Məhkəmə qərarları › İş №2(012)-675/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-675/2022

11.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-675/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzil 22.08.2013-cü il tarixdən onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Hacıyeva X1 rayonundan məcburi köçkün olmaqla, ona məxsus ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzildə məskunlaşmışlar. Dəfələrlə cavabdehlərə ona məxsus mənzili boşaltmağı tələb etsə də, cavabdehlər bundan imtina etmişlər. Ona görə cavabdehlərin mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa nəzərə almaq lazımdır ki, Zəngilan rayonu 18 oktyabr 2020-ci ildə işğaldan azad olunmuşdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o, Zəngilan rayonundan məcburi köçkündür. Ailəsi ilə birlikdə 1993-cü ildə İddiaçı məxsus ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzil ünvanında məskunlaşmışlar. Onlar gələn zaman ev boş olmuşdur. Zəngilan rayonu 2020-ci ildə işğaldan azad edildikdən sonra Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi tərəfindən onların evlə təmin olunacağı bildirilmişdir. Lakin hal-hazırda onun getməyə başqa yeri yoxdur. Bu səbəbdən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahatında bildirdi ki, onlar Zəngilan rayonundan məcburi köçkün olmaqla, 1993-cü ildən etibarən iddiaçıya məxsus ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzildə məskunlaşmışlar. İddiaçı yaşadıqları evə basqın etmişdir və bununla bağlı onun şikayət ərizəsi də vardır. Onlar gələndə həmin mənzil boş olmuşdur. Onun bütün əşyaları mənzildədir. Odur ki, Zəngilan rayonundan onlara ev veriləcəyi təqdirdə iddiaçıya məxsus mənzildən çıxacaqlar. Hazırda isə yaşamağa başqa yerləri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzil tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 22.08.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı MTİTTS tərəfindən verilmiş 12.11.2021-ci il tarixli, 210 №-li arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 həqiqətən ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzildə yaşayırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, iddiaçının iddia tələbənin qanuni əsasları vardır. Belə ki, məhkəmədə araşdırılmış sübutlarla təsdiq olunur ki, ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir və onun öz mülkiyyətində olan həmin mənzilə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Məhkəmə cavabdehlərin iddaçı İddiaçı xüsusi mülkiyyətində olan mənzili özbaşına tutmasını iddiaçının mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirir. Qanunda isə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşması o şərtlə ola bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, belə olan halda İddiaçı öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27.09.2007-ci il tarixli qərarında hətta orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Hazırki iş üzrə isə iddiaçının ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzilinə mülkiyyət hüququ dövlət tərəfindən qeydə alınmışdır. Cavabdehlərin İddiaçı xüsusi mülkiyyətində olan mənzilində hüquqi əsas olmadan məskunlaşmaları sonuncunun öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur və buna görə də cavabdehlər ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzilindən çıxarılmalıdrlar. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216- 220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 1əhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar