi yaşayış evinə zərər dəyməsi ilə bağlı hər hansı sənəd əlavə etməməklə MPM-in 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsi ilə cavabdehə təqdim olunması üçün əlavə edilmiş iddia ərizəsinin surətinin tələb hissəsi arasında uyğunsuzluq vardır. Belə ki, iddiaçı iddia tələbində ünvan 1 ünvanında yerləşən evinin sahəsinə düşən su çəninin götürülməsi və ona dəymiş 500 manat məbləğində ziyanın Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmiş, lakin iddia ərizəsinin surətində qonşusu Cavabdeh onun evinin sahəsinə düşən su çəninin ləğv edilməsi və ona vurulmuş ziyanın ödənilməsi istiqamətində qərar qəbul edilməsini xahiş etməklə, iddia tələbini konkret və aydın şəkildə ifadə etməmişdir. Yuxarıda qeyd olunanları məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə və iddia ərizəsinə əlavə edilən sənədləri tənzimləyən Azərbaycan Respublikası MPM-in 150-ci maddəsinin tələblərinə əməl etməməsi kimi qiymətləndirir və Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 29152 nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu "xxxx" ASC Abşeron filialı vasitəsilə xx.xx.2024-cü ildə saat 16:40-da Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «ev sahəsinə düşən su çəninin götürülməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı Cavabdeh qarşı «ev sahəsinə düşən su çəninin götürülməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi 2(012)-6673/2024 saylı mülki iş üzrə "xxxx" ASC Abşeron filialı vasitəsilə xx.xx.2024-cü il tarixli, 29152 nömrəli qəbzdən ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6673/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6673/2024
03.12.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver