Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-75/2022 16.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X4, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 Abşeron rayonu, Saray qəsəbəsində olan onun xüsusi mülkiyyətində olan torpaq sahəsində aralarında qanunsuz inşa etdikləri hasarların cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin sərhədlərinin əvvəlki vəziyyətinə gətirilməsi və zəbt etdikləri torpaq sahəsində çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, anası X6 13 sentyabr 2019-cu il tarixdə, daşınmaz əmlakın bağışlama müqaviləsi ilə tam mülkiyyət hüququ əsasında Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,24 ha olan torpaq sahəsini ona bağışlamışdır. Azərbaycan Respublikası ƏM DK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışa əsasən həmin torpaq sahəsi tam mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə 03 oktyabr 2019-cu il tarixdə onun adına qeydiyyata alınmışdır. Hər iki cavabdeh onun qardaşıdır. Əliman İskəndərov təxminən iki il bundan əvvəl anasının razılığı olmadan xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,10 ha hissəsini zəbt edərək 50 sm hündürlükdə hasar çəkmişdir. Cavabdeh1 2019-cu ilin oktyabr ayında, torpaq sahəsinin 0,8 ha hissəsini zəbt edərək, razılığı olmadan 11 metr uzunluğunda 3 metr hündürlüyündə hasar çəkmişdir. Bu hasar iki otağının üç pəncərəsinin qarşısını kəsmişdir. Otaqlara günəş işığı düşmür. Bu səbəbdən otaqlarda yaşayış qeyri- mümkün olmuşdur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Dəfələrlə hər iki cavabdehdən razılığı olmadan tikdikləri hasarların sökülməsini tələb etmişdir. Lakin cavabdehlər bu haqlı tələbinə əhəmiyyət verməmişlər. Göründüyü kimi mübahisəni öz aralarında həll etmək mümkün olmamışdır. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Həmçinin o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022-ci il tarixli, 10/5255 saylı ekspert rəyini də nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdehlər iddiaçının doğma qardaşlarıdır. Hüquqlarını müdafiə etdiyi İddiaçı anası 13.09.2019-cu il tarixdə mübahisə predmeti olan evi iddiaçıya notarial qaydada bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən, iddiaçı 03.10.2019-cu il tarixdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyatdan keçirmişdir. Bundan sonra cavab Cavabdeh1 hal-hazırda mülkiyyət hüququ iiə iddiaçıya məxsus torpaqda yerləşən evin önündə hündürlüyündə hasar çəkmiş və iddiaçının yaşadığı evin pəncərələrinin qabağını tutmuşdur. Digər cavabdeh İskəndərov Əliman isə 2 il öncə iddiaçıya məxsus 24 sot torpaq sahəsinin 2 sotunu qanunsuz olaraq zəbt edərək hasara almışdır. Bütün bunlar isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, iddiaçı onun doğma qardaşıdır. Mübahisə predmeti olan torpaqda 3 ev vardır. Bu evlər birini atası tikmişdir və o həmin evdə anadan olmuş, orada 24 il yaşamışdır. Atası sağ olduğu zaman hər bir qardaşına evin 3 otağını vermişdir. Atası rəhmətə getdikdən sonra 24 sot torpaq sahəsi və ev anasının mülkiyyətinə keçmişdir. Anası ona torpaq sahəsində ev tikməyinə icazə vermiş və o, nəticədə 2012-ci il tarixdə 2 sot torpaq sahəsini hasara alaraq ev tikmişdir. Lakin maddi imkanı olmadığı üçün evi sənədləşdirə bilməmişdir, iddiaçı anasını aldadaraq notariusa aparmış və üzərində evlərin də olduğu torpaq sahəsini öz adına keçirmişdir. İddiaçı içki düşkünüdür və torpağı qonşuya satmaq istəyir. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,24 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 03.10.2019-cu ildə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaq üçün tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022-ci il tarixli, 10/5255 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakən Kadast və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində 0.0725 ha torpaq sahəsi var və həmin torpaq sahəsi İddiaçı məxsus 03.10.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AN 423328 saylı, 01.10.2019-cu il tarixli, **********60 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0.24 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı məxsus 03.10.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, № AN 423328 saylı, 01.10.2019-cu il tarixli, **********60 reyestr nömrəli Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində daş hasar mövcuddur. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,24 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 03.10.2019-cu ildə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh1 və X5 tərəfindən İddiaçı mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022-ci il tarixli, 10/5255 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakən Kadast və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində 0.0725 ha torpaq sahəsi var və həmin torpaq sahəsi İddiaçı məxsus 03.10.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AN 423328 saylı, 01.10.2019-cu il tarixli, **********60 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0.24 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı məxsus 03.10.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, № AN 423328 saylı, 01.10.2019-cu il tarixli, **********60 reyestr nömrəli Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində daş hasar mövcuddur. Belə olan təqdirdə məhkəmə belə qərara gəlir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və X1 Abşeron rayonu, Saray qəsəbəsində olan İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa etdikləri hasarlar cavabdehlərin hesabına sökülməli, torpaq sahəsinin sərhədləri əvvəlki vəziyyətinə gətirilməli və cavabdehlər Cavabdeh1 və X5 zəbt etdikləri torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 Abşeron rayonu, Saray qəsəbəsində olan İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa etdikləri hasarlar cavabdehlərin hesabına sökülsün, torpaq sahəsinin sərhədləri əvvəlki vəziyyətinə gətirilsin və cavabdehlər Cavabdeh1 və X5 zəbt etdikləri torpaq sahəsindən çıxarılsınlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-75/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-75/2022
16.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver