Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-7057/2025 15.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda, əmlakın açıq hərracda satılaraq satışından əladə olunan pul vəsaitinin paylara uyğun bölünməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda, əmlakın açıq hərracda satılaraq satışından əladə olunan pul vəsaitinin paylara uyğun bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin hazırkı iş üzrə iddiaçı Əhmədova X1 İslam İsrafil oğlu, Cavabdeh2 və Cavabdeh3 cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versələr də iş materiallarında olan “Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı, ******** nömrəli, AA******* nömrəli və AA******* nömrəli şəxsiyyət vəsiqələrinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında, Cavabdeh2 ünvan 2 ünvanında, Cavabdeh3 isə ünvan 3 ünvanında qeydiyyatdadır. İddia tələbi AR MPM-in 39-cu maddəsinin təsiri altına düşmədiyindən, məhkəmə AR MPM-in 35-ci maddəsimnin tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda, əmlakın açıq hərracda satılaraq satışından əladə olunan pul vəsaitinin paylara uyğun bölünməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 23100 nömrəli, ********** GPP nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu "xxxx" ASC-nin Baş Ofisi vasitəsilə xx.xx.2025-ci ildə saat 13:17-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda, əmlakın açıq hərracda satılaraq satışından əladə olunan pul vəsaitinin paylara uyğun bölünməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda, əmlakın açıq hərracda satılaraq satışından əladə olunan pul vəsaitinin paylara uyğun bölünməsi» tələbinə dair iddia ərizəsi barədə 2(012)- 7057/2025 saylı mülki iş üzrə "xxxx" ASC-nin Baş Ofisi vasitəsilə xx.xx.2025-ci il tarixli, 23100 nömrəli, ********** GPP nömrəli qəbzdən ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-7057/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-7057/2025
15.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver