Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1287/2022 14.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC (CASAMAN adlandırdıqları) ilə aralarında 30.11.2020-ci il tarixində “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” 008 nömrəli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 19000 (on doqquz min) manat pulun, 3000 (üç min) manat mənəvi zərərin, 3000 (üç min) manat maddi zərərin, 1330 (min üç yüz otuz) manat əldən çıxmış faydaya görə məbləğin və ödənilmiş 169 (yüz altmış doqquz) manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC (CASAMAN adlandırdıqları) ilə aralarında 30.11.2020-ci tarixində “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” 008 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ("xxxx"MMC) iddiaçıya müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə qeyd edilmiş məhsulları satmalı, iddiaçı isə müqavilədə razılaşdırılmış qaydada həmin malların dəyərini cavabdehə ödəməli olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və cavabdehə müqavilədə göstərilmiş qaydada 30.11.2020-ci il tarixdə 3600 (üç min altı yüz) manat, 20.02.2021-ci tarixdə 8400 (səkkiz min dörd yüz) manat (7400+1000), 20.04.2021-ci il tarixdə isə 7000 yeddi min) manat olmaqla ümumilikdə 19000(on doqquz min) manat məbləğində pul vəsaiti ödənilmiş lakin, cavabdeh "xxxx" MMC tərəfindən bu günədək müqavilənin şərtlərinə riayət etməməklə 1 nömrəli əlavədə qeyd edilmiş məhsulları iddiaçıya təhvil verməmişdir. Bununla da cavabdeh müqavilənin və mülki məcəllənin tələblərini pozmuş, iddiaçının ödədiyi 19000(on doqquz min) manat məbləğində pul vəsaitini mənimsəmiş, nə əmlakları nədə pul vəsaitini geri qaytarmamışdır. Qeyd edilməlidir ki, aralarında bağlanmış Müqavilənin 3.4.3-cü bəndində “Alıcı”nın Satıcı” müqavilədə nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə onları qəbul etməkdən və ödəməkdən imtina etmək, ödəniş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vardır. Həmçinin, müqavilənin 6.1 bəndində göstərildiyi kimi, meydana gələn mübahisələri və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll edilməsi məqsədilə tərəfimdən cəhd göstərilərək cavabdeh "xxxx" MMC-nin direktoru Teymur Məhərrəmova 05.11.2021-ci il tarixədək möhlət verilmiş, o isə qaytarmağı öz öhdəsinə götürdüyü pul vəsaitini qaytarmamışdır. Daha sonra ona 06.12.2021-ci il tarixli pretenziya məktubu göndərilmiş, həmin məktub 09.12.2021-ci il tarixində qəbul edilməsinə baxmayaraq bu günədək cavabdeh “T-GRUP' MMC-nin səlahiyyətli şəxsləri tərəfindən 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılmamışdır. Bunanla da hüquqları pozulmuş, iddiaçıya maddi və mənəvi zərər yetirilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh "T-GRUP” MMC 19000 (on doqquz min) manat pul vəsaitini qanunsuz saxlamış, pul vəsaitini qaytarmaqdan boyun qaçırmış və həmin pul vəsaitindən faydalanmışdır. Bundan əlavə cavabdeh tərəfindən mülkiyyətimdə olan yeni təmir edimiş mənzilə ümumilikdə 3000 (üç min) manat məbləğində də maddi zərər yetirmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh "xxxx" MMC (CASAMAN adlandırdıqları) ilə aralarında 30.11 2020-ci il tarixində “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” 008 nömrəli müqavilənin ləğv edilməli və 19000 (on doqquz min) manat ödənilmiş pulun, 3000 (üç min) manat maddi zərərin, əldən çıxmış faydaya görə Azərbaycan Respublikası Mərkəzi Bankının 29.10.2021-ci il tarixə bank uçot faiz dərəcəsi - 7 faiz mislində hesablanmaqla 19000(on doqquz min) manata görə 1 il üçün 1330 manat (19000 x 7% = 1330) məbləğin, mənəvi zərərə görə 3000 manatın və ödənilmiş 169 (yüz altmış doqquz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil bildirdi ki, cavabdeh "xxxx" MMC (CASAMAN adlandırdıqları) ilə aralarında 30.11.2020-ci tarixində “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” 008 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ("xxxx"MMC) iddiaçıya müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə qeyd edilmiş məhsulları satmalı, iddiaçı isə müqavilədə razılaşdırılmış qaydada həmin malların dəyərini cavabdehə ödəməli olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və cavabdehə müqavilədə göstərilmiş qaydada 30.11.2020-ci il tarixdə 3600 (üç min altı yüz) manat, 20.02.2021-ci tarixdə 8400 (səkkiz min dörd yüz) manat (7400+1000), 20.04.2021-ci il tarixdə isə 7000 yeddi min) manat olmaqla ümumilikdə 19000(on doqquz min) manat məbləğində pul vəsaiti ödənilmiş lakin, cavabdeh "xxxx" MMC tərəfindən bu günədək müqavilənin şərtlərinə riayət etməməklə 1 nömrəli əlavədə qeyd edilmiş məhsulları iddiaçıya təhvil verməmişdir. Bununla da cavabdeh müqavilənin və mülki məcəllənin tələblərini pozmuş, iddiaçının ödədiyi 19000(on doqquz min) manat məbləğində pul vəsaitini mənimsəmiş, nə əmlakları nədə pul vəsaitini geri qaytarmamışdır. Qeyd edilməlidir ki, aralarında bağlanmış Müqavilənin 3.4.3cü bəndində “Alıcı”nın Satıcı” müqavilədə nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə onları qəbul etməkdən və ödəməkdən imtina etmək, ödəniş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vardır. Həmçinin, müqavilənin 6.1 bəndində göstərildiyi kimi, meydana gələn mübahisələri və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll edilməsi məqsədilə tərəfimdən cəhd göstərilərək cavabdeh "xxxx" MMC-nin direktoru Teymur Məhərrəmova 05.11.2021-ci il tarixədək möhlət verilmiş, o isə qaytarmağı öz öhdəsinə götürdüyü pul vəsaitini qaytarmamışdır. Daha sonra ona 06.12.2021-ci il tarixli pretenziya məktubu göndərilmiş, həmin məktub 09.12.2021-ci il tarixində qəbul edilməsinə baxmayaraq bu günədək cavabdeh “T-GRUP' MMC-nin səlahiyyətli şəxsləri tərəfindən 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılmamışdır. Bunanla da hüquqları pozulmuş, iddiaçıya maddi və mənəvi zərər yetirilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh "T-GRUP” MMC 19000 (on doqquz min) manat pul vəsaitini qanunsuz saxlamış, pul vəsaitini qaytarmaqdan boyun qaçırmış və həmin pul vəsaitindən faydalanmışdır. Bundan əlavə cavabdeh tərəfindən mülkiyyətimdə olan yeni təmir edimiş mənzilə ümumilikdə 3000 (üç min) manat məbləğində də maddi zərər yetirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-nin rəhbəri X3 ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddianı qəbul edir, məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 30 noyabr 2020-ci il tarixli 008 saylı texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair müqavilədən görünür ki, bir tərəfdən, qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinə əsasən fəaliyyət göstərən bundan sonra “Satıcı” adlandırılacaq hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Baş direktor təsisçi X3 şəxsində VÖEN: ********** və digər tərəfdən qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinə əsasən fəaliyyət göstərən bundan sonra “Alıcı” adlandırılacaq fiziki şəxs İddiaçı şəxsində (Ş/V: AZE 0*******) aşağıdakı şərtlər üzrə hazırkı müqaviləni bağladılar. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı’ya Müqavilənin ayrılmaz hissəsi olan 1 (bir) nömrəli əlavədə qeyd edilmiş məhsulları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı’ya ödəyir. 3.4.2-ci bəndinə əsasən “Satıcı” Müqaviləni pozaraq “Alıcı”ya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, çatışmayan miqdarda əşya verilməsini tələb etmək və ya verilmiş əşyadan və onu ödəməkdən imtina etmək, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək alıcının hüququdur. 3.4.3-cü bəndinə əsasən “Satıcı” Müqavilədə nəzərdə tutulan əşyaları Müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə onları qəbul etməkdən və ödəməkdən imtina etmək, ödəniş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb emək. Əgər “Satıcı” “Alıcı’ya Müqaviləyə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin; çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin. 6.1-ci bəndinə əsasən tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. 6.2-ci bəndinə əsasən Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. - 30 noyabr 2020-ci il tarixli 008 saylı texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair müqaviləyə əlavədən görünür ki, iddiaçı tərəfindən iddia edilən məbləğin cavabdehə ödənilməsi öz əksini tapmışdır. - 06 dekabr 2021-ci il tarixli müqavilə üzrə ödənilmiş pul vəsaitinin qaytarılmasına dair İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən iddiaçı "xxxx" MMC-yə ünvanlanmış pretenziyadan görünür ki, “satıcı” "xxxx" MMC (CASAMAN adlanan) ilə “alıcı” İddiaçı arasında 30.11.2020-ci il tarixində “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” 008 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı ("xxxx" MMC) alıcıya (İddiaçı) müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə qeyd edilmiş məhsulları satmalı, alıcı isə müqavilədə razılaşdırılmış qaydada həmin malların dəyərini satıcıya ödəməli idi. Qeyd edilir ki, müqavilədə göstərilmiş qaydada alıcı İddiaçı tərəfindən 30.11.2020-ci il tarixdə 3600 (üç min altı yüz) manat, 20.02.2021-ci il tarixdə 8400 (səkkiz min dörd yüz) manat (7400+1000), 20.04.2021-ci il tarixdə isə 7000 (yeddi min) manat olmaqla ümumilikdə 19000(on doqquz min) manat məbləğində pul vəsaiti satıcı "xxxx" MMC-yə (CASAMAN) ödənilmiş lakin, satıcı "xxxx" MMC bu günədək müqavilənin şərtlərinə riayət etməməklə 1 nömrəli əlavədə qeyd edilmiş məhsulları alıcı İddiaçı təhvil verməmişdir. Bununla da satıcı alıcı İddiaçı cəmi 19000(on doqquz min) manat məbləğində maddi ziyan vurmuşdur. Müqavilənin 3.4.3-cü bəndində “Satıcı” Müqavilədə nəzərdə tutulan əşyaları Müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə onları qəbul etməkdən və ödəməkdən imtina etmək, ödəniş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vardır. Həmçinin, müqavilənin 6.1 bəndində göstərildiyi kimi, meydana gələn mübahisələri və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll edilməsi məqsədilə İddiaçı tərəfindən cəhd göstərilmiş və "xxxx" MMC-nin direktoru Teymur Məhərrəmova 05.11 2021-ci il tarixədək möhlət verilmişdir. Lakin bu günədək nə "xxxx" MMC-nin direktoru nədə digər səlahiyyətli şəxsləri tərəfindən 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti hüquqlarını müdafiə etdiyi şəxsə ödənilməmiş, edilən cəhdlər isə nəticəsiz qalmışdır. Odur ki, hüquqlarını müdafiə etdiyi İddiaçı dəymiş 19000 (on doqquz min) manat pul vəsaitini 5 gün ərzində qaytarılmasını, əks halda vəkili və nümayəndəsi olduğu İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi və ona dəymiş maddi ziyanın qaytarılması barədə tərəflərindən məhkəməyə müraciət olunacağı cavabdehin nəzərinə çatdırılmışdır. - İddiaçı tərəfindən təqdim edilmiş 15.10.2021-ci il tarixli X1 əlyazmasından görünür ki, X3 2020-ci ilin oktyabr ayından İddiaçı müqaviləyə uyğun olaraq ev mebelinin yığılması üçün 19000 manat almışdır. Öhdəsinə götürdüyü işi yerinə yetirə bilmədiyinə görə almış olduğu 19000 manat pulu 05.11.2021-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Verdiyi vədi yerinə yetirməzsə hər-hansı şikayət olacaqsa ona cavab verməyə hazır olduğunu qeyd etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytından çıxarışdan görünür ki, cavabdeh "xxxx" MMC-nin (VÖEN:**********) qanuni təmsilçisi X2r. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, iddiaçı cavabdehə texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair müqavilə əsasında 19000 manat məbləğində pul vermiş, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, həmçinin 19000 manat vəsaiti iddiaçıya geri qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən - Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən - Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən - Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ona verilən 19000 manat müqabilində texniki xidmət işlərinin görülməsi və avadanlığın satışı ilə əlaqədar üzərinə öhdəlik götürmüş, lakin öhdəliyi yerinə yetirilməmiş, ödənilən pul vəsaiti ondan geri tələb edilsədə qaytarılmamışdır. Ona görə də iddia tələbi 30 noyabr 2020-ci il tarixli 008 saylı texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair müqavilə əsasında cavabdehə verilmiş 19000 manatın iddiaçıya qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, həmçinin əldən çıxmış faydaya görə məbləğin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddianı qəbul etməsinə dair ərizəsinə qiymət verərək, belə qənaətə gəlir ki, cavabdehin nümayəndəsi iddianı qəbul etməzdən əvvəl cavabdehə borclu olduğu 19000 manatı etiraf etdiyinidən, iddianı qəbul edirəm yazmaqla iddianın 19000 manat hissəsini qəbul etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki iş üzrə İddiaçı cavabdeh tərəfindən ona 3000 (üç min) manat mənəvi zərərin, 3000 (üç min) manat maddi zərərin, 1330 (min üç yüz otuz) manat əldən çıxmış faydaya görə zərərin vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və tələbi iş materialları sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 19000 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 169 manat dövlət rüsumunun 147 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 22 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC (CASAMAN adlandırdıqları) ilə aralarında 30.11.2020-ci il tarixində “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” 008 nömrəli müqavilənin ləğv edilməli, cavabdeh "xxxx" MMC-dən 19000 (on doqquz min) manat pulun, ödənilmiş 147 (yüz qırx yeddi) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 22 manat hissəsi iddiaçının özünə aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında 30.11.2020-ci il tarixində bağlanmış “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” 008 nömrəli müqavilə ləğv edilsin. Cavabdeh "xxxx" MMC-dən 19000 (on doqquz min) manat pul və ödənilmiş 147 (yüz qırx yeddi) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 22 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1287/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1287/2022
14.04.2022 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver