Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-722/2022 22.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elnur Elman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanan alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, mənzil üçün ödədiyi 50.800 manat və təmir üçün xərclənən 7.000 manatın ona tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 noyabr 2017-ci il tarixdə Cavabdehndən AB01M37 nömrəli müqavilə əsasında 1 (bir) kv.m 600 manata olmaqla dəyəri 65.460 manat olan, bina 1, 8-ci mərtəbədə yerləşən 109,10 kv.m sahədən ibarət 3 otaqlı 37 saylı təmirsiz mənzili almışdır. Qrafik üzrə ilkin ödəniş 20.000 manat olmaqla, 65 aya bölünməklə hər ay 700 manat ödəmək şərti ilə Mənzil Tikinti Kooperativi və iddiaçı arasında müqavilə bağlanmışdır. İddiaçı qrafik üzrə 02 avqust 2021-ci il tarixə qədər 50.800 manat pul ödəmişdir. Ailə tərkibi iddiaçı və azyaşlı oğlundan ibarətdir. İddiaçı cəmi 7.000 manat pul xərcləyərək mənzildə yüngül təmir işləri görüb yaşamağa başlamışdır. 2021-ci il ilin may ayında iddiaçı direktor Ülvü müəllimə Mənzil Tikinti Kooperativi və onun arasında bağlanan müqaviləyə xitam verilməsi barədə şifahi müraciət etmişdir. Səbəb isə Mənzil Tikinti Kooperativinin iddiaçıya satdığı 109,10 kv.m mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin sakinlərə verdiyi çıxarışda 92 kv.m olması ilə bağlıdır. 17 kv.m artıq sahənin pulu olan 10.200 manat Mənzil Tikinti Kooperativi tərəfindən əlavə alınmışdır. Bundan əlavə çıxarışda 92 kv.m olduğu halda 109 kv.m sahənin kommunal pulu alınır. İddiaçı bu barədə 2021-ci ilin may ayında xəbər tutmuş, sakinlərin aldadılaraq qeyri qanuni alınan əlavə ödənişlərini bilmiş, Cavabdehnə dəfələrlə şifahi, telefon danışıqları, yazışmalar və ərizə ilə müraciət etməsinə baxmayaraq, aylardı get-gəl edərək gözləmişdir. Yeni direktor Bayram müəllimə müqaviləyə xitam vermirsə məhkəməyə müraciət edəcəyini bildirmiş, onunla 16 oktyabr 2021-ci il tarixdə Mənzil Tikinti Kooperativinin hüquqşünasının gələcəyi, aralarındakı müqaviləyə xitam veriləcəyi, mənzil üçün ödədiyi 50.800 manatın, təmir üçün 7.000 manat pulun ona ödənilməsi ilə bağlı şifahi razılığa gəlmişlər. 19 oktyabr 2021-ci il tarixdə direktorun qəbulunda olmuş və tam başqa mənzərə ilə qarşılaşmışdır. Belə ki, Bayram müəllim iddiaçıya-“siz evdə oturun. Biz sizi mənzildən çıxatmırıq. Mənzilinizi satışa çıxarmışıq və satıb sizin pulu ödəyək.” demişdir. Mənzil nə vaxta satılacağı isə məlum deyil. Bu səbəbdən də iddiaçı bundan sonra təkrar olaraq Mənzil Tikinti Kooperativinə müqaviləyə xitam verilmirsə, onun aidiyyatı orqana müraciət etməsi, qanunvericiliyə uyğun olaraq ona cavab verilməsi barədə rəsmi müraciət etmişdir. Ancaq bu günədək heç bir rəsmi və ya qeyri rəsmi xəbər yoxdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ilə bağlanan alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, mənzil üçün ödədiyi 50.800 manat və təmir üçün xərclənən 7.000 manatın İddiaçı tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı ilk iddia üzrə İddiaçı iddia həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh ilə bağlanan alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, mənzil üçün ödədiyi 50.800 manat və təmir üçün xərclənən 7.000 manatın ona tam şəkildə ödənilməsi, 265 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı verdiyi iddia ərizəsində dövlət rüsumunun xeyrinə cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı tələbi unudaraq ərizəsinin xahiş edir hissəsində qeyd etməmişdir. İddiaçı tərəfindən ödənilmiş 265 manat dövlət rüsumunu da cavabdehdən tələb edir. Göstərilənlərə əsasən Cavabdeh ilə bağlanan alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, mənzil üçün ödədiyi 50.800 manat və təmir üçün xərclənən 7.000 manatın İddiaçı tam şəkildə ödənilməsi, 265 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsində və ilk iddia həcminin artırılması barədə ərizədə göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq verilmiş suallara cavabında qeyd etdi ki, sözügedən mənzili başqa şəxsə satmaq üçün mənzilə alıcı gətirmiş, lakin Cavabdeh mənzilin satılması ilə bağlı alıcı ilə razılaşmamışdır. Belə ki, gətirdiyi alıcı mənzili satmaq müqabilində ona ilkin ödəniş olaraq 35.000 manat, qalan pulu isə hissəli şəkildə Mənzil Tikinti Kooperativinə ödəməyi təklif etmişdir. O da öz növbəsində Mənzil Tikinti Kooperativi tərəfindən ona 20.000 manat ödənilməsini tələb etmişdir. Mənzil Tikinti Kooperativi isə mənzili alıcıya baha qiymətə təklif etdiyindən alqı-satqı baş tutmamışdır. Hazırda da o, özü mənzili satmaq istəyir. Lakin Mənzil Tikinti Kooperativi mənzilin onun tərəfindən satılmasına icazə vermir. Səbəb kimi onun mənzilin dəyərini Mənzil Tikinti Kooperativinə tam ödəməməsi ilə əlaqələndirir. Mənzilin pulunu tam ödədikdən sonra isə mənzili sata biləcəyini bildirir. Hazırda onun qeyd edilən mənzilə görə Mənzil Tikinti Kooperativinə 14.660 manat borcu qalmışdır. Həmçinin Mənzil Tikinti Kooperativi tərəfindən mənzilin satışında vaxt uzanır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Mənzil 92 kv.m-dir, ondan isə 109 kv.m mənzilə görə kommunal pulu alınır. Buna isə o, etiraz edir. O, Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən sənədə əsaslanmış və inanmışdır. Buna görə də mənzili aldığı zaman sahəsini ölçməmişdir. 02 sentyabr 2021-ci il tarixdən ödənişləri dayandırmışdır. Həmçinin 1 (bir) həftə bundan əvvəl ona Mənzil Tikinti Kooperativi tərəfindən ödədiyi vəsait məbləğindən 35.000 manat ödəmək təklifi gəlmişdir. Lakin o, razılaşmamışdır. Səbəb isə o, ödədiyi pulu tam şəkildə istəyir. Əksinə o, ilkin olaraq 20.000 manat ödəməklə, qalan məbləği isə iki hissəyə bölməklə 1 (bir) il ərzində ona ödəməyi təklif etsə də, Mənzil Tikinti Kooperativi onunla razılaşmamışdır. Təmir xərci qarşılığında isə Mənzil Tikinti Kooperativi ona 3.000 manat təklif edir. Müqaviləyə xitam verilməsi barədə ərizəsinə isə bu günə kimi cavab verilməmişdir. Göstərilənlərə əsasən ilk iddianın təmin edilərək Cavabdeh ilə bağlanan alqısatqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, mənzil üçün ödədiyi 50.800 manat və təmir üçün xərclənən 7.000 manatın ona tam şəkildə ödənilməsi, 265 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixində AB01M37 nömrəli yaşayış evinin alqısatqısına dair müqavilənin Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzil üçüncü şəxsə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 50.800 manatın 25 faizi nisbətində, yəni 12.700 manatın Cavabdehndə saxlanılmaqla, qalan 38.100 manatın cavabdeh İddiaçı müqavilə üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun olaraq qaytarılacaq şəkildə ləğv edilməsi, Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 24 noyabr 2017-ci il tarixində AB01M37 nömrəli yaşayış evinin alqısatqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə olaraq iddiaçı ümumi dəyəri 65.460 manat olan Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzili cavabehə satmağı, cavabdeh isə 20.000 manat ilkin ödənişlə, qalan 45.460 manat məbləği 65 ay müddətində hər ayın 24-nə qədər ödəməklə mənzili almağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək mənzil cavabdehə təhvil verilmişdir. İddia ərizəsindən də göründüyü kimi cavabdeh İddiaçı hal-hazırda fakitiki olaraq orada yaşayır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik tam olaraq yerinə yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər 2021-ci ilin avqust ayından bəri icra olunmamaqdadır. Yaşayış evinin alqı-satqısına dair müqavilənin 4.3-cü bəndinə əsasən satıcının payçı tərəfindən ödənişlər 60 gün müddətindən artıq yubadılarsa müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən müqaviləyə xitam verildikdə, əmlak başqa şəxsə satıldıqdan sonra payçı tərəfindən ödənilmiş məbləğin 25 faizi satıcı tərəfindən tutularaq qalıq məbləğ payçıya tərtib ediləcək qrafik əsasında geri qaytarılır. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyi artıq 60 gün artıq olaraq icra etməməkdədir. Bu fakt cavabdeh tərəfindən tərtib olunmuş iddia ərizəsində də özü tərəfindən sübut olunur. Bu hal isə müqaviləyə xitam verilməsi üçün əsasıdır. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixində AB01M37 nömrəli yaşayış evinin alqı-satqısına dair müqavilənin Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzil üçüncü şəxsə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 50.800 manatın 25 faizi nisbətində, yəni 12.700 manatın Cavabdehndə saxlanılmaqla, qalan 38.100 manatın cavabdeh İddiaçı müqavilə üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun olaraq qaytarılacaq şəkildə ləğv edilməsi, Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxış iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddianı qəbul etməyək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq verilmiş suallara cavabında qeyd etdi ki, İddiaçı 02 avqust 2021-ci il tarixdən İddiaçı 25 faizi satıcı tərəfindən tutulmaqla ödənilmiş pulun qaytarılmasını təklif etmələri İddiaçı tərəfindən aylıq ödənişlərin ödənilməməsi ilə bağlıdır. Qeyd edilən tarixdən ödənişlərin İddiaçı tərəfindən dayandırılması tərəfin öz izahatı ilə təsdiqini tapır. Bu səbəbdən də İddiaçı izahatı sübut növu kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən ödənişlərin dayandırılmasına səbəb isə İddiaçı mənzilin müqavilədə göstərilən kv.metri ilə dövlət reyestrindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən mənzilin kv.metri arasındakı fərqlə bağlıdır. Qarşı tərəf bunu bəhanə edərək ödənişlərdən yayınmaq istəyir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Qarşı tərəfin mənzilə müştəri tapması, Mənzil Tikinti Kooperativi ilə alıcının nə üçün razılaşmasından xəbəri yoxdur. Tərəflərindən mənzilin sahəsi ilə bağlı ölçmə işləri aparılmamışdır. Mənzil Tikinti Kooperativi müqavilə şərtlərinə uyğun olaraq müqavilənin ləğv edilməsini istəyir. Həmçinin İddiaçı müqavilənin ləğvi ilə bağlı Mənzil Tikinti Kooperativinə müraciət etməsi və müraciətə cavab verilməməsi barədə onda məlumat yoxdur. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilərək Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixində AB01M37 nömrəli yaşayış evinin alqısatqısına dair müqavilənin Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzil üçüncü şəxsə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 50.800 manatın 25 faizi nisbətində, yəni 12.700 manatın Cavabdehndə saxlanılmaqla, qalan 38.100 manatın cavabdeh İddiaçı müqavilə üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun olaraq qaytarılacaq şəkildə ləğv edilməsi, Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və azyaşlını dindirib, iddia ərizələrini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk və qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23 noyabr 2017-ci il tarixli, AB01M37 nömrəli yaşayış evinin alqı-satqısı haqqında müqavilənin müvafiq qaydada və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, MTK Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən Cavabdeh yaşayış kompleksində (inşa edilmiş və ya inşa edilməkdə olan) bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzili (bundan sonra əmlak adlandırılacaq) payçının mülkiyyətinə verməyi, payçı isə əmlakı qəbul edib dəyərini 65 (altmış beş) ay müddətinə (əmlakın dəyərinin aylara mütənasib hissələri ilə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakın dəyəri (qiyməti) tərəflərin razılığı ilə 65.460 manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən payçı bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 20.000 manat məbləğdə hissəsini nəğv şəkildə ilkin ödəniş olaraq, qalan 45.460 manat məbləği isə hissə-hissə olmaqla 65 ay müddətində hər ay ayın 24-nə kimi bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə müvafiq olaraq ödəyir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən ilk ödəmə payçı tərəfindən 20 gün, sonrakı ödəmələr 60 gündən artıq yubadılırsa, müqaviləyə əsasən nəzərdə tutulmuş cədvəldən az məbləğdə ödənişlər olduğu halda MTK hazırki müqaviləni birtərəfli qaydada pozmaq hüququnu öz üzərində saxlayır. Bu halda payçı tərəfindən MTK-ya ödənilmiş məbləğ yalnız vahid əmlak satıldıqdan sonra 4.4-cü maddədə nəzərdə tutulan cərimələr tutularaq, 4.5-ci maddə nəzərə alınmaqla qaytarılır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən əgər müqaviləyə xitam verilərsə, əmlak başqa şəxs satıldıqdan sonra payçı tərəfindən ödənilmiş məbləğin 25 faizi MTK tərəfindən tutularaq, qalan məbləğ tərtib ediləcək qrafik əsasında payçıya geri qaytarılır. 23 noyabr 2017-ci il tarixli, AB01M37 nömrəli yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əlavənin (ödəniş cədvəlinin) müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə 20.000 manat, xx.xx.2023-cü il tarixə kimi hər ay 700 manat olmaqla (sonuncu ay 660 manat olmaqla), cəmi 65.460 manat məbləğində pulu Cavabdehnə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mənzil Tikinti Kooperativi Cənnət Park yaşayış kompleksinin mənzil haqqında çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində bina 1, blok 1, 8-ci mərtəbə, mənzil 37 saylı ünvanında yerləşən ümumi sahəsi 109,10 kv.m olan 3 otaqlı mənzil İddiaçı adına AB01M37 qeydiyyat nömrəsi ilə 23 noyabr 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 23 noyabr 2017-ci il tarixli, AB01M37 nömrəli yaşayış evinin alqı-satqısı haqqında müqavilə bağlanmış, Mənzil Tikinti Kooperativi Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən Cavabdeh yaşayış kompleksində bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə mənzili qəbul edib dəyərini ilkin ödəniş 20.000 manat olmaqla, qalan 45.460 manat hissəsini 65 (altmış beş) ay müddətinə hər ay 700 manat olmaqla (sonuncu ay 660 manat olmaqla) 24 aprel 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin işin materiallarından və tərəflərin mübahisəsiz izahatından müəyyən edilir ki, İddiaçı tərəfindən 02 avqust 2021-ci il tarixədək mənzilin dəyərini 50.800 manat hissəsi Cavabdehnə ödənilmiş, daha sonra mənzilin faktiki sahəsinin müqavilədən göstərilən sahədən az olması barədə tərəflər arasında yaranan mübahisə ilə bağlı aylıq ödənişlərin Mənzil Tikinti Kooperativinə ödənilməsi İddiaçı tərəfindən dayandırılmışdır. Hazırda da İddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin kv.m sahəsinin az olması səbəbindən Cavabdeh ilə aralarında bağlanmış müqavilənin ləğv edilməsi, tərəfindən mənzilin dəyərindən ödənilmiş 50.800 manat pulun və 7.000 manat təmir xərcinin Mənzil Tikinti Kooperativindən alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aylıq ödənişlər İddiaçı avqust 2021-ci il tarixdən ödənilməyərək müqavilə üzrə öhdəlik icra edilmədiyindən tərəflər arasında bağlanmış müqavilənin Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzil üçüncü şəxsə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 50.800 manatın 25 faizi nisbətində, yəni 12.700 manatın Cavabdehndə saxlanılmaqla, qalan 38.100 manatın cavabdeh İddiaçı müqavilə üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun olaraq qaytarılacaq şəkildə ləğv edilməsini, Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzilin İddiaçı tərəfindən iddiaçıya təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yenə həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yenə də həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk iddia tələbi ilə əlaqədar qeyd edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh tərəfindən ona aralarındakı müqavilədə nəzərə tutulan sahəsi 109.10 kv.m deyil, sahəsi 17 kv.m az olan mənzil verildiyini iddia edərək, Mənzili Tikinti Kooperativi ilə aralarında bağlanılmış müqavilənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan 23 noyabr 2017-ci il tarixli, AB01M37 nömrəli yaşayış evinin alqı-satqısı haqqında müqavilədən görünür ki, Mənzil Tikinti Kooperativi İddiaçı ümumi sahəsi 109,10 kv.m olan mənzil satmışdır və İddiaçı tərəfindən müqavilə imzalanmışdır. İddiaçı verilmiş mənzil haqqında çıxarışdan da görünür ki, sonuncuya satılmış mənzilin ümumi sahəsi 109,10 kv.m, yaşayış sahəsi 46,68 kv.m, yardımçı sahəsi 45,52 kv.m-dir. Həmçinin müqavilədən, mənzil haqqında çıxarışdan və iddia ərizəsinin özündən də göründüyü kimi tərəflər mənzilin ümumi sahəsinin 109,10 kv.m, dəyərinin 65.460 manat olması barədə razılığa gəlmişlər. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsinə bütün iç və çöl divarların daxil edilməməsi göstərilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış müqaviləyə podrat müqaviləsi kimi yanaşılmalıdır və hazırkı müqavilə tərəflərin sərbəst iradə ifadlərinə əsasən bağlanmışdır. Buna görə də, məhkəmə hesab edir ki, ilk iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aylıq ödənişlərin İddiaçı tərəfindən avqust 2021-ci il tarixdən ödənilməyərək müqavilə üzrə öhdəlik icra edilmədiyindən tərəflər arasında bağlanmış müqavilənin ləğvini xahiş etsə də, tərəflərin mübahisəsiz izahatlarından və işin faktiki hallarından görünür ki, İddiaçı tərəfindən aylıq ödənişlərin dayandırılmasının səbəbi Cavabdeh ilə mənzilin sahəsi ilə bağlı aralarında yaranan mübahisə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki iş üzrə məhkəmə xərcləri ilk iddia üzrə 265 manat dövlət rüsumundan və qarşılıqlı iddia üzrə 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia rədd edildiyindən həmin iddialar üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-722/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-722/2022
22.02.2022 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver