Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-768/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və borc pulun geri qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və borc pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 5 saylı, xx xxxxxx 2019-cu il tarixli sərmayə müqaviləsinin ləğv edilməsi, 100.000 ABŞ dolları pulun və MM-nin 445.7ci maddəsinə əsasən əsas borc məbləği ödənilən günədək 5 % faiz ABŞ dolları pulun hesablanmaqla ona ödənilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi X1 vəsatətlə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və mülki işin aiddiyyatı üzrə Sumqayıt kommersiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh iclasa gəlməmişdir. Məhkəmə iddiaçı tərəfin vəsatətini və işin materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməli və mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş üzrə tərəflər hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.Onlar arasındakı hazırkı mülki mübahisə məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-32, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və borc pulun geri qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-768/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-768/2021
22.02.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver