Məhkəmə qərarları › İş №2(012)-71/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-71/2022

17.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-71/2022 17.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qızına qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışına əsasən, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(012)-421/2021 saylı qərardadına əsasən, mülki iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh qızının cavabdeh İddiaçı qarşı çıxarışın ləğv edilməsi tələbinə dair 2- 1(118)-1715/2021 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-71/2022 saylı qərardadına əsasən, mülki iş üzrə icraat təzələnmişdir. Mülki iş üzrə İddiaçı, eyni zamanda, Cavabdeh qızı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə olunduğundan mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının iddia tələbindən imtina barədə ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qanuni və əsaslı olduğundan, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından və qanunamüvafiq hesab edildiyindən qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə də, mülki iş materiallarından göründüyü kimi, iddiaçı iddiadan imtina etdiyindən bu imtina qanunazidd olmamaqla, başqa şəxslərin hüquqlarını pozmadığından həmin imtina qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qızına qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar