Məhkəmə qərarları › İş №2(012)-68/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-68/2022

25.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-68/2022 25.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh1, Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3, Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin, çıxarışın və torpaq sahəsinin planölçüsünün qismən ləğv edilməsi, daş hasar və tikilinin sökülməsi, sahənin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Cavabdeh2 məxsus 0,1 ha torpaq sahəsi üçün 06.06.2017-ci il tarixli **********42 saylı reyestrdən çıxarışı və müvafiq olaraq torpaq sahəsinin plan və ölçüsü qismən, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 17.02.2017-ci il tarixli, **********278 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0,171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0425 ha hissədə ləğv edilməsi, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə ona məxsus 17.02.2017-ci il tarixli, **********278 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,171011 ha torpaq sahəsinin mərz nişanları qoyulmaqla naturada yerinin müəyyən olunaraq göstərilməsi və plan və ölçüsünün çəkilib verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi, Cavabdeh2 məxsus 0,1 ha torpaq sahəsi üçün 06.06.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışı və müvafiq olaraq torpaq sahəsinin plan və ölçüsü qismən, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 17.02.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0,171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0425 ha hissədə ləğv edilməsi, həmin 0,0425 ha hissədə Cavabdeh2 tikdiyi hasar və tikilinin cavabdehin hesabına sökülməsi, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə ona məxsus 17.02.2017-ci il tarixli, **********278 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,171011 ha torpaq sahəsinin mərz nişanları qoyulmaqla naturada yerinin müəyyən olunaraq göstərilməsi və plan və ölçüsünün çəkilib verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi, Cavabdeh2 məxsus 0,1 ha torpaq sahəsi üçün 06.06.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 saylı reyestrdən çıxarışı və müvafiq olaraq onun torpaq sahəsinin plan və ölçüsü-qismən, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 17.02.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0,171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0425 ha hissədə ləğv edilməsi, həmin 0,0425 ha hissədə cavabdeh X6 tikdiyi daş hasar və tikili cavabdehin hesabına sökülməsi, bu sahə boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, 27 yanvar 2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.171011 ha torpaq sahəsi satıcılar X13 (və digər paylı mülkiyyətçilər) tərəfindən ona satılaraq mülkiyyətinə verilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Abşeron rayonu, 2 saylı notraiat kontoru tərəfindən təsdiq edilmişdir. Adı çəkilən alqı-satqı müqaviləsinə uyğun olaraq 17.02.2017-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.171011 ha torpaq sahəsi üçün **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış versədə, torpaq sahəsinin plan və ölçüsünü vermədiyindən tərəfindən 28.09.2017-ci il tarixində müraciət olunmuş, idarə özünün 03.10.2017-ci il tarixində **********47 saylı məktubu ilə bildirmişdir ki, sənəd üzrə torapq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst- üstə düşdüyündən plan və ölçünün verilə bilmədiyini bildirmişdir. Son olaraq isə 04.10.2019-cu il tarixində müvafiq ərizə ilə müraciət edilərək, torpaq sahəsinin koordinatları soruşularaq plan və ölüçüsü istənilmiş, bu İdarə özünün **********65 saylı 23.10.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən mülkiyyətində olan 17.02.2017-ci il tarixli **********78 reyestr nömrəıli, 0.171011 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsəinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasındakı fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsinin 0.0963 ha hissəsi başqa vətəndaş tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir, 0.0613 ha hissəsi isə başqa şəxs tərəfindən inşa edilmişf qeyri-yaşayış binasının tikintialtı sahəsində yerləşir.” Bundan sonra tərəfindən bu İdarəyə gedərək əvvəlki mülkiyyətçi X10 verilmiş 17.03.2016-cı il tarxli **********78 reyestr nömrəli çıxarışa əsasən onun bu torpaq sahəsinə olan plan və ölçüsü təqdim edilmiş və izah edilmişdir ki, bu sənədlər əsasında o, notariat kontorunda alqı-satqı müqaviləsi bağlayaraq bu torpaq sahəsini əldə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi özünün 04.10.2019-cu il tarixli və 23.10.2019-cu il tarixli məktublarında bu torpaq sahəsinin kimin torpaq sahəsi ilə üst-üstə düşdüyünü məhkəməyə ərizə verilənə qədər açıqlamamış və eyni zamanda məsələnin hər hansı formada həllini də təklif etməmişdir. Ona görə də iddiçı Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.171011 ha torpaq sahəsinin mərz nişanları qoyulmaqla naturada yerinin müəyyən olunaraq göstərilməsi və plan və ölçüsünün çəkilib verilməsi vəzifəsinin qoyulmasını” xahiş edilmişdir. Məhkəmə icraatı dövründə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi özünün 29.12.2019-cu il tarixli etiraz ərizəsində bildirmişdir ki, "ərizəçinin hazırkı tələbinin icrası, ilk növbədə başqa şəxslərin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir”. Bundan sonra yəni, torpaq sahələrinin üst-üstə düşməsi səbəbindən torpaq sahəsinin plan-ölçüsünün çəkilib verilməsinin qeyri-mümkünlüyü, mülkiyyət sənədlərinin tələb edilməsi, üstüstə düşən torpaq sahəsinin hissəvi ləğv edilməsinin zəruriliyi və s. səbəblərdən Sumqayıt İnzibati Məhkəməsinə ərizə verilərək iddia ərizəsinin geri qaytarılması xahiş edilmiş, məhkəmə özünün 2- 1(118)-372/2020 saylı 21.05.2020-ci il tarixli qərardadı ilə ərizə və əlavə edilmiş sənədləri geri qaytarmışdır. Bundan sonra müvafiq sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu verilmiş, bu İdarə üzünün 08.07.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, sorğuda qeyd olunan X11 məxsus **********42 reyestr nömrəli çıxarış Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat kontorunda təsdiq edilmiş 19.05.2017-ci il tarixli 4Ə-1910 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır”. Bundan sonra Sumqayıt “ASAN” xidmət mərkəzinin Notariat kontoruna sorğu verilərək adı çəkilən notariat işinin təsdiq edilmiş surəti xahiş edilmiş, bu notariat ofisi özünün 2481 saylı 14 iyul 2020-ci il tarixli məktubu ilə 20 (iyirmi) vərəqədən ibarət notariat işinin təsdiq edilmiş surətini təqdim etmişdir. Təqdim edilmiş notariat işindən görünür ki, 17 may 2017-ci il tarixində cavabdeh Əhmədov X14 rayonu, Saray qəsəbəsində yerləşən özünə məxsus 0,1 ha torpaq sahəsini Cavabdeh2 satmış, sonuncu da bu alqı-satqı müqaviləsinə uyğun olaraq 06.06.2017-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən **********42 saylı reyestrdən çıxarış və müvafiq olaraq torpaq sahəsinə plan və ölçü almışdır. O isə Abşeron rayonu, 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 27 yanvar 2017-ci il tarixli alqı satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.171011 ha torpaq sahəsini satıcılar X13 (və digər paylı mülkiyyətçilər) tərəfindən əldə etmişdir. O, Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin satıcı X10 verdiyi mülkiyyət hüqüquna dair çıxarışının və torpaq sahəsinin plan və ölçüsü sənədinin olması əsasında sözügedən torpaq sahsəsini əldə etmişdir. Adı çəkilən alqi-satqı müqaviləsinə uyğun olaraq 17.02.2017-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.171011 ha torpaq sahəsi üçün **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddia ərizəsində qeyd edildiyi kimi cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi Cavabdeh2 reyestrdən çıxarışı 06.06.2017-ci il tarixində, İddiaçı isə 17 fevral 2017-ci il tarixində, yəni iddiçıya veriləndən təxminən 5 ay sonra cavabdehə mülkiyyət hüququna dair çıxarış vermişdir. Əgər bu torpaq sahələri üst-üstə düşdüyü halda ondan sonra bu cavabdehə mülkiyyət hüququna dair çıxarış və torpaq sahəsinin plan və ölçüsünü üst-üstə düşdüyü hissədə verməli deyildi, lakin bu İdarə əksinə, ondan sonra torpaq alan vətəndaşa həm çıxarış, həm də torpaq sahəsinin plan və ölçüsünü çəkib vermiş, ona isə torpaq sahəsinin plan və ölçüsünü verməkdən imtina etmişdir. Ona görə də ərizədə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********78 reyestr nömrəli 17 fevral 2017-ci il tarixli mülkiyyət hüququna dair çıxarışa əsasən 0.171011 ha torpaq sahəsinin 0,0425 ha hissəsi 06.06.2017-ci il tarixli, **********42 reyestr nömrəli, X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən, üst-üstə düşən hissədə cavabdehlərin həm alqı-satqı müqaviləsi, həm reyestrdən çıxarış, həm də torpaq sahəsinin plan və ölçüsü qismən ləğv edilməsi tələbi qoyulmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi bildirmişdir ki, ona məxsus 0.171011 ha torpaq sahəsinin 0,0425 ha hissəsi Anar Qəhrəmanova məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Abşeron rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/4963 saylı rəyi ilə müəyyən edilmişdir ki, onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 17 fevral 2017-ci il tarixli mülkiyyət hüququna dair çıxarışa əsasən kənd təsərrüfatlı təyinatlı 0.171011 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin kordinatları cənub istiqamətdə 0,0425 ha hissəsi, 06.06.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış X7 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrüfatlı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Ona məxsus torpaq sahəsinin bir tərəfi şosse yolu, bir tərəfi başqa şəxsə məxsus daş hasarın fundamenti, bir tərəfi boş torpaq sahəsi, bir tərəfi isə cavabdeh X7 torpaq səhəsidir ki, cavabdeh oranı daş hasara alaraq hörmüş və orada tikinti materiallarının satışı ticarət obyektini tikmişdir. Bildirir ki, bir neçə il bundan əvvəl, hələ cavabdeh Anar Qəhrəmanov orada hasar çəkəndə və tikilini tikmək istəyəndə o, Reyestr Xidmətindən GPS aparataı vasitəsi ilə yerin mövqeyini təyin edərək bu torpaq sahələrinin üst-üstə düşməsini bildirmiş və hələ məsələ aydınlaşana qədər oraya hasar çəkməməsini və tikinti işi aparmamasmı xahiş etmiş, lakin cavabdeh Anar Qəhrəmanov onun xahişinə heç bir məhəl qoymamış və oraya həm hasar çəkmiş, həm də tikinti materiallarının satışı obyektini tikmişdir. Ona görə də bu torpaq sahələri ilə üst-üstə düşdüyündən, üst- üstə düşən hissədə cavabdehlərin həm alqı-satqı müqaviləsi, həm reyestrdən çıxarış, həm də torpaq sahəsinin plan və ölçüsü qismən ləğv edilməklə yanaşı, üst-üstə düşən 0,0425 ha hissədə Anar Qəhrəmanovun tikdiyi daş hasar və digər tikili də cavabdehin hesabına sökülüməli və bu torpaq sahəsi boşaldılaraq ona təhvil verilməlidr. Bu səbəbdən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmədə iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinə verilmiş çıxarışın Cavabdeh2 verilmiş çıxarışdan daha əvvəl verilməsi və 18 oktyabr 2021-ci il tarixli 10/4963 saylı ekspert rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin 0,0427 ha hissəsinin cavabdehə məxsus 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşməsi cavabdehə məxsus torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin plan və ölçüsünün qismən ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus 17.02.2017-ci il tarixli ********* nömrəli şıxarışda göstərilən 0,1717 ha torpaq sahəsinin plan və ölüçüsünün koordinatları ilə torpağın faktiki vəziyyəti arasında sürüşmə səbəbindən uyğunsuzluq vardır. Başqa sözlə, iddiaçıya məxsus torpaq sahəsinə verilmiş çıxarışda göstərilən koordinatlar ilə həmin torpaq sahəsinin real koordinatları qeyd edilən səbəbdən (sürüşmə) üst-üstə düşmədiyindən iddiaçıya məxsus çıxarışla cavabdehə məxsus çıxarışın müvafiq hissədə üst-üstə düşməsi çıxarışın və plan-ölçünün ləğvi üçün əsas təşkil edə bilməz. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Mübahisə predmeti olan torpaq sahəsini 2014-cü il tarixdə Əhmədova Aygün adlı şəxsdən almışdır. Torpaq pay torpağı olmuş və 1999-cu il tarixdə metrə ilə ölçülərək təyinat nöqtələri müəyyənləşdirilmişdir. Məlumat üçün bildirir ki, torpağa dair sənədi və plan ölçüsü vardır və torpağı tam qanuni əsaslarla 2017-ci il tarixdə X1. X2 torpağa dair plan ölçüsü olub-olmadığını bilmir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, mübahisə predmeti olan ilkin olaraq 2014-cü il tarixdə Saray Bələdiyyəsi tərəfindən Aygün adlı şəxsin adına özələşdirilmiş və sonradan Cavabdeh1 satılmışdır. Cavabdeh1 isə torpaq sahəsini cavabdeh Qəhərmanov Anara alqı-satqı ilə satmışdır və mübahisə predmeti olan torpaq faktiki olaraq X7 adınadır. Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi X12 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı çıxarışla 17 sot torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə baxış keçirilən zaman İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrafatı təyinatlı 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları faktiki istifadə vəziyyətdə 0.11 ha hissəsi ilə uyğun gəldiyi, 06.06.2017-ci iİ qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışla X6 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrafatı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları Anar Qəhrəmanov faktiki istifadəsində olan 0.35 ha torpaq sahəsinin daxilində yerləşir. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları cənub istiqamətində 0.0427 ha hissəsi 06.06.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın qeydiyyata alınmış X18 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür, həmin hissədə tikili və hasar vardır, torpaq sahəsində sürüşmə olduğu,yəni sənəddə göstərilən 10 sot torpaq sahəsi ilə həmin torpaq sahəsinin naturada istifadəsi arasında uyğunsuzluq olması müəyyən olunmuşdur. Cavabdeh X11 məxsus X17 yekunlaşdıqdan sonra dəqiq rəy verilə bilər. Hazırda xəritə olmadığından və həmin ərazidə sürüşmə olduğundan dəqiq rəy verilməsi qeyri-mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,171011 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 17.02.2017-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 06.06.2017-ci ildə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 okyabr 2021-ci il tarixli, 10/4963 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTl-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iş materiallarında 16.03.2016-cı il tarixli, 055185 nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış X9 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrafatı təyinatlı 0,1717 ha toraq sahəsi alqısatqı olunaraq hal-hazırda İddiaçı adına 17.02.2017-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən 1(319945 nömrəli 0.1710 ha torpaq sahəsinə aid çıxarış təqdim olunmuşdur. 17.02.2017-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrafatı təyinatlı 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları faktiki istifadə vəziyyətdə 0.11 ha hissəsi ilə uyğun gəlir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iş materiallarında 23.07.2014-cü il qeydiyyat tarixli, **********42 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrafatı təyinatlı 0,10 ha torpaq sahəsi alqı-satqı olunaraq hal-hazırda X6 adına 06.06.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,10 ha torpaq sahəsinə aid çıxarış təqdim olunmuşdur. 06.06.2017-ci iİ qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış X6 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrafatı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları faktiki istifadəsində olan 0.35 ha torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron kadastr məlumat bazasında 17.02.2017ci il tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları cənub istiqamətində 0.0427 ha hissəsi 06.06.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın qeydiyyata alınmış X18 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Ekspertiza təqdimatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli təqdiqatın aparılması mümkün olmamışdır. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, cavabdeh X6 06.06.2017ci iİ qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış şıxarış əsasında 0,10 ha torpaq sahəsi olmasına baxmayaraq, Anar Qəhrəmanovun faktiki istifadəsində olan 0.35 ha torpaq sahəsi vardır və sözügedən çıxarışda göstərilən 0,10 ha kənd təsərrafatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları sonuncunun faktiki istifadəsində olan 0.35 ha torpaq sahəsinin daxilində yerləşir.Həmçinin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları cənub istiqamətində 0.0427 ha hissəsi 06.06.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın qeydiyyata alınmış X18 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür və göstərilən hallar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 okyabr 2021-ci il tarixli, 10/4963 saylı ekspert rəyi ilə təstiq olunur.Belə olan təqdirdə məhkəmə belə qərara gəlir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Cavabdeh2 məxsus 0,1 ha torpaq sahəsi üçün 06.06.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 saylı reyestrdən çıxarışı və müvafiq olaraq onun torpaq sahəsinin plan və ölçüsü-qismən, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 17.02.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0,171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0425 ha hissədə ləğv edilməli, həmin 0,0425 ha hissədə cavabdeh X6 tikdiyi daş hasar və tikili cavabdeh X6 hesabına sökülməli, bu sahə boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Cavabdeh2 məxsus 0,1 ha torpaq sahəsi üçün 06.06.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 saylı reyestrdən çıxarışı və müvafiq olaraq onun torpaq sahəsinin plan və ölçüsü-qismən, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 17.02.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0,171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0425 ha hissədə ləğv edilsin, həmin 0,0425 ha hissədə cavabdeh X6 tikdiyi daş hasar və tikili cavabdeh X6 hesabına sökülsün, bu sahə boşaldılaraq İddiaçı təhvil verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar