Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-738/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X3, Novruzov Abbas Rövşən oğlu, X16, X5, X7, X14, Novruzov Hüseyn Rövşən oğlu, X11, X15, Novruzov Rövşən Mirzəqulu oğlu, X8 və X4 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Novruzov Abbas Rövşən oğlu, X16, X5, X7, X14, Novruzov Hüseyn Rövşən oğlu, X11, X15, Novruzov Rövşən Mirzəqulu oğlu, X8 və X2 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsiylə bağlı ərizə verərək, iddia ərizəsinin təsviredici hissəsində cavabdehlərin adlarının Cavabdeh, X3, Novruzov Abbas Rövşən oğlu, X16, X5, X7, X14, Novruzov Hüseyn Rövşən oğlu, X11, X15, Novruzov Rövşən Mirzəqulu oğlu, X8 və X6 olaraq göstərilməsini və cavabdehlər Cavabdeh, Novruzov Abbas Rövşən oğlu, X16, X5, X7, X14, Novruzov Hüseyn Rövşən oğlu, X11, X15, Novruzov Rövşən Mirzəqulu oğlu, X8 və X2 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X20 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 11, 24-cü mənzili 2015-ci il 08 oktyabr tarixində bağlanmış alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh və X1 almışdır. Əliyev Ramal evi ipoteka ilə almışdır. Həmin ünvandakı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahi ucbatından mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını iddiaçı tam həyata keçirə bilmir. Belə ki, cavabdehlər alğı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. İddiaçı bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Cavabdehlər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə hüququnu itirmişlər. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, AR ƏMDK yanında DƏDRX-nin HDQHDƏDR tərəfindən verilmiş xx xxxxxxxx 2015-ci il tarixli arayışa əsasən, 4 otaqlı, ümumi sahəsi 82,8 kv.m, yaşayış sahəsi 62,62 kv.m olan, ünvan 1 24 nömrəli mənzil satıcılar Cavabdeh və X3 tərəfindən Alıcı-İpoteka qoyanın yəni, İddiaçı mülkiyətinə verilmişdir. Mənzilin satış qiyməti 65000 manat, mənzilin dəyərinin 15000 manatı alıcı-ipoteka qoyan İddiaçı özü tərəfindən, 50000 manatı isə kreditor-ipoteka saxlayan “xxxxxxxx” ASC tərəfindən xx xxxxxxx 2015-ci il tarixli, İK-372-İ saylı kredit müqaviləsinə əsasən, alıcı-ipoteka qoyan İddiaçı verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli, № İK-372-İ saylı kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxx” ASC İddiaçı 360 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 mənzil 24 ünvanında yerləşən 88,9 kv.metr ölçülü mənzil ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Asan 1 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 1 mənzil 24 ünvanında yerləşən mənzildə İddiaçı ilə birgə Cavabdeh, Novruzov Abbas Rövşən oğlu, X16, X5, X7, X14, Novruzov Hüseyn Rövşən oğlu, X11, X15, Novruzov Rövşən Mirzəqulu oğlu, X8 və X6 da qeydiyyatdadırlar. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, ünvan 1 mənzil 24 ünvanında yerləşən 88,9 kv.metr ölçülü mənzili İddiaçı Cavabdeh, X3 ilə arasında bağlanılmış, xx xxxxxxx 2015-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi ilə əldə etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə öz adına qeydiyyata almışdır. Lakin iş materiallarında olan Asan 1 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 1 mənzil 24 ünvanında yerləşən mənzildə İddiaçı ilə birgə Cavabdeh, Novruzov Abbas Rövşən oğlu, X16, X5, X7, X14, Novruzov Hüseyn Rövşən oğlu, X11, X15, Novruzov Rövşən Mirzəqulu oğlu, X8 və X6 da qeydiyyatdadırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün cavabdehin fərdi yaşayış sahəsi üzrə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, Novruzov Abbas Rövşən oğlu, X16, X5, X7, X14, Novruzov Hüseyn Rövşən oğlu, X11, X15, Novruzov Rövşən Mirzəqulu oğlu, X8 və X2 ünvan 1 mənzil 24 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-738/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-738/2020
07.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver