Məhkəmə qərarları › İş №2(012)-779/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-779/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-779/2022 04.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı və onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhədliklərin yerinə yetirilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdehin istifadəsində 150 kv.m. torpaq sahəsində inşa edilən 3.10 metr hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 61 kv.m olan 1 mərtəbəli 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evinin tikinti-təmir işlərinin yekunlaşdırılıb Cavabdeh tərəfindən ona təhvil verilməsi, ünvan 1 ünvanında cavabdehin istifadəsində 150 kv.m. torpaq sahəsində inşa edilən 3.10 metr hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 61 kv.m olan 1 mərtəbəli 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evinin təhvil verilənədək 12.07.2021-ci il tarixdən başlayaraq kirayə haqqı olaraq aylıq 300 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 12.04.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında istifadəsində 150 kv.m torpaq sahəsində inşa edilən 3.10 metr hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 61 kv.m olan 1 mərtəbəli 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, iddiaçı isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 30500 manat təşkil etmişdir. Sifarişçi yəni (iddiaçı) həmin məbləğin 12000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəmişdir. Qalan 18500 manat pulu 12.04.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə Cavabdeh sifarş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən 12.07.2021-ci il tarixdə yaşayış üçün hazır edərək iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin fərdi yaşayış evini təhvil almağı öz üzərinə götürmüşdür. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Lakin cavabdeh ona müqavilədə göstərilən müddətdə fərdi yaşayış evini tikib təhvil verməmişdir. Cavabdehlə əlaqə saxladığı zaman o, həmin fərdi yaşayış evinin tikintisini davam etdirəcəyini, lakin başqa şəxsə satıb iddiaçının pulunu qaytaracağını bildirmişdir. İddiaçı isə ona etiraz edərək pulunu deyil müqaviləyə əsasən evin təhvil verilməsini istədiyini bildirmişdir. Belə ki, iddiaçı neçə vaxtdır, evin hazır olub təhvil verilməsini gözləmişdir. İddiaçı bildirmişdir ki, evin tikintisi başa çatmiş və cüzi təmir işləri qalmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunmasına baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər hələ də icra olunmamışdır. Yəni, müqavilədə göstərilən mənzil müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya təhvil verilməmişdir. Halbuki, müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh müqavilədə göstərilən bütün şərtləri icra edib iddiaçıya 12.07.2021-ci ildə təhvil verməli idi. Bununla bağlı olaraq iddiaçı cavabdehə dəfələrlə müraciətlər etmiş, lakin buna baxmayaraq mənzil ona təhvil verilməmiş və bunun səbəbləri barədə hər hansı rəsmi bir məlumat verilməmişdir. Cavabdeh qanunsuz olaraq hazırda həmin mənzili iddiaçıya verməkdən imtina edir. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yəni pulun qalanını müqavilənin şərtlərinə uyğun olaraq günü bu gün də icra etməyə hazır olduğunu cavabdehə bildirmişdir. İddiaçı, cavabdehin ondan əlavə daha 63 nəfərə qarşı da bu cür hərəkətlər etdiyini, cavabdeh barəsində şikayətlər olunduğunu, daha sonra şikayətlərin geri çəkildiyini bildirmişdir. Cavabdeh bütün mənzilləri təmir edib tamamlayacağını bildirmişdir. Lakin daha sonra həmin evləri başqa şəxslərə satıb onlara verdikləri pulu ödəyəcəyini bildirmişdir. Cavabdehin bu qanunsuz, özbaşına hərəkətləri nəticəsində iddiaçı əsəb və həyəcan keçirmişdir. Cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi səbəbindən iddiaçı öz əmlakına sahiblik və istifadə hüququndan məhrum olmuş və bunun nəticəsində yaşamaq üçün kirayə mənzil tutmaq məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, 12.07.2021-ci il tarixdən başlayaraq mənzil təhvil verilənədək kirayə haqqı olaraq aylıq 300 manat məbləğində pul vəsaitinin də cavabdeh tərəfindən kompensasiya olunmalıdır. Bütün bu yuxarıda qeyd edilən hallarla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də yerinə yetirilmədiyinə görə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə prosesində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh və İddiaçı arasında bağlanılmış 12.04.2021-ci il tarixli Podrat Müqaviləsinin surətindən müəyyən edilir ki, həmin müqavilənin 1-ci bəndinə əsasən birinci tərəf öz materiallarından istifadə etməklə ünvan 3 ünvanında istifadəsində 150 kv.m torpaq sahəsində olan inşa edilən 3.10 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaş.sah 61 kv.m olan 1 mərtəbəli 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 30500 manat təşkil edir. Sifarişçi (iddiaçı) həmin məbləğin 12000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 18500 manat pulu 12.04.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndindən müəyyən edilir ki, birinci tərəf ( Cavabdeh) sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən 12.07.2021-ci il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 aprel 2021-ci il tarixli 17 №-li orderdən müəyyən edilir ki, İddiaçı tərəfindən 12 000 manat məbləğində pul vəsaiti "xxxx" ASC vasitəsi ilə ödənilmişdir. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli, pretenziyadan görünür ki, Cavabdeh 12.04.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında istifadənizdə 150 kv.m torpaq sahəsində inşa edilən 3.10 metr hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 61 kv.m olan 1 mərtəbəli 3 otaqlı kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməsi tələb olunur. Əks təqdirdə iddiaçı tərəfindən məhkəməyə və hüquq mühafiəz orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Xırdalan Şəhər Vəkil Bürosuna ünvanlanmış 01.04.2022-ci il tarixli məktubda Cavabdeh adına Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 13.04.2021-ci il tarixdə **********30 reyestr (qeydiyyat nömrəsi: **********) nömrəsi ilə qeydiyyata alınması, lakin, həmin torpaq sahəsinin 0.017 ha hissəsi Bakı şəhəri 43 saylı notariat kontorunda təsdiq edilmiş 22.09.2021-ci il tarixli, 4Ə-1035 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X1, 0.016 ha hissəsi isə Bakı şəhəri 43 saylı notariat kontorunda təsdiq edilmiş 22.09.2021-ci il tarixli, 4Ə-1036 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 özgəninkiləşdirilməsi, yerdə qalan 0.007 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat olmaması qeyd olunmuşdur.Həmçinin, həmin torpaq sahəsi üzərinə Yasamal Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, MTT(004)-28/2021 saylı qərardadına əsasən qadağa qoyulması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.11.2021 tarixli, MTT (006)-19/2021 saylı İcra vərəqəsinə əsasən həmin torpaq sahəsi üzərində həbs olması qeyd olunmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə arasında 12.04.2021-ci il tarixldə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən birinci tərəf öz materiallarından istifadə etməklə ünvan 3 ünvanında istifadəsində 150 kv.m torpaq sahəsində olan inşa edilən 3.10 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaş.sah 61 kv.m olan 1 mərtəbəli 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 30500 manat təşkil edir. Sifarişçi (iddiaçı) həmin məbləğin 12.000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 18500 manat pulu 12.04.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndindən müəyyən edilir ki, birinci tərəf ( Cavabdeh) sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən 12.07.2021-ci il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin tam icra olunduğu bildirilsə də, tərəflər arasında 12.04.2021-ci il tarixli podrat müqaviləsi bağlanan gün 12 000 manat cavabdehə verilməsi iş materialları ilə təsdiq olunur. Qalan 18500 manat pulun ödənməsi barədə iş materiallarında sübut yoxdur.Bununla belə, cavabdeh yaşayış evini müqavilə bağlandığı gündən 12.07.2021-ci il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi barədə iddiaçı qarşısında öhdəliyini icra etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh adına Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 13.04.2021-ci il tarixdə **********30 reyestr (qeydiyyat nömrəsi: **********) nömrəsi ilə qeydiyyata alınmış, lakin, həmin torpaq sahəsinin 0.017 ha hissəsi Bakı şəhəri 43 saylı notariat kontorunda təsdiq edilmiş 22.09.2021-ci il tarixli, 4Ə-1035 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X1, 0.016 ha hissəsi isə Bakı şəhəri 43 saylı notariat kontorunda təsdiq edilmiş 22.09.2021-ci il tarixli, 4Ə-1036 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 özgəninkiləşdirmişdir. Qalan 0.007 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat olmamış, həmin torpaq sahəsi üzərinə Yasamal Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, MTT(004)-28/2021 saylı qərardadına əsasən qadağa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.11.2021 tarixli, MTT (006)-19/2021 saylı İcra vərəqəsinə əsasən həmin torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında 12 aprel 2021-ci il tarixli podrat müqaviləsi bağlanarkən cavabdeh tikinti aparacağı torpaq sahəsinin hələ mülkiyyətçisi deyildir,həmin günün sabahısı onun adına Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 13.04.2021-ci il tarixdə **********30 reyestr (qeydiyyat nömrəsi: **********) nömrəsi ilə qeydiyyata alınmış,lakin cavabdeh tərəflər arasında bağlanan podrat müqaviləsinin şərtlərini pozaraq öhdəliyini icra etməmiş, göründüyü kimi iddiaçı üçün mülkiyyətində olan torpaq sahəsindən 150 kv.lik torpaq sahəsi belə saxlamamış, qalan 0.007 ha torpaq sahəsinin üzərində isə göründüyü kimi məhkəmə qərardadlarına əsasən həbs qoyulmuşdur.Həmçinin məhkəmə nəzərə alır kı, qalan 0.007 ha torpaq sahəsi tərəflər arasında 12 aprel 2021-ci il tarixli podrat müqaviləsinin şərtlərini icra etmək üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan 12 aprel 2021-ci il tarixli podrat müqaviləsinin cavabdeh tərəfindən icrası mümkün olmadığından iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia fərdi yaşayış evinin tikinti-təmir işlərinin təhvil verilənədək 12.07.2021-ci il tarixdən başlayaraq kirayə haqqı olaraq aylıq 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.Belə ki, iddiaçının cavabdehin təqsirli hərəkəti nəticəsində kirayədə qalması və aylıq 300 manat kirayə haqqı ödəməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 101 manat məbləğində dövlət rüsumu özünə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və kompensasiya tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar