Məhkəmə qərarları › İş №2(012)-6894/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6894/2025

29.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6894/2025 29.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı şəxsin doğum aktı qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun yeni şəhadətnamədə doğum tarixinin 24 mart 1961ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası İcevan rayonu, Polad kəndi, soyadı, adı, atasının adı qrafasında X7, ata adı qrafasında X5, ana adı qrafasında X8,milliyəti qrafasında “Azərbaycanlı” kimi qeyd olunması, şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o,24 mart 1961-ci il tarixdə Ermənistan Respublikasının İcevan rayonunun Polad kəndində anadan olmuş,onun doğumu həmin rayonda qeydə alınmış və doğum haqqında şəhadətnamə verilmişdir. 1988-ci ildə Ermənistan SSR-də ermənilərin azərbaycanlılara qarşı yeritdiyi deportasiya siyəsəti nəticəsində zorla Azərbaycana köçürülmüşlər.Doğum haqqında şəhadətnaməni Ermənistandan köçərkən itirmiş həmin sənədi əldə edə bilmədiyini, Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamə verilməsini xahiş etsə də, qeydiyyat şöbəsi tərəfindən müraciəti təmin edilmədən imtina edilmişdir. Maraqlı şəxsnə müraciətinə cavab olaraq bildirilmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. 1980-ci illərdə mən doğum haqqında şəhadətnaməni itirmişdir. Göstərilən faktın müəyyən edilməsi doğum haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Ərizəçi İddiaçı MPM-53 cü maddəsinə istinad edərək ərizəsinə dəqiqləşmə edərək,doğum barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin 24 oktyabr 1961-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası İcevan rayonu, Polad kəndi, soyadı, adı, atasının adı qrafasında X7, ata adı qrafasında X5, ana adı qrafasında X8, milliyyəti qrafasında “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. O da təsdiq edir ki, bacısı 24 oktyabr 1961-ci il tarixdə Ermənistan Respublikasının İcevan rayonunun Polad kəndində anadan olmuşdur, yəni ərizə əsaslıdır. Məhkəmə ərizəçini, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı doğumun qeydə alınması barədə ərizə ilə Şöbəyə müraciət etmiş, doğum aktı qeydinin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - doğum haqqında AZ-İV №437086 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1958-cİ il tarixdə Ermənistan Respublikasının İcevan rayonunun Polad kəndində doğulmuşdur. X1, anası X6r. İş materiallarında olan İV-ЖГ №437881 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1996-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ №002791 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki,ərizəçi İddiaçı 24 mart 1961ci il tarixdə Ermənistan Respublikasının İcevan rayonunun Polad kəndində anadan olmuşdur.Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd sonradan məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, onun doğum aktı qeydi bərpa edilməli, yeni şəhadətnamədə doğum tarixi 24 mart 1961-ci il, doğulduğu yer Ermənistan Respublikasının İcevan rayonunun Polad kəndi, soyadı, adı, atasının adı Hüseynova (Nəbiyeva) Roza Məhərrəm qızı, atasının adı X5, anasının adı X2 milliyyəti qrafasında “Azərbaycanlı” qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı doğum aktı qeydi bərpa edilsin. Yeni şəhadətnamədə Hüseynova (Nəbiyeva) Roza Məhərləm qızının doğum tarixi 24 oktyabr 1961-ci il, doğum yeri Ermənistan Respublikasının İcevan rayonunun Polad kəndi, soyadı, adı, atasının adı X7, atasının adı X5, anasının adı X2, milliyyəti qrafasında “azərbaycanlı” qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar