Məhkəmə qərarları › İş №2(012)-741/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-741/2023

15.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-741/2023 15.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 1997-ci il təvəllüdlü X8 Abşeron rayonunda anadan olması, anasının Ərizəçi, atasının isə Maraqlı şəxs2 Habil oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, X17 12 avqust 1997-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində, ev şəraitində anadan olmuşdur. Atası Maraqlı şəxs2 Habil oğlu, anası Ərizəçidır. O, X11 doğum haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxs1nə müraciət etmişdir. Həmin şöbənin imtina məktubu ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. X2 yetkinlik yaşına çatmış bir gənc kimi doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, işləməsinə maneçilik törədir. Bu səbəbdən doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinadla ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X8 12 avqust 1997-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda doğum faktının müəyyən edilməsi, X11 doğum haqqında şəhadətnamənin verilməsi, doğum haqqında şəhadətnamədə X1 Hüseynov, adının Məhəmməd, ata adının Eldar, doğum tarixinin 12 avqust 1997-ci il, doğulduğu yerin Bakı şəhəri, ata qrafasında atasının adının Maraqlı şəxs2, ana qrafasında anasının adının Ərizəçi kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, 1996-1997-ci illərdə Ərizəçi Hövsan qəsəbəsində qonşusu olmuşdur. Məhəmməd ev şəraitində doğulmuşdur. Doğuş zamanı o və digər qonşu Sevinc xanım orada iştirak etmişlər. Lətifənin iki uşağı var. Uşaqların atasını görməmişdir. X14 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, 10 ilə yaxındır ki, Atyalı qəsəbəsində Ərizəçi ilə qonşudur. Onun oğlu Məhəmmədi tanıyır. Eşitdiyinə görə Məhəmməd oğurluqla məşğuldur. Onun təqribən 25 yaşı olar. X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, xeyli müddətdir ki, Atyalı qəsəbəsində Ərizəçi ilə qonşuluqda kirayədə yaşayır. Onun oğlu Məhəmmədi tanıyır. Məhəmmədin təqribən 25-26 yaşı olar. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, 2017-ci ildən Atyalı qəsəbəsində polis orqanında xidmət edir. Ərizəçinin və onun oğlunun həmin ərazidə yaşadıqlarını bilir. Məhəmməd xırda oğurluqla məşğul olur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında 103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün övladının doğumunun qeydiyyata alınması imkan xaricindədir. Maraqlı şəxs1 doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 362/2022 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, X12 14 oktyabr 1998-ci il tarixdə Abşeron rayonunda anası Ərizəçi doğulması faktı müəyyən edilmiş, doğumun qeyd edilmə aktında uşağın soyadının atasının soyadına uyğun ‘Hüseynova", adının “Çinarə”, alasının adının “Eldar”, doğum tarixinin “14 oktyabr 1998-ci il”, doğulduğu yerin “Abşeron rayonu”, ata qrafasında “Maraqlı şəxs2 Habil oğlu”, ana qrafasında “Ərizəçi”, milliyyətinin “azərbaycanlı” kimi qeyd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X20" X30 xx.xx.2023-cü il tarixli, 4301 saylı rəyindən görünür ki, X8 məhkəmə-tibb müayinəsinə və tibbi sənədlərə əsasən aşağıdakı rəyə gəlinir: X4 inkişaf yaşı 25-30 ilə uyğun gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X20" X30 xx.xx.2023-cü il tarixli, 9/991 saylı rəyindən görünür ki, sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində Ərizəçi uşaqla birlikdə şöbəyə gəlmiş, Maraqlı şəxs2 Habil oğlu isə gəlməmişdir. Ekspertizanın bioloji səviyyədə, yəni qrup göstəricilərinin tədqiqinə əsasən keçirilməsi üçün hər iki valideynin iştirakı mütləqdir. Ata tərəfi ekspertizada iştirak etmədiyi üçün ekspertizanın bioloji səviyyədə keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X18 xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olub, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi nömrəsiz fərdi evdə anası xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şosesinin Şimalı ünvanında qeydiyyatda olan Ərizəçi ilə birlikdə kirayədə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-59/2-11604/2023 nömrəli məktubu vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə ünvan 2 ünvanında yaşayan X16 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış obyektində təmir alətlərinin oğurlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 2 ədədi (ADİS-in məlumat bankına Abşoron RPİ-dən daxil olan)-xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş X26 (öz bəyanı ilə) oğlunun sağ və sol əlinin ovuc əksləri ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə qismən təmin edilməli, X10 12 avqust 1997-ci il tarixdə Bakı şəhərində doğum faktı müəyyən edilməli, X13 doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə X3 Məmmədov, adı Məhəmməd, ata adı Eldar, doğum tarixi 12 avqust 1997-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında atasının adı X22, ana qrafasında anasının adı Ərizəçi kimi qeyd edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Belə ki, Məhəmmədin atasının Maraqlı şəxs2 olması barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. X10 12 avqust 1997-ci il tarixdə Bakı şəhərində doğum faktı müəyyən edilsin. X13 doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə X3 Məmmədov, adı Məhəmməd, ata adı Eldar, doğum tarixi xx.xx.1997-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında atasının adı X22, ana qrafasında anasının adı Ərizəçi kimi qeyd edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar