Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-795/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X3, Cavabdeh və onun vəkili-nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı 04 iyul 2012-ci il təvəllüdlü X6 Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üç otaqlı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 2011-ci ildə olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 04 iyul 2012-ci ildə Qarazadə Yusif oğlu dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqdan sonra 5 il birlikdə yaşasalar da rəsmi nikaha 07 noyabr 2016-cı ildə daxil olmuşlar. Onlar ailəli olduqları zaman yəni 29 yanvar 2014-ci ildə həyat yoldaşı Cavabdeh adına Abşeron rayon Qobu qəsəbəsindən 0,03 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin üzərində üç otaqlı mənzil inşa etmişlər və köçərək orada yaşamağa başladılar. Həmin torpaq sahəsi birgə nikah dövründə alınmasa da, nikahları rəsmiləşdirilməsə də faktiki olaraq pay haqlarını hər ay yoldaşı və anasının ona alacağı cehiz əşyaları, pulu ilə yəni, birgə qazancdan ödəmişdir. Onun və azyaşlı oğlu uşaq baxçasına və birinci sinifdə Qobu qəsəbəsində yerləşən məktəbə getmişdir. Evdə olan bütün əşyalar belə birgə nikah dövründə alınmış əşyalardır. Cavabdeh onu 2020-ci ilin fevral aylarından mənzildən qovmuşlar, bu səbəbdən də məcbur olub atasının evində yaşayır. Onların arasında olan nikah 30.11.2020-ci il tarixdə pozulmuşdur. Himayəsində az yaşlı uşağın olmasına baxmayaraq həyat yoldaşı onu yaşadıqları mənzilə qayıtmasını, övladını həmin evdə böyütməsinə imkan vermir. Buna görə də cavabdehin bu qanunsuz hərəkətlərinə son qoyulmalı, onun və azyaşlı uşaqlarının Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üç otaqlı mənzilə köçürülməkləri təmin edilməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X7 məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, İddiaçı ona qarşı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən özbaşına tikili 3 otaqlı mənzilə köçürülməyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2011-ci ildə onunla faktiki ailə quraraq 07 noyabr 2016-cı ildə rəsmi nikaha daxil olmuşdur, həmin nikahdan bir uşaqları anadan olmuşdur və 2014-cü ildən onun adına Abşeron rayonu, Qobu qəsəbəsində 0,03 ha torpaq sahəsi alaraq hər ikisinin birgə gəliri hesabına 3 otaqlı ev tikdirdiklərinə görə uşağı ilə həmin mənzilə köçürülməlidir və hüquqi əsas kimi AR Mülki Məcəlləsinin 157.8, 178.8, AR Mənzil Məcəlləsinin 2, 30.1, 30.2, 30.3-cü maddələrinə və digər normativ qanunlara istinad etmişdir. İddia tələbini qəbul etmir, hesab edir ki, iddia tələbi qanunsuz olduğu üçün, yəni iddiaçının qeyd etdiyi torpaq sahəsi ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olduğuna görə iddia rədd edilməlidir, çünki o, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini 2014-cü ildə 19500 manata almış, həmin vaxt torpağın üzərində qanunsuz tikili evlə birlikdə almış, iddiaçı ilə onun nikahı olmamışdır və iddiaçının köçürülməsini tələb etdiyi evi birgə qazancları hesabına tikməmişlər. İddiaçının valideynləri evə heç bir köməklik göstərməmişdir.İddiaçı özünəməxsus əşyalarını da 15 iyun 2020-ci ildə sahə rəisinin iştirakı ilə aparmışdır. O, iddiaçı ilə 2011-ci ildə faktiki ailə qurmuş, bir övladları vardır. İddiaçı ilə 07 noyabr 2016-cı ildə rəsmi nikaha daxil olmuş, 2020-ci ildə nikahları Beyləqan rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İddiaçı ilə o ailə qurandan sonra bir müddət həmin ünvanda kirayədə yaşamış, hal-hazırda həmin ünvandan köçüb başqa yerdə kirayədə yaşayır. İddiaçı ilə aralarında nikah pozulmuşdur. O, torpaq sahəsini 2021-ci ildə alğı-satqı müqaviləsinə əsasən satmışdır. Hesab edir ki, iddiaçının iddianı əsaslandırdığı faktiki halllar mövcud olmadığına görə və mübahisələndirələn mənzilin bizim birgə qazancları hesabına tikilməsinə dair sübut təqdim etmədiyinə məhkəmə düzgün qiymət verərək, iddianın təmin olunmasını rədd etməlidir. Odur ki, o, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X10 məhkəmədə cavabdehin izahatına uyğun izahat verdi. Şahid qismində cəlb edilmiş X9 ifadəsində bildirdi ki, o, 2012-2015-ci illərdə Qobu qəsəbəsində kirayədə qalmış, iddiaçı ilə təxminən 2013-cü ildə tanış olmuş, sözügedən torpaq sahəsi 2014-cü ilədək boş olmuş, sonra orada tikinti getdiyini görmüş və tikinti başa çatdırıldıqdan sonra iddiaçı həmin evə köçərək orda yaşamışdır. Şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirdi ki, 2011-ci ildə iddiaçı və cavabdehin toyları olmuşdur. Tərəflər əvvəl kirayədə qalmış, 2014-cü ildə tərəflər Abşeron rayonu, Qobu qəsəbəsində torpaq sahəsi almış, həmin torpaq sahəsində tərəflər tərəfindən tikinti aparılmış, tikinti aparılan dövrdə tərəflər Qobu qəsəbsində kirayədə qalmış və ev tikilən ərəfədə tərəflərə 5000 manat cehiz pulu vermişdir. Şahid qismində cəlb edilmiş X12 məhkəmədə digər şahidlərin ifadəsinə uyğun izahat verdi. İş materiallarında olan Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Qİddiaçı oğlu arasında bağlanmış nikah 30.11.2020-ci il tarixində pozulmuşdur. İş materiallarında olan 05 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsindən görünür ki, satıcı Qarayev X11 rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini alıcı X1. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşero rayonu, Qobu qəsəbəsində yerləşən Cavabdeh mülkiyyətində olmuş 29.01.2014-cü il tarixli, **********67 reyestr nömrəli, 0,03 ha torpaq sahəsi qeydiyyata alınarkən torpaq sahəsinin üzərində tikili aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə mübahisə edilməyən faktiki hallardan müəyyən edilir ki, İddiaçı və Cavabdeh 2011-ci il tarixində toy etmişlər. Birgə münasibətlərindən 04 iyul 2012-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Nikahlarını isə 2016-cı il tarixində rəsmiləşdirmişlər. Tərəflərin faktiki nikah münasibətləri olduğu dövrdə, yəni 2014-cü il tarixində sözügedən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi alınmış, daha sonra iddiaçı və cavabdehin birgə səyi nəticəsində həmin torpaq sahəsi üzərində sənədsiz fərdi yaşayış evi tikilmiş və tərəflər həmin fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmışlar. 2020-ci ilin fevral ayından iddiaçı sözügedən fərdi yaşayış evini məcburi tərk etmiş və tərəflər arasındakı nikah isə 30.11.2020-ci il tarixində pozulmuşdur. Cavabdeh özügedən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini 05 aprel 2021-ci il tarixdə X1. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bundan başqa məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.,59.1.,60.1., 60.2., və digər maddələrinin tələblərini də nəzərə alır. Qeyd olunan Ailə Məcəlləsinin tələblərinə görə valideynlər öz uşaqları barəsində bərabər hüququ və vəzifələrə malikdirlər. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. İşin tədqiq olunan faktiki hallarından müəyyən edilir ki, mübahisə tərəflərinin birgə nikahlarından 1 azyaşlı uşaqları vardır və uşaq hal-hazırda anası ilə birgə yaşayırlar. Belə ki, işin faktiki hallarından məlum olur ki, İddiaçı cavabdehlə 2011-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuş, birgə faktiki nikahlarından 04 iyul 2012-ci ildə Qarazadə Yusif oğlu dünyaya gəlmiş, iddiaçı cavabdehlə 5 il faktiki nikah münasibətlərində yaşadıdan sonra tərəflərin nikahları 07 noyabr 2016cı ildə rəsmiləşdirilmişdir. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi tərəflərin faktiki nikah münasibətlərində olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində əldə edilmiş, tərəflər həmin mübahisə predmeti olan fərdi yaşayış birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Lakin sonradan cavabdehlərin hüquqdan sui-istifadə etmələri nəticəsində iddiaçı bir azyaşlı uşağı ilə birgə bu hüquqdan məhrum olmuş, başqa yaşayış yeri olmayan iddiaçı bir azyaşlı uşağı ilə birgə taleyin ümidinə buraxılmış və nikahları pozulduqdan sonra cavabdeh yenə də hüquqdan sui-istifadə edərək mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini satmışdır.Ona görə də məhkəmə yuxarıda qeyd olunan bütün faktiki hallara istinad edərək hesab edir ki,cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməsi nəticəsində torpaq sahəsinin satılması iddiçının haqlı tələbinin pozulması ilə nəticələnməməlidir. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı azyaşlı övladı 04 iyul 2012-ci il təvəllüdlü X13 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üç otaqlı mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-795/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-795/2021
21.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver